22 sentyabr – günəş təqvimi ilə Xəzəl ayının (Mehr) 1-ci günü İran adlanan həbsxanada və Güney Azərbaycanda yeni dərs ili başlayır. Lakin bu gün bizim xalqımız üçün heç bayram sayıla bilməz. Çünki fidan balalarımızin doğma dilimizdə təhsil ala bilməməsi bir millət üçün bayramı yox milli faciənin simvoludur. Artıq onlarca ildir ki, 35 milyondan çox Güney Azərbaycan türkü, eləcə də , ümumilikdə əhalinin 70%-dən çoxunu təşkil edən qeyri-fars millətlər öz ana dilində təhsil almaqdan məhrum edilərək zorakı farslaşdırma siyasətinə məruz qoyulur.

 

Ana dilimizə qarşı qoyulan bu qadağalar, edilən təhqirlər, həmçinin dövlət və məhkəmə dairələrində istifadəsinin yasaqlanması milli kimliyimizə qarşı açıq ayrı-seçkilikdir. Bu gün Güney Azərbaycan məktəblərində yalnız fars dilinin tətbiqi milli kimliymizə qarşı açıq şəkildə bir milli və dil soyqırımıdır.

 

Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq biz bu siyasəti qətiyyətlə (məhkum) rədd edir və qınayırıq.

 

Aparılmış araşdırmalar və reallıqlar göstərir ki, İranda təhsili yarımçıq qoyanların əksəriyyəti qeyri-fars millətlərin övladlarıdır. Buna səbəb onların fars dilində dərsi başa düşmək çətinliyidir. Beləcə bu diskriminasiya gələcəyimiz olan fidan balalarımızı təhsil həyatından kənarlaşdırılır və işıqlı gələcəklərindən məhrum edilirlər. Bu basqıya dirənə bilməyən bəzi ailələr isə bu faciəni önləmək üçün dövlətin assimilyasiya siyasətinə boyun əyərək uşaqlarını zorla fars dilində danışmağa məcbur edirlər. Bu isə xalqımıza qarşı törədilən ən ağır cinayətlərdən biridir. Çünki bu hal ata-ana əli ilə milli -mədəni soyqırımdır!

 

 

Bizim mövqeyimiz birmənalıdır və dəyişməzdir:

 

Azərbəycan məktəblərində ana dilində təhsil dərhal bərpa edilməlidir.

 

Milli kimliyimizi, tariximizi və dilimizi hər cür assimilyasiya siyasətindən qorumalıyıq.

 

 

Biz beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və aidiyyəti qurumları bu kimi açıq hüquq pozuntularına müdaxilə etməyə, İranda qeyri-fars millətlərə qarşı aparılan sistemli assimilyasiya və mədəni soyqırım siyasətini rəsmi şəkildə tanımağa və qınamağa çağırırıq.

 

Əziz millətimiz! Ana dilimizi və kimliyimizi yaşatmaq hər birimizin müqəddəs borcudur. Birlik və dirənişlə bu assimilyasiya siyasətinə son qoyacaq və milli iradəmizlə haqqımızı bərpa edəcəyik.

 

Azərbaycan Cümhuriyyət Partiyası

22 Sentyabr 2025