8 Noyabr — Bu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri, əbədiyyətə yazılmış Qələbə Günüdür!

Bu zəfər, Azərbaycan millətinin birləşmiş iradəsinin, şanlı Ordumuzun qəhrəmanlığının və müstəqil dövlət ağlının parlaq təntənəsidir.

Bu gün yalnız Azərbaycan tarixi torpaqlarının azadlığı deyil ، tarixi ədalətin və milli kimliyimizin bərpasının günüdür. Qarabağda yazılan bu dastan, bütöv Azərbaycan torpaqlarında azadlıq harayına və çağırışına çevrildi.

 

Artıq hər bir Azərbaycan Türkü qürurla deyir:

 

> Biz — Azərbaycan Türkləri, qalib bir millətik!

>Bizim müstəqil və Güclü dövlətimiz var.

 

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) olaraq, bu möhtəşəm gündə otaylı-bu taylı bütün soydaşlarımızı, şanlı Azərbaycan Ordusunu, Ali Baş Komandan cənab İlham Əliyevi təbrik edir, şəhidlərimizin müqəddəs xatirəsi önündə baş əyir, qazilərimizin adını isə tarixin qızıl səhifələrinə həkk etdiyimizi bəyan edirik.

 

Bu zəfər bir daha göstərdi ki: Müstəqil və güclu dövlətin, Milli birliyin, sarsılmaz iradənin olduğu yerdə heç bir qüvvə milləti sındıra bilməz! Heç bir işğalçı vətəni ala bilməz.

 

Uca Azərbaycan milləti!

Bu gün Güney Azərbaycanın səsi daha gur, azadlıq iradəsi daha qüdrətlidir.

Biz — Güney Azərbaycanın milli suverenliyinə, demokratik hüquqlarına və müstəqil gələcəyinə inananlar, bu müqəddəs yolu nə bahasına olursa-olsun davam etdirəcəyik.

 

Arazın iki sahilini birləşdirən milli ruh, tariximizin və gələcəyimizin əbədi rəmzidir.

 

Yaşasın Azərbaycanın dövlətçiliyi

Yaşasın Güney üçün azadlıq mübarizəmiz və milli iradəmiz!

Yaşasın Bütöv və Qalib Azərbaycan!

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

8 Noyabr 2025 — Təbriz