ACP-nin Güney Azərbaycan xanımlarına müraciəti

Əziz xanımlar,

Bildiyimiz kimi bəşər tarixi yaranandan bütün quruluşlarda qadınlar hər zaman cəmiyyətin əsas yaradıcı gücü, insan toplumunun aparıcı qüvvəsi olmuşdur. Məhz xanımların gücü və fəaliyyəti ilə həyat gəlişmiş və irəli getmişdir.

Böyük Atatürk’ün dediyi kimin toplumun yarısını qadınlar təşkil edir digər yarısını da qadınlar yetişdirir.

Fars Ariyayi düşüncəsinin əksinə, tarix boyu Türk toplumunda qadının yeri hər zaman uca tutulmuş və qadınlar yalnız ailədə yox, həm də kişilərlə çiyin-çiyinə at belində qəhrəmalıqlar yaradmış, dövlətlərin quruluş və yönətimdə böyük rol oynamışlar.

Tarix səhifələrinə adlarını yazdırmış çox qiymətli qadınlarımızdan Tomris Ana, Möminə Xatun, İnanc Xatun, Sara Xatun, Zeynəb Paşa, Bala zər Xanım,Yüz başı Mərziə Şəbani, Ulya Xatun, Bəyim Xatun və adları bizə bəlli olmayan onlarla Azərbaycan xanımının millətimizə göstərdiyi xidmətlərdən və fədakarlıqlarından çox geniş bəhs etmək olar.

Qaınlarımız sadəcə keçmiştə yox həm də çağdaş dövrdə də, Türk  millətinə töhfələr bəxş edə bilmişdir, bunu biz Quzey Azərbaycanımızın bağımsızlıq mücadiləsində, Qarabağ uğrundakı savaşlarda və bu gün dünya siyasi arenasında rahatlıqla görə bilirik. Bu gün azad və müstəqil Quzey Azərbaycanımızda, Türkiyəmizdə qadınlarımızın ictimai-siyasi həyatda qazandığı uğurlarının başlıca nədəni onların özgür olmalarıdır. Özgür olmayan, köləliyə məhkum edilmiş qadın,  nə ailəyə, nə topluma, nə də dövlətə fayda verə bilməz. Bunun üçün böyük Turan şairi Hüseyn Cavid qadınlarınm azadlığı haqqında belə demişdi:

“Qadın gülərsə, bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək”

1918-ci ildə doğuda (şərq) və islam aləmində ilk cümhuriyyətçilik dəyərlərini qazanmış Quzey Azərbaycan elə bu dövrdə batı (qərb) dövlətlərindən də irəli gedərək qadınların hüquqların parlament səviyyəsində yüksəldərək onlara özgür hüquqlar vermişdir.

Bununla da Quzey Azərbaycanda qadınların azadlıq bayrağı göylərə yüksəltilmiş və onlar da kişilərlə bərabər hüquqlar əldə etmişlər. Beləcə, Doğuya (şərqə) və Türk dünyasına qadın-kişi bərabərliyi ilk dəfə Quzey Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məmməd Əmin Rəsulzadə ardından  Atatürk tərəfindən Türkiyəmizdə və sonra M.C Pişəvəri tərəfindən Güney Azərbaycan Milli Hökuməti ilə gətirlmişdir.

1945 ci il Güney Azərbaycanda yaradılan Azərbaycan milli hökümətinin 1 il ərzində inanılmaz ilərləməsinin əsas səbəblərindən biri Azərbaycan qadınlarının tekrar öz layiqli yerlərinə dönmələri və iran adlanan ərazidə, ilk dəfə Azərbaycan Türk qadını seçib seçilmə haqının qazanmasındadır.

Ancaq bugün güneydə Milyonlarla Azərbycan qızı təhsildən kənar qalmış, sosyal həyat üzünə qapadılmış, bir çoxları uşaq evliliklərə qurbanı olmuş, necə geynimələri, necə davranmaları (rəftarları), düşünmələri onlara təhmil olunub,  dünyada bütün işlərdə qadınların önə çəkildiyi, aparıcı güc olduğu halda İran adlanan ölkədə Türk qadınlar bütün hüquqlarından məhrum edilib,Ariyayi kültüründə və iran toplumunda Azərbaycan qadını türk olduğu üçün daha artıq təhqir və şiddətə və ayrı-seçkiliyə mərüz qoyulub .

Əziz Güney Azərbaycan xanımları, siz İranlıların baxış, kültür və dövlətcilik anlayışlarının əksinə qul, kölə deyilsiniz!!!

Siz azadlıq uğrunda illərdir mücadilə verən bir millətin qəhraman qadınları, qəhraman anaları, igid həyat yoldaşları və qəhrəman bacılarısınız.

Siz doğu (şərqdə) demokratik cümhuriyyətçilik düşüncəsinin bayraqdarısınız. Ortadoğu, Asiya və hətta Avropa qadınlarının kölə olduğu zaman siz Azərbaycan milli höküməti ilə dünya qadınlarına azadlıq örnəyi olubsuz.

Sizi işğalçı və ırqçı fars rejimləri 98 ildir bütün hüquqlardan məhrum edərək əsarətdə tutsada, siz  o işğalı məhv edip və əsarətdən qurtulmaq üçün millətimizə Səttar xan, Bağır xan, Şeyx Məhəmməd Xiyabani, Mir Cəfər Pişəvəri, kimi liderlər bəxş etmiş qadınlarsınız.

Siz, vətənin və millətin azadlığı üçün, qadın  və insanlıq düşmanı olan fars rejiminin qana bulanmış əllərindən qorxmayıb və onun dar ağaclarına gözü dik baxaraq millətinin azadlıqı yolunda şəhadətə gedən minlərlə qəhrəman Türk igidinin yetişdiricisi olubsunuz.

Artıq Güney Azərbaycan qadının iran adlanan ölkənin əsarətindən qurtulmağa,  yenidən meydanlara qayıtma vaxtı gəlib çatmışıdr.

Əziz xanımlar, İgid Qızlar

Biz qadınların özğürlüyü və gelişimi millətimizin bağımsızılıqından asılıdır. Bunun yolu isə qadınlı kişili, gənçlili yaslılı çiyin çiyinə verib quracağımız milli, demokratik, adil və bağımsız cümhuriyyətimizin quruluşundan keçir. Azərbaycanın bütün sosyal (ictimai), siyasi və kültürəl problemləri biz qadınların bu milli davaya qatılımı ilə həl olacaq.

Biz Azərbaycan Cümhuriyyət Partiyası olaraq Güneydə Azərbaycan qadınlarını bu ideallara sahib olmaq üçün öz sıralarımıza dəvət edir və bizimlə birlikdə milli mücadiləmizə sahib çıxmağa çağırırıq. Biz Azərbaycan xanımlarını çağdaş dünyanın bir parçası etməyə, bütün sahələrdə ən üstün səviyyədə hüquqlarla təmin etməyə qərarlıyıq.

“Qadın hüquqsuz olarsa, millətin yarısı məhv olub digər yarısı məhv olmağa məhkumur ”, Biz xanımlar meydanda olursaq Güney Azərbaycanda sağlam təməllər üzərində milli dövlət quracağımıza inanırıq.

Bu qutsal yolda qəhrəman türk qadınlarını milli mücadiləmizin səflərində yer alamağa , düşmənimizə qarşı bir yumruq olmağa çağırırıq.

ACP Sosyal politikalar qurulu

 

Scroll to Top