22 May (1 Xordad) 2006 Qiyamının İldönümü Münasibətilə ACP-nin bəyanati,

 

Uca Azərbaycan Türk Milləti ,

İyid Güney Azərbaycan Milli Hərəkatçıları:

Bu gün 22 May ya 1 Xordad, Güney Azərbaycanın çağdaş tarixində milli dirənişin və azadlıq uğrunda mübarizənin simvoludur. 2006-cı ilin bu günündə milyonlarla azərbaycanlı, İran rejiminin irqçi, təhqiramiz və assimilyasiya siyasətinə qarşı səsini ucaltdı.

Bu, sadəcə bir etiraz deyil, milli şüurun və milli varlığın qiyamı idi. Həmin gün, milli azadlıq hərəkatının yeni mərhələyə keçid nöqtəsinə çevrildi.

Millətimiz “Haray haray mən türkəm!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” kimi şüarlarla küçə və meydanlara axışdı. Bu şüarlar yalnız bir etiraz deyildi həm də vətən və kimlik anlayışlarının millətimizin şüurunda necə dərinləşdiyini, və Güney Azərbaycanın yeni nəslində irançılıq məfkurəsinin çöküşünü göstərdi.

1945-ci il Milli Hökumət dövründən sonra milli hərəkat ilk dəfə bu qədər geniş və güclü şəkildə dirçəlmişdi. Təbriz başda olmaqla , ərdəbil , Urmu , Zəncan , Qoşaçay, Mərənd, Xoy kimi şəhərlərimizdə Bir milyondan artıq Azərbaycan türkü azadlıq və milli haqlar uğrunda ayağa qalxmışdı.

 

22 may milli etirazlar İran rejimi tərəfindən vəhşicəsinə yatırıldı. Onlarla soydaşımız şəhid və yaralı oldu, minlərlə insan həbsə atıldı və işgəncələrə məruz qaldı. Lakin bu təzyiqlər Azərbaycan türklərinin iradəsini sarsıda bilmədi.

 

Millətimiz o gündən bu günə qədər milli etirazlarını daha da artıraraq davam etdirir. Artıq Güney Azərbaycanın yeni nəsli daha şüurlu, daha qətiyyətli və daha oyanıq şəkildə öz milli haqqını tələb edir.

 

 

 

Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq, bu tarixi gün münasibətilə millətimizə, milli fəallara və beynəlxalq ictimaiyyətə müraciət edirik:

 

 

Uca Türk Milləti: 

Birlik və həmrəylik içində milli haqlar uğrunda mübarizəmizi davam etdirməliyik. Türklüyümüzü, ana vətənimiz Azərbaycanı qorumaq, milli-siyasi istiqlal və özümüzü idarəetmə haqqımız bizim danılmaz hüquqlarımızdır. AZƏRBAYCAN Türk milləti özünü mustəqil yaşamağa layiqdir. 

 

 

Qəhrəman Azərbaycan milli fəalları, igid Türk gəncliyi:

Mübarizəmizi daha sistemli, düşünülmüş və strateji əsaslarla davam etdirməliyik. Parçalanmaya və teyfçılığə yol vermədən, milli hədəflər ətrafında birləşməliyik.

 

Güney Azərbaycanda milli təşkilatlanma, azadlıq və istiqlal yolunda atılan ən vacib addımlardan biridir. Azərbaycan, millətinin milli kimliyini qorumaq, hüquqlarını müdafiə etmək və öz müqəddəratını təyin etmək istiqamətində milli iradəmizi ortaya qoymalıyıq. Unutmayaq ki ,Təşkilatlanma olmadan milli hərəkatlar zəif qalır və dağınıq səylərlə ciddi nəticələr əldə etmək çətinləşir, beləliklə düşmən içimizə rahat nüfuz edərək bizi parçalamaya bacara bilər. Güclü təşkilatlanma isə siyasi, mədəni və hüquqi mübarizəmizi az həzinələr ilə başarıya götürür.

Beynəlxalq İctimaiyyət:

İkili standartları kənara qoymalıdır. Güney Azərbaycan türkləri uzun illərdir İran rejimi tərəfindən sistemli assimilyasiya, mədəni və siyasi təzyiqlərə məruz qalır. Bu siyasət, Birləşmiş millətlər təşkilatının İnsan Hüquqları Bəyannaməsinin 1-ci, 2-ci və 15-ci maddələrini, habelə insani və Siyasi Hüquqlarının açıq şəkildə pozur.

Birləşmiş millətlər təşkilatının Nizamnaməsinin 1-ci maddəsinə əsasən, Güney Azərbaycandakı Türk milləti də digər millətlər kimi öz müqəddəratını təyin etmə hüququna və istiqlaliyyət haqqına malikdir. Bu hüquq beynəlxalq hüququn əsas prinsiplərindən biridir və tanınmalıdır.

 

Bu hüququ, bəzi sünni şəkildə yarana ölkələrin “ərazi bütövlüyü” maddələri ilə senzura etmək, yox saymaq, beynalxalq hüquqa və insanlığa ziddir. İranın qeyri-fars millətlərə qarşı yüzillik zorakılığı sübut edir ki, Güney Azərbaycan azad olmadan bölgədə nə sülh, nə ədalət, nə də sabitlik mümkündür.

Biz, Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq, beynəlxalq ictimaiyyəti bu hüquq pozuntularına göz yummamağa və Azərbaycan türklərinin öz müqəddəratını təyin etmə haqqını tanımağa çağırırıq.

 

 

Sonda, şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların ruhundan güc alaraq mübarizəmizi davam etdirəcəyimizi bir daha bəyan edirik.

 

Yaşasın Güney Azərbaycanın Azadlıq – İstiqlal Mübarizəsi!

Yaşasın Türk Millətinin Milli Cümhuriyyətinin Quruluşu Uğrunda Mübarizəsi!

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

22 May 2025

Scroll to Top