Əziz yurddaşlar!
Uca millətimiz,
Düz 79 il öncə şəhrivər ayının 12 sində Azərbaycan Demokratik Firqəsi illərdir azadlıq eşqi ilə çırpınan və bu yolda ağır mücadilə vermiş millətimizin səsini dünyaya çatdırmaq qərarına gəldi. Bunun üçün 48 nəfər vətənsevər şəxsin imzası altında yaranmış tarixi fürsəti zamanında dəyərləndirdi. Bu 48 nəfərin imzası ilə Təbrizdən xalqımıza milli mücadilənin fəaliyyətini özündə əks etdirən 12 bənddən ibarət bir müraciətnamə ünvanlandı. Bu müraciətnamənin əsas qayəsi millətlərin, xüsusəndə İran adlanan qondarma dövlətin çoxluq sayını yaradan Türk millətini öz azadlığı yolunda birliyini yaratmaq üçün ana təməlləri aşkara çıxararaq bu hədəflər uğrunda mübarizə aparmaq istəyini ortaya qoydu.
Bunun üçün də milli hədəflər uğrunda 12 şəhrivərdə başlayan təşkilatlanma üç ay sonra Güney Azərbaycan tarixində xalqımıza 21 Azər zəfəri kimi bir milli zəfər bəxş etdi. Beləliklə, üç ay içində sürətlə formalaşmış Azərbaycan milli hərəkəti xalqımıza azadlıq və istiqlalın ləzzətini dadızdırdı. Nəticədə, bir illik dönəmdə milli hökumət quruldu, Türk milləti öz dilinə, öz kimliyinə, öz yurduna öz taleyinə yiyə durdu. Bütün bunlar milli hədəflər yolunda birlikdə təşkilatlanma ilə mümkün oldu.
Biz, Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) olaraq bunun dəyərini anlayır və yüksək qiymətləndiririk. Bu minvalla o tarixi nailiyyətlərdən dolayı xalqımızı həmin milli birliyin uğurlarının 78-ci il dönümü münasibəti ilə təbrik edir və bu gündə xalqımızı milli hədəflər uğrunda birlikdə mübarizə aparmağa səsləyirik. Bugün bir xalq olaraq yaxşı bilirik ki milli birlik olmadan milli bağımsızlığa çatmanın mümkün olmadığını bir daha hər kəsə duyurmaq istəyirik.
Əziz Azərbaycan gencləri، igid Azərbaycan milli hərəkətçılsrı!
Azərbaycan milli azadlıq hərəkəti çox həssas dönəmdən keçməkdədir. Vətənimiz və millətimizin bu həssas dönəmi başarı ilə başa çatdırması üçün xalqımızın tək ümid yolu öncəliklə vahid cəbhədə təşkilatlanmaqdır. Bu gün Azərbaycan milli hərəkəti böyük bir potansiyelə sahib olmasına baxmayaraq, Azərbaycan gəncliyi öz milli təfəkkür sistemini və mədəni mübarizə metodlarını mövcud təşkilatlarımızın içində tapmamışdır. Bu səbəbdən gəncliyimiz Azərbaycan istiqlaliyyət yolundakı hədəflərinə çatması yolundakı mübarizəsini sistemli və mütəşəkkil şəkildə aparmasında çox çətinliklər çəkməkdədir.
Bunun əsas nədənlərindən, bizim yanlış təşkilatlanmaq və siyasi’ləşmək metodlarında saxlıdır. Digər səbəbi isə İran rejiminin Azərbaycan təşkilatlarına qarşı tutduğu sərt tutumlarda, onlara qarşı apardığı etibarsızlaşdırmaq taktikləri və rejimin milli hərəkətimizi bölmək siyasətlərində və türklərə qarşı yürüdülən psixologiya savaşında saxlıdır.
Məhz bu səbəbdən biz ACP olaraq, Azərbaycan milli hərəkətinin Milli Cümhuriyyətçilik və dövlətçilik uğrunda mücadilə verən igid fəallarını modern və bilimsəl təşkilatlanmağını, yumruq tək bir olmasını çox vacib görməkdəyik.
Bu səbəbdən, Güney Azərbaycan Cümhuriyyət Partiyası sizin kimi igid milli fəallarımızı qutsal vətən döyüşündə öz sıralarında görməyi arzulayır.
Hörmətlə,
Güney Azərbaycan Cümhuriyyət Partiyası