8 mart – uluslararası Qadınlar günü münasibətilə bütöv Azərbaycan qadınlarına təbrik

Ey qəhrəman Türk Qadını, sən yerlərdə sürünməyə yox ! Bəlkə çiyinlər üstündə göylərə ucaltmağa layiqsən.

M.K Atatürk

 

Sizi, bütöv Azərbaycan qadınlarını 8 Mart – Dünya Qadınlar Günü münasibətilə səmimi ürəkdən təbrik edirik.

Son 100 il, iran işğal dövründə,  Azərbaycan qadınları həyatın bütün sahələrindən dışlanmış, bütün insani haqlarından məhrum buraxılmış,hər tərfli təhqir , ayrı-seçkilik,  cinsiyyəti şiddətə məruz qalmışdır.

Azərbaycan qəhrəman qadınları, bütün işğal dövrünün basqılarına baxmıyaraq,  Azərbaycan türklərinin milli dəyərlərinə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin, kimlik və türklüyümüzün , ənənə və mənəviyyatımızın keşikçisi olublar.

 

Azərbaycan tarixinin qızıl və şanlı səhifələri cəsarətli , iradəli , görkəmli, zəkalı, yüksək ləyaqətli qadınlarımızın adları ilə bəzənib.

Keçmişdən-günümüzə Azərbaycan qadının tükənməz yetənəkləri  və potensialları ilə, Azərbaycan xalqı böyük emperyalar yola salmış , böyük siyasi- ictimai- elmi nailiyyətlərə imza atmış,  Cümhuriyyət kimi və milli hökümət kimi dövlətlər quruuşdur.

 

Əziz Azərbaycan xanımları

Hər toplumda,  millətin və ölkənin inkişafi qadınların inkişafindan asılı olduğu kimi, Qadınların özğürlüyü və gelişimidə millətin bağımsızılıqından asılıdır.

Əmin olaq ki güneydə Azərbaycanın bağımsızlığı, azadlığı, bütün sosyal (ictimai), siyasi və kültürəl problemləri qadınların , milli davaya qatılımı ilə həl olacaq.

Azərbaycan türk millətinin bu çətin günündə, Azərbaycan qadınlarına böyük vəzifə düşür; yeni Azərbaycan nəslinin Türk kimliyi və Azərbaycançılıq idiyasına bağlılıq ruhunda tərbiyəsində, analarımıza tarixi bir vəzifəsidir.

Vətənimiz, güney Azərbaycanın müstəqillik mübarizəsində qələbəmiz  , eləcə Azərbaycanın bütövlüyünün bərpa olunması,  siz igid qadınların, anaların, bacıların, həyat yoldaşlarının bilinci və fədakarlıqları ilə olacaq.

Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq Güneydə Azərbaycan qadınlarını Cümhuriyyətçilik ideallara sahib olmaq üçün öz sıralarımıza dəvət edir və bizimlə birlikdə milli mücadiləmizə sahib çıxmağa çağırırıq.

 

Bayramınız mübarək

Güney Azərbaycan Cümhuriyyət Partiyası/ Sosyal politikalar qurulu

Scroll to Top