31 Dakabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Güney Azərbaycan Cümhuriyyət Partiyasının Bütöv Azərbaycana Təbriki

Hörmətli Soydaşlarımız,

Uca Azərbaycan Türk milləti,

31 Dekabr Azərbaycan tarixində 50 milyonluq uca millətimizin milli həmrəylik və dayanışmasını dünyaya əks etdirdiyi gündür.

 

Dərbəndən başlamaqla Həmədana uzanan ana vətənimiz böyük Azərbaycan, XVIII yüz ildə vahid idarəçilikdən uzaqlaşmaqla kiçik dövlət şəkilində xanlıqlara bölünmüş,ardından vətənimiz 1813-cü ilində Gülüstan və 1828-ci ilində Türkmənçay anlaşmaları ilə iki hissəyə quzey –güney Azərbaycana bölünmüşdür.

Əziz bacı və qardaşlarımız, 200 ilə yaxındır vətənimizi öz təsiri altına almış işğalçı qüvvələrə qarşı, millət olaraq  büyük dirənişlər göstərərək mücadilələr vermişik.

 

1989-cu il Azərbaycanın quzeyində yenidən başlanmış milli oyanış hərəkatı, həmin ilin dekabr ayı, Araz boyu işğalçı sovet qoşunlarına qarşı böyük mücadiləyə dönüşdü. Nəticədə Araz çayı boyunca Azərbaycanı ikiyə bölmüş ayrılıq sədlləri 31 dekabr 1989-cu ildə milli iradəmizin gücü ilə sökülüb atılmışdır.

Beləcə, bu hərəkatla birliyimizə yol açan 31 Dekabr Dünya Azərbaycanlılarının Milli Həmrəyliyinin təməli qoyulmuşdur. Artıq o gündən başlayaraq Təbriz, Bakı, Zəncan, Naxçıvan, Urmu, Gəncə, Ərdəbil və sair şəhər və kəndlərimiz bir-biri ilə qucaqlaşaraq qaynayıb qarışmışdır.

 

Biz Azərbaycan cümhuriyyətçiləri, bu tarixi hadisəni əzizləməklə sizləri bütöv Azərbaycan milləti olaraq 31 Dekabr” Dünya Azərbaycanlılarının Milli Həmrəylik və dayanışma bayramı” münasibəti ilə təbrik edirik.

Sizə milli həmrəyliklə başlanmış milli mücadilə yolumuzda güneydə Azərbaycanın bağımsızlığına qədər yürümək dəyanəti və Bütöv Azərbaycana sahib olmaq qüdrəti arzulayırıq.

Əziz soydaşlarımız, ulu Səttarxanın, Bağırxanın, Şeyx Məhəmməd Xiyabaninin, Mir Cəfər Pişəvərinin , Məhəmməd Əmin Rəsulzadənin, eləcə də Quzey Azərabycanımızda şərqin ilk cümhuriyyət dəyərlərini yaratmış onlarla liderin və milli hərəkatımızın on minlərlə qəhrəman şəhidlərinin əziz ruhları bu gün bizlərdən milli hərəkatımıza yenidən sahib çıxmağı və bu hərəkatı güneydə Azərbaycanın bağımsızlığına’dək götürməyi gözləməkdədir.

Eyni zamanda Azərbaycan dövlətinin möhtərəm prezidenti cənab İlham Əliyevin sərancamı ilə 2024-cü yeni təqvim ilinin Azərbaycanlıların həmrəylik, birlik ili qeyd olunması millətimizin birliyinin vacibliyi üçün daha da önəmli və dəyərli anlam qazandırmışdır.

Biz cümhuriyyət aşiqləri müxtəlif adlar altında milli hərəkatımıza qatqı sağlamağa çalışan bütün milli hərəkatçılarımıza bu qutsal gün münasibəti ilə bir daha müraciət edirik. Babalarımız’dan bizlərə miras qalmış milli hərəkatımızı öz doğru hədəfinə yetişdirmək üçün, bütün fikir ayrılıqlarımızı kənara qoymağı bacarmalıyıq.

Milli mənfətlərimizi öz şəxsi və təşkilati -Partiya mənfətlərimizdən üstün tutmağı öyrənməliyik.

Yenidən milli həmrəylik nümayiş etdirərək yurdumuzun birliyi və bütövlüyü uğrunda əl-ələ verib, güneydə Azərbaycanımızın bağımsızlıq mücadiləsinin son savaşını başlatmalıyıq.

Milli qurtuluş mübarizəsində birlik və bütövlüyümüzü bir millət kimi qorumaqda maraqlı olmalıyıq.

Bütün vətənsevər qüvvələrimiz və milli qüvvələrimiz arasında ixtilafa yol açan rəqabətlərin və ya qutublanmaların (blok’laşma) yaranmasından uzaq durmalıyıq.

Niyə ki güneydə Azərbaycanın bağımsızlığı milli hərəkatçılarımızın milli birilik və həmrəliyindən keçir.

Quzeydə olan millətimizin də güneydə Azərbaycanın istiqlaliyyəti və bütövlüyü üçün mübarizə aparanlara yol yoldaşı və dəstək olmalıdırlar. 

50 milyonluq Azərbaycan üçün milli həmrəliyimiz olarsa, ən qısa zamanda coğrafiyamızda mütləq milli diriliyimiz də mövcud olacaqdır. Bu yol isə bu günüki tarixi günlə həmahəng və uyumlu olaraq milli həmrəyliklə başlanır.

Milli həmrəyliklə başlanan mücadilənin mütləq sonda hədəfinə yetdiyini bizlər yaxın keçmişimizdə quzey Azərbaycanda həm milli azadlıq hərəkatı zamanı, həm də 44 günlük Qarabağın azadlğı uğrundakı savaş zamanı şahidi olmuşuq.

Bunun üçün biz Cümhuriyyətçilər və Qurtuluş mücadiləçiləri olaraq bu qayəyə inanır və millətimizi bu həmrəylik günündə milli birliyə səsləyirik.

 

Biz 50 milyonluq Azərbaycanın vətən övladları hələlik cismən ayrı yaşamağa məhkum olsaq da, ruhən heç zaman ayrılmamış daima bir və bütöv olmuşuq!

 

Bütövlüyün yolunda milli həmrəliyin qutlu olsun, ey şanlı Azərbaycan !!!

Hörmətlə,

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

30 dekabr 2023

 

 

Scroll to Top