ACP-nın Əsasnaməsi

Güney Azərbaycan Cümhuriyyət Partiyasının Əsasnaməsi

ACP-nin ana ilkələri 

Güney Azərbaycan Cümhuriyyət Partiyası Güney Azərbaycanın bağımsızlığı və özgürlüyünə gedən yol xəritəsində 6 ilkə əsasında fəaliyyət göstərir.

1. Yurdçuluq – Bütövçülük

2. Milliyətçilik – Millətçilik

3. Cümhuriyyətçilik-Dövlətçilik

4. Devrimçilik-Çağdaşlıq

5. Layiklik-Özgürlük

6. Demokrasi-Eşitlik

1.   Kimlik və Amaclar

1.1. Güney Azərbaycan Cümhuriyyət Partiyası, Azərbaycanın güneyindəki milli fəalar və cümhuriyyətçi gənclər tərəfindən təsis edilib, Azərbaycan türk milləti milli haqları və ali mənfəətlərinin müdafiəsi uğrunda çalışır.
1.2.Güney Azərbaycan Cümhuriyyət Partiyası partiya adını qısa olaraq ACP kimi ifadə edir. ACP-nin mərkəzi orqanı “Azərbaycan Cümhuriyyətçilər Ocağı” adlanır.
1.3.ACP Güney Azərbaycanın milli-mədəni və siyasi həyatı ilə bağlı məsəllərdə qatqısı olan Azərbaycanlıların haqlarını, milli mənfəətlərini, eləcə də, ümumilikdə Azərbaycançılıq idealogiyasını dünyanın hər bir tərəfində müdafiə edən bir siyasi örgütüdür (təşkilatdır).
1.4.ACP içdə və dışda heç bir dövlət və ya güc qaynağına bağlı deyildir. ACP-nin bağlı olduğu tək güc yalnız Azərbaycan Türk millətinin milli iradəsi və Azərbaycan gəncliyidir.
1.5.ACP-nin ilk qayəsi, Azərbaycanın güneyini hər sahədə İran adlı dövlətin əsarətindən və fars şovinizminin iranlı kimliyinin istismarından qurtararaq Güney Azərbaycanın tarixi ərazilərində çağdaş, dünyanın təməl prinsiplərinə söykənən, ədalətli və hüquqi təməllərə dayanan, siyasi və milli bağlamda tamam əyar müstəqil bir Cümhuriyyət Dövləti qurmaqdır.
1.6.ACP uluslararası hüquqa söykənən bir partiya olaraq, insan haqları və BMT konvensiyalar çərçivəsində iran rejimi ilə mübarizə aparır.
1.7.ACP  BMT nizmənaməsini və İnsan hüquqlarının ümumi bəyannaməsini bütünü ilə qəbul edir, və BMT-nizamnaməsinin 55-ci maddəsi və 73-cü maddəsinin (A) bəndi, BMT-nin 1514 (XV) cü  bəyannaməsi, BMT -nin 295/61 bəyannaməsi-nin 3 Maddəsinin, eləcə də Dünya İnsan hüquqlarının ümumi bəyannaməsi-nin 18, 19, 20, 21, 22, 26, 27 və 29-cu bəndlərinin və İnsan hüquqlarının ümumi bəyannaməsi-nin Azadlıq hüququ bölməsinin (B) bəndinin, Ədalət hüquq bölməsinin (V) bəndinin icrası üçün fəaliyət edir. Bu Bəyanatlar dünya xalqlarına milli istiqlaliyyət və  azadlıq haqqını, eləcə də öz müqəddəratını bəlirləmə haqqını tanımaqdadır.
1.8. ACP Güney Azərbaycan torpaqlarını zor gücü ilə işğal və istismar altında saxlayan İran adlı dövləti və iran adı altında heç bir hakimiyyət və rejim alternativi rəsmi və qanuni tanımır.
1.9. ACP quzeyli və güneyli bütün Azərbaycan Türk millətinin ali milli mənfəətlərini uca tutur və bu ali dəyərlərə təhlükə yaradan hər bir gücün qarşısında duracağını bəyan edir.
1.10. ACP bir millət, bir vətən gerçəyi ilə quzeydə mövcud olan Azərbaycan dövlətçiliyini qeydsiz-şərtsiz müdafiə edir.
1.11. ACP Güney Azərbaycanın azadlıq mübarizəsində onun siyasi-milli fəallarını, demokrasi və insan haqlarını müdafiə edən qurumlarını, siyası partiyaları, təşkilatları, cəmiyyətləri və dərnəkləri açıq şəkildə dəstəkləyir.
1.12. ACP milli dəyərlər  çərçivəsində olan bütün qurum və quruluşlar ilə davamlı müzakirələri, əməkdaşlığı və iş birliyini vacib sayır.
1.13. ACP öz mübarizə və çalışmalarını ölkə dışında açıqdan-açığa, ölkə içində isə durum və zamana görə açıq və ya gizli olmaqla aparmaqdadır.

2.   İdeyalar

ACP üçün  Ana vətən Azərbaycan və Azərbaycançılıq məfkürəsi(yurdçuluq-Ana vətəni sevmək)əsas ideyadır. Bu əsasla;
2.1  ACP, Ana yurd ,Azərbaycan toprağlarında doğulan hər bir şəxsi   Azərbaycan  vətəndaşı olaraq qəbul edir.ACP Azərbaycanın dəyərlərinə hörmətlə yanaşan və Azərbaycanı özünə doğma vətən sayan hər bir vətəndaşı dini, irqi, cinsi ayrıseçkiliyə yol vermədən bütün vətəndaş haqlarını müdafiə edir.
2.2  ACP Azərbaycnçılıq məfkürəsini Yurdçuluq olaraq tərifləyir.  ACP ANA YURD və “Ana vətən anlayışı”nı Azərbaycan türk millətinin önəmli kimlik kodlaması olaraq görür və ana vətən “Azərbaycan”ı hər sahədə, hər yerdə və hər şərtlər altında müdafiə edir.
2.3  ACP tarixi bəlgələrə dayanaraq Güney Azərbaycanın tarixi ərazisini belə tərifləyir:
2.3.1 Qacar Türk imperiyasının yıxıldıqdan sonra Güney Azərbyacanın yurdları (torpaqları) 7 hissəyə (Ostana) parçalanmış və əyalətə bölünmüşdür. Tarixi sənədlərə istinad edərək o əyalətlər Güney Azərbaycanın tarixi coğrafi əraziləridir. Bunlar;

● Mərkəzi Təbriz olan Doğu Azərbaycan əyaləti,

● Mərkəzi Urmiya olan Batı Azərbaycan əyaləti.

● Mərkəzi Zəngan olan Zəncan əyaləti.

● Mərkəzi Qəzvin olan Qəzvin əyaləti.

● Mərkəzi Həmədan olan  Həmədan əyaləti.

● Mərkəzi Ərdəbil olan Ərdəbil əyaləti

● Mərkəzi Ərak olan Mərkəzi əyalətindən ibarətdir.

2.3.2 ACP  Azərbaycanın tarixi-coğrafi torpaqlarından qoparılmış və kürd əyalətinə verilmiş Sonqur, Bicar və Qürvə şəhərlərini, eləcə də, onların ətrafındakı Türk kəndləri tarixi Azərbaycan toprağları olaraq qəbul edərək müdafiəsi uğrunda mübarizə edir.
2.3.3 ACP Tarixi faktlar və sənədlərə istinadən Azərbaycandan qoparılmış və yeni yaranmış şimalı Gilan əraziləri  Astaradan- Ənzəlindən və Heyran bölgələri,eləcədə  qərbi Dih aran (Əlborz və Tehran əyalətlərinin qərbi bölgələrini) də,tarixi Azərbaycan torpaqları olduğunu bəyan edərək onun müdafiəsi uğrunda mübarizə edir.
2.4  ACP, Güney Azərbaycan torpaqlarının min illərlə Azərbaycan türklərin anayurdu olduğu gerçəyinə dayanaraq Azərbaycançılığı burada “Türk millətinin var oluşu” ilə bir tutur və Azərbaycançılıq ilkəsini yəni Azərbaycanı Ana vətən kimi sevmək və savunmağı bir dəyər olaraq öz mübarizəsinin mərkəzində tutur.
2.5 ACP Azərbaycançılıq və yurdçuluq məfkurəsini Azərbaycanda yaşayan, bütün vətəndaşlar üçün qutasal və milli məfkurəyə çevrilməsini önəmli sayır bunun üçün ciddi fəaliyyət göstərir.
2.6 ACP Azərbaycanın uluslararası arenada dirçəlməsi və dünyada öz layiqli yerini alması üçün ciddi fəaliyyət göstərməkdədir.
2.7 ACP prinsiblərinə əsasən Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan tarixi sərhədləri heç bir halda müzakirə mövzusu ola bilməz.
2.8 ACP Azərbaycanın ərazi bütövlüyünün yenidən bərpa edilməsi, Bütöv Azərbaycan dövlətinin quruluşu üçün Bütöv Azərbaycan yurdlarında birlik düşüncəsinin geniş yayılmasını vacib sayaraq, Birlik və Bütövçülük uğrunda fəaliyyət göstərir. Bu yolda qısa müddətli, orta müddətli və uzun müddətli hədəfləri müəyyən edərək siyasətlər və projələr hazırlayır.

3.   Milliyətçilik və Millətçilik 

3.1   ACP kimlik və milliyyət anlayışında ırq, qan, din və “DNA”  kimi ayrımçılıq təbəqəsini qətiyyətlə rədd edir.
3.2   ACP millət və ırq anlayışlarını bir-birinə zidd görür və irqçiliyi şiddətlə rədd edir. İran adlı dövlətin əsas ideologiyası olan şovinizm və ariya irqçiliyinə qarşı bütün gücü ilə mübarizə edir.
3.3   ACP beynəlxalq hüqüq və siyasi-ictimai  bilimlərə dayanan,və demokratik ölkələr və  birləşmiş millətlər təşkilatı tərəfindən qəbul edilən “Millət və Milliyət” tərifini Azərbaycan milləti üçün də qəbul edir. Həmin tərif əsasında, hal-hazırda dünya ölkələri və sosyal bilimlər tərəfindən Azərbaycanlılar vahid  Azərbaycan Türk milləti olaraq  olaraq tanılır.
3.4   ACP son əsrdə Azərbaycan Türkləri üçün uydurulmuş – “Ariyayi, Azəri, iranlı, iran milləti, iran azəriləri, iran türkü, iran azərbaycanlısı,Qovm,Türk dilli qovm, Moğol” və s. kimi bütün qondarma və siyasi mühəndislik olmuş kimlikləri rədd edir.
3.5   ACP-nin Milliyətçilik və milliyətçilik anlayışı çağdaş dünyanın qəbul etdiyi demokratik millətlərin  eşitliğı (bərabərlik) anlayışı ilə eynilik təşkil edir. Bu anlayış çağdaş dünyada “Civil nationalism ya Pozitiv-Milliyətçilik”, yəni millətlərin kimlik və vətənlərini qoruyub , milli mənafelərini savunmaq  kimi tanınır.
3.6   ACP-nin millətçilik anlayışı bütün Azərbaycan vətəndaşlarının eşitliyi, rifahı və səadətin təmin eləməklə birlikdə , Türk ölkələrini,Türk dövlətlərini və böyük Türk millətinin mənfətlərini hər şərtdə müdafiə edir.
3.7  ACP nin Millətçilik və miliiyətçilik anlayışında, Güney Azərbaycanda yaşayan hər bir şəxs cinsiyyətindən, dinindən, məzhəbindən, dilindən, cinsi tərcihlərindən və siyasi-ictimai mənsubiyyətindən asılı olmayaraq eşit (bərabər) haqlara sahib olduğuna inanır və bu xüsusda Azərbaycanın hər bir fərdinin vətəndaş haqlarını savunur (müdafiə edir).

4.  Milli qurtuluş və keçici hakimiyyət

4.1 ACP qısa müddətli strategiyasında İrandakı digər qeyri fars  xalqlarla birlikdə, Azərbaycanın Güneyinin iran adlı dövlətin işğalından qurtarılması və Azərbaycan  Türk xalqının milli iradəsinə dayanaraq,  Azərbaycanın müstəqilliyini və öz müqəddəratını əldə etməsi üçün mübarizə edir.
4.2  ACP Güney Azərbaycanın və eləcədə digər əsir Millətlərin, iran əsarətindən qurtuluşları üçün xalqlar arasnda azad “Bağımsızlıq Refrandomu” keçirlməsindən yanadır. Ancaq ACP Azərbaycan toprağlarında işğalçılığı dəvam etdirmək istəyən, Azərbaycantürklərinin ali mənfəətlərinə təhlükə yaradan güclərin əməllərindən asılı olaraq, bütün müdafiyə haqlarını Azərbaycan xalqı üçün meşru və yasal (qanuni) bilir.
4.3 ACP-yə görə Güney Azərbaycanda başladılan mücadilə, və gələcəkdə qurulacaq milli hakimiyyət Güney Azərbaycanın bağımsızlığına və milli dövlətçiliyinə inanan, və bu ideya uğrunda çalışmış bütün təşkilatların və şəxsiyyətlərin iş birliyi ilə olmalıdır.
4.4  ACP’yə görə, qurulacaq keçici hakimiyyətin ən başlıca vəzifəsi Güney Azərbaycan müstəqil dövlətinin əsaslarını qurmaqla Azərbaycanı qısa müddətdə məclis seçkilərinə və anayasa üçün referanduma götürməkdir.
4.5  ACP yə görə, yaradılmış keçici hakimiyyət keçirilən ilk seçkilərdən sonra millətin çoxluq səsini qazanan partiyaya hakimiyyəti təhvil verərək öz keçici hakimiyyətini sonlandırmalıdır.

5.   Dövlətçilik və Cümhuriyyətçilik 

5.1 ACP, Güney Azərbaycanda bağımsız və milli dövlət quruluşunu doğal və ən ilkin insani haqlarından biri olaraq görür.
5.2 ACP bu mübarizədə Azərbaycan milli dövlətçiliyindən başqa heç bir alternativ sistemi Azərbaycan millətinin milli mənfəətlərinə və milli  güvənliyinə uyğun quruluş forması olaraq görmür.
5.3  ACP Quzeydə Azərbaycan Cümhuriyyətinin bütün milli mənfəətlərini öz milli mənfəəti olaraq görür.Quzeydə Azərbaycan Cümhuriyyətini öz dövləti və qutsal varlığı kimi qeyd-şərtsiz savunur.
5.4 ACP-yə görə milli kimlik şüuru, milli dilin gəlişməsi ilə birlik təşkil edir. Bu nədənlə dünya demokratik prinsiplərini və tarixi milli gerçəkləri əsas götürərək Güney Azərbaycanda 40 milyondan artıq insanın məişətdə, mərasimlərdə və ədəbi dildə qullandığı, lakin rəsmi səviyyədə yasaqlanan Türkçəni Güney Azərbaycanda dövlət dili olaraq tanır.
5.5 ACP demokratik prinsiplərə sadiq qalaraq qurulacaq Azərbaycan Cümhuriyyətində rəsmi dil olaraq Türkçə ilə yanaşı, həm də azınlıqların dilinin dövlət tərəfindən qorunmasını və gəlişməsini gərəkli sayıb dəstəkləyir.
5.6 ACP Azərbaycan tarixi torpaqlarında qurulacaq “Güney Azərbaycan Cümhuriyyəti”, qonşu millətlər ilə öz sınırlarını (sərhədlərini) tarixi gərçəklər əsasında və uluslararası normalara dayanaraq müzakirə və dostluq içində çizilməsinin tərəfdarıdır.
5.7 ACP Güney Azərbaycanın dünyada mövcud olan demokratik toplumlar içərisində yer olmasını çox partiyalı cümhuriyyət təməlləri üzrəində yüksəlməkdə görür. ACP Azərbaycanda çox partityalı parlement sisteminin qurulmasını gərəkli sayır və bu sistemin Azərbaycan dövlətçilik gələnəklərinə, dünya demokratik siyasi yönətim kültürüne uyğun olduğuna inanır.
5.8  ACP milli parlamenti  Azərbaycan Türk millətin gücü və iradəsinin təcəlli etdiyi yer olaraq görür  və millətin formalaşdırdığı məclisi tək qanunverici orqan olaraq tanıyır. ACP “parlament” sözünün yerinə türkçəyə dayalı olan “OCAQ” sözünün təkrar işlədilməsini tərcih edir.
5.9 ACP bayraq, rejim  və ana yasanın bəlirlənməsinin yalnız Güneydə Azərbaycanın bağımsızlığın elanından sonra milli hökumətin keçirdiyi refrandumla mümkün görür.
5.10 ACP Bağımsız Güney Azərbaycan Cümhuriyyətində ədalətli  və hüquq təməli dövlət quruluşunun formalaşması üçün məhkəmələr və yarqı sisteminin inkişafı üçün onların dövlətin siyasi organlarından bağımsız olmasını önəmli sayır.
5.11 ACP Güney Azərbaycan Cümhuriyyətində hər vətəndaşın toplumsal(ictimayi)-siyasi mövqeyindən asılı olmayaraq qanun önünde eşit olduğunu qəbul edir.
5.12 ACP-nin dövlətçilik anlayışına əsasən Güney Azərbaycan Cümhuriyyətində işgəncə və edam cəzası kəsinliklə yasaq olunmalıdır.

6.   Bütövlük və bütövçülük

6.1  ACP hesab edir ki, Azərbaycan ərazi etibarı ilə parçalanmış olsa da, Azərbaycan Türkü mənliyində, varlığında, qanında və canında öz milli kimlik hissini, bütövlük ruhunu qoruyub saxlamışdır. Bu nədənlə Azərbaycan xalqı milli-mənəvi, mədəni dəyərləri öz ruhunda yaşadan bir orqanizma kimi hələ də bir və bütövdür.
6.2   ACP Azərbaycan Türk millətinin səadətini, hüzurunu və güvənliyini (əmniyyətini) öncəliklə Azərbaycanın güneyinin tam şəkildə müstəqilliyində, və ardından Güney və Quzey Azərbaycanın birləşməsində, vahid Azərbaycan dövlətinin quruluşunda görür.
6.3   ACP Parçalanmış Azərbaycan yurdlarının bütövlüyü uğrundakı fəaliyyəti özünə qutsal bir görəv olaraq qəbul edir. Bu prosessin sürətlə genişlənməsi üçün Arazın hər iki tərəfindəki Azərbaycan xalqının bütövlük uğrundakı istək və fəaliyətlərini qutsal mübarizənin əsas tərkib hissəsi kimi qəbul edərək bu mübarizənin daha da mütəşəkkil xarakter alaraq yayqınlaşmasını vacib sayır.
6.4   ACP Güney və Quzey Azərbaycan dövlətlərinin birləşməsi və gələcək vahid Azərbaycan dövlətinin qurulmasını Azərbaycan millətinin milli iradəsinə bağlı olduğuna inanır. ACP iki dövlətin referandum yolu ilə birləşməsini məqbul görür.

7.   Milli Varlıq və Milli Sərvət

7.1   ACP iran rejiminin əsarətindəki Azərbaycan Türklərinin mədəniyətini, kimliyini, tarixini, ana dilini, milli musiqi və rəqslərlərini, adət-ənənələrini xalqımızın varlıq qaynaqları və milli sərvətləri olaraq tanıyır. ACP Bu dəyərlərin yasaqlardan və iran adlanan dövlətin istismardan qurtuluşu üçün ciddi fəaliyyət göstərir.
7.2   ACP Azərbaycanın yeraltı və yerüstü bütün sərvətlərini, doğasını, canlı aləmini Azərbaycan milli sərvətləri sayır və bunların qorunmasını özünə görəv bilir.

8.   MİLLİ BAYRAQ

8.1   ACP milli və tarixi faktları özündə əks etdirən Azərbaycan milli bayrağını, yani Azərbaycan Cümhuriyyətinin Quzeydə yüksəltdiyi üçrəngli dövlət bayrağını (göy, qırmızı, yaşıl, ortasında aypara və səkkizguşəli ulduz) bütün dünya Azərbaycanlılarına, eləcə də, özgürləşəcək Güney Azərbaycan üçün milli bayraq olaraq qəbul edir. Çünki bu bayraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycanın dövlət bayrağı olmaqla yanaşı, həm də bütün Azərbaycanlıların milli nişanı kimi qeydə alınmışdır.
8.2 ACP nın inancında,gələcəkdə yaranacaq  Güney Azərbaycan milli hökuməti, beynəlxalq aləmdə öz siyasi statusundan asılı olaraq, müstəqil təmsil olunması üçün  hər-hansı bir dövlətçilik bayrağı və simgəsinə ehtiyac  görərsə , o simgə milli hökumətin önərisi  və  millətin referandum yolu ilə təsdiqləməsi ilə seçilməlidir.

9.   Yerli və Milli siyasət

9.1  ACP daxili və xarici siyasətini, ilişki və bağlarını, yalnız bütün Azərbaycanlıların milli mənfəətlərini qorumaq, xalqın əminiyyəti, birliyi və gəlişmələrini sağlamaqla, güvəncəli gələcəyə əsaslanan rifah və səadətləri əsasında şəkilləndirir.

9.2 ACP bütün dünyadakı Azərbaycanlıların birliyi, bərabərliyi və dayanışmalarını gərəkli sayır. Bu yolda gərəkən bir siyasət yürüdür. Millətimizin milli birliyini parçalayan və ya nifaq yaradan siyasətlərə yol vermir.

9.3    ACP bütün siyasət və fəaliyyətlərini Azərbaycan millətinin milli iradəsi əsasında həyata keçirir.

10.   Demokrasi və insan haqları

10.1                   ACP inancında ailə dövlətin və cəmiyyətin doğal əsas özəyidir. Ailə və  cəmiyyət dövlət tərəfindən hərtərəfli qorunmalı və formalaşdırılmalıdır.
10.2 ACP inancına görə bağımsız Güney Azərbaycan Cümhuriyyətində heç kim ayrıseçkiliyə, işgəncə və ağır cəzalara məruz qalmamalıdır. Hər bir şəxsin qanunla qorunan din, fikir, düşüncə, cinsiyyət və söz azadlığı haqqı olmalıdır.
10.3 ACP inancında bağımsız Güney Azərbaycan Cümhuriyyətində yaşayan hər şəxsin, özəlliklə kişi və qadının eyni haqları və özgürlükleri olmalıdır.
10.4 Son 100 ildə fars sömürgəçiliyi nəticəsində Güney Azərbaycanda toplumun təməl dirəyi olan Türk qadını fars ırqçı rejimlərinin basqısı altında olmuşdur.
Bu nədənlə xanımlarımız hər sahədə daha çox hücumlara məruz qalmış və insani haqları daha artıq pozulmuşdur. ACP inancında bağımsız Güney Azərbaycan dövləti bu ziyanı qarşılamalı və cinsiyyət eşitliyini tam şəkildə bərpa edib toplumda cinsiyyət  bərabərliyini dəngəliyib balanslaşdırmalıdır. Güneydə Azərbaycan qadın haqlarına daha çox diqqət yetirməyi, hər alanda qadınlara üstün avantajlar yaratmaqda maraqlı olmalıdır.
10.5 ACP iran rejimində qadınlarımıza olan zülmlərin qarşılığı olaraq gələcəkdə milli hökumət tərkibində Ailə və Qadın baxanlığının (Nazirliyinin) yaradılmasını, hakmiyət kabinələrinin yüzdə 50 qadınlardan ibarət olmasını və dövlət səviyyəsində siyasi yönətim işlərində qadınların aktiv iştirakını dəstəkləyir. Bu qonuda qadın yönətimlərindən istifadəni məcburiyyət və qanuni halına gətirilməsini gərəkli və önəmli sayır.
10.6 ACP uşaq hüquqlarına Azərbaycanın gələcəkləri olaraq çox önəm verir. Ölkə və toplumun gələcək inkişafı üçün bu qonuda dövlətin bütün imkanlarının səfərbər olmasına inanır. Uşaqların ruhsal və fiziksəl güvəncələrini dövlətin əsas sorumluğunda görür.
10.7 ACP inancına görə dilindən, dinindən, soyundan, cinsiyətindən, cinsi tərcihindən, ictimai durumundan asılı olmayaraq hər bir vətəndaşın inanc və vicdan özgürlüğünə hər kəs tərəfindən sayğı göstərilməlidir.
10.8  ACP dövlətçilik anlayışında ölkə vətəndaşlığı olan hər bir şəxsin bütün dövlət qurumlarında iştirak etməsi üçün qanunlara müvafiq olaraq seçmək və seçilmək hüququna malik olmalıdır.

11.   Ekonimi milli və sosyal rifah

11.1          ACP-nin inancına görə milli hökumətin inkişaf yaşamında rifah və yüksək səviyyədə sosyal xidmətlərə dayanmalıdır. Bu siyasət isə ACP-yə görə Azərbaycanlıların olmazsa olmazı kimi olmalıdır.
11.2          ACP inancına əsasən bağımsız Güney Azərbaycan Cümhuriyyətində dövlətin yeraltı və yerüstü sərvətlərinin, gəlirlərinin, eləcə də, bunlardan yaranan iş alanlarının hamısı millətə aid olmalıdır.
11.3          ACP inancında dövlət əkinçilik ürətiminə üstünlük verməklə paralel, teknoloji və sənaye sahələrinə də, eyni dərcədə önəm verməklə hər sahədə ürətim və iş alanları yaradıb genişlətməlidir.
11.4          ACP-yə görə dövlət Azərbaycanın qədim tarixini, mədəniyyətini, möhtəşəm iqlim şəraitini və geopletik üstünlüyünü nəzərə alaraq onun turizim mərkəzinə çevrilməsini milli sərvət və gəlir qaynağı kimi qəbul edir.
11.5          ACP-nin dövlətçilik anlayışına görə Azərbaycan dövləti ölkəmizin yerləşdiyi geopolitik üstünlükdən faydalanmalı və Azərbaycanı əmniyyətli bir enerji koridoru olmağına milli gəlir qaynaqlarından biri kimi yanaşmalıdır və bu məsələyə dövlət tərəfindən daima qayğı göstərməli olduğunu bildirir.
11.6          ACP öz dövlətçilik anlayışında, iqtisadiyyatın azad rəqabətliliyinə üstünlük verdiyini önə çəkir və tək əl (inhisarçı) siyasətə qarşı ciddi fəaliyyətlərə önəm verir.
11.7          ACP “Müxtəlit iqtisadiyyat” sisteminin tərəfdarıdır. Müxtəlit iqtisadi sistem“azad liberal” və “sosyal ekonomi” qarışımı olan bir iqtisadi sistemdir. Bu gün dünyanın bir çox zəngin, gəlişmiş və mürəffəh ölkələrinin (İsveç, Norveç, Hollandiya…) dövlətləri  bu ekonomi sistemini başarılı şəkildə icra etməkdədirlər.
11.8          ACP dövlətçilik anlayışında, Azərbaycanda liberal və azad bazar iqtisadiyyatının kontrollu olmasının  tərəfdarı olmaqla  yanaşı, həm də sosyal və ictimai güncəllikdə işçi hüquqlarının çox diqqətli şəkildə qorunmalı olduğunu bildirir.
11.9          ACP dövlətçilik anlayışına görə dövlət ədalətli iş qanunları hazırlayaraq işçinin, iş sahibinin, sərmayə sahibinin, ürəticinin, əkinçinin və heyvancılıq (fermerlərin) haqlarını qorumalı onlara ciddi dəstək göstərməlidir.
11.10 ACP öz dövlətçilik anlayışına görə, dövlət adına bölgəsel iqtisadiyyata yön verməklə daha səmərəli olan iqtisadi qalxınmaya sahib olunar. Bunun üçün bu konuda dövlət dost və qonşu ölkələrlə əməkdaşlığa durum yaratmalıdır.
11.11 ACP dövlətçilik anlayışında,  iqtisadi siyasətdə dövlətin hər hansı bir ideologiyadan uzaq olmağını, yalnız xalqın maddi rifahının yüksəlməsinə xidmət etməli olduğunu gərəkli sayır.
11.12                    ACP dövlətçilik anlayışına görə, dövlət daxili sərmayənin böyüməsi, xarici sərmayənin Azərbaycana axması, eləcə də, Azərbaycanın ekonomik baxımdan qlobal dünya ilə bərabər inkişafı üçün öz enerji və sərmayə təhlükəsizliyini tam şəkildə təmin etməlidir.
11.13                     ACP-nin dövlətçilik anlayışında, əlil və yaşlı vətəndaşlara dövlət ücrətsiz şəkildə özəl sağlıq və eytim və xüsusi yaşam üstünlükləri yaratmalıdır.
11.14 ACP-nin dövlətçilik anlayışında sağlıq və tibbi xidmətlər dövlət tərəfindən qarşılanıb, ücrətsiz olmalıdır.
11.15 ACP-nin dövlətçilik anlayışında, dövlət büdcəsindən kimsəsiz, öksüz və evsiz vətəndaşlar üçün özəl yurdlar və yetimxanalar yaradılmalı, onların təhsil, iş və yaşayışları üçün dövlət büdcəsindən maddi vəsitlər ayırılmalıdır.
11.16 ACP-nin dövlətçilik anlayışında, dövlətin yoxsulluq və işsizliklə kəskin mücadilə etməsi ilə yanaşı, yoxsul təbəqəyə, az gəlirli kəsimə, işsiz qalan ya işini itirən işçilərə diqqət yetirməli və dövlət onların ehtiyac və durumlarına görə sosyal, işsizliklə bağlı birdəfəlik şəkildə maaş ödəməlidir.
11.17 ACP dövlətçilik anlayışında dövlət işğal və istismar dövrünün səmərəsi olan sosyal sorunlarla, onlardan irəli gələn suçlarla kəskin mübarizə etməlidir. Həmçinin, dövlət bu sorunlarla əlaqəli əsir düşən soydaşların topluma təkrar dönüşməsi üçün qayğı göstərməlidir.

11.18  ACP nin dövlətçilik anlayışında, dövlət gənclərə yüksək səviyyəli məsləki eytim imkanları yaratmaqla birlikdə, gənclərin  yeni iş alanları açmaları və ölkədə iş imkanlarını gəliştirmək üçün Maddi və mənəvi dəstək sunmalıdır.

12.   Milli çağdaşlık: Təhsil və Mədəniyyət

12.1 ACP dövlətçilik anlayışında, dövlət elm və bilimin toplumda inkişafı üçün dünya standartlarına uyğun bilim mərkəzləri yaratmalıdır. Dövlət bilim və təhsil sahəsində çalışan vətəndaşlara hər türlü maddi-mənəvi və hüquqi imtiyazlar verməlidir.
12.2 ACP-nin dövlətçilik anlayışında, Azərbaycan dövlətinin bilim və elm üzərə siyasətləri hər bir siyasi və dini ideologiyadan azad və uzaq olmalıdır, bilim və təhsili yalnız dövlət strategiyasının tərkib hissəsi olmalıdır.
12.3 ACP-nin dövlətçilik anlayışında, hər bir Azərbaycan vətəndaşının öz ana dilini öyrənib gəlistirməsinə dövlət adından imkanlar yaradılmalıdır.
12.4 ACP dövlətçilik anlayışında, vətəndaşlara təhsilin bütün pillələri üzrə: ilkin, yani məktəbə qədər təhsildən başlamaqla, ibtidai və orta məktəb də daxil olmalqla hər kəs üçün təhsil almaq icbari olmalıdır.
12.5 ACP-nin dövlətçilik anlayışında, Güney Azərbaycan üzrə bütün ərazilərdə dövlət xalqın bütün təbəqələri üçün ana dilini öyrənilməsinə xidmət edən qısa sürəli savadlandırma kursları təşkil etməlidir. İlk məktəbdən ali təhsilə qədər ixtisasından asılı olmayaraq hər kəs üçün təhsil və eğitim dövlət hesabına əlçatan, pulsuz olmalıdır.
12.6 ACP-nin dövlətçilik anlayışına görə, dövlət Azərbaycan milli mədəniyyəti və milli adət-ənənələrinə önəm verməklə onlara dövlət səviyyəsində  özəl qayğısını göstərməlidir.

13.   Din 

13.1 ACP-nin dövlətçilik anlayışında, hər bir Azərbaycan vətəndaşının sərbəst şəkildə din və məzhəb  özgürlüğü vardır.
13.2  ACP-nin dövlət yönətim inancında, hər bir şəxsin öz dinini düşüncəsini yaşamağda özgürdür. Hər vətəndaş öz dini düşüncəsini həm fərdi, həm də toplu şəkildə açıq ya xüsusi qaydada siyasiləşdirmədən təbliğ etməsində, eləcə də, bununla bağlı ibadət mərasimlərinin icrasında özgürdür.
13.3  ACP-nin dövlətçilik anlayışında Azərbaycan dövləti dini abidələrə milli mənəvi dəyər kimi yanaşmalı və onlara özəl qayğı göstərməlidir.
13.4  ACP dövlətçilik anlayışında, İran rejimi dövründə məzhəb və dini azınlıqlara olan zülmlərin təlafisi qarşılığında Azərbaycan dövləti bu yurddaşlara (ələvi, sünni, yəhudi, bəhayi və.s) daha çox diqqət yetirməlidir. İllərdir Güney Azərbaycanda olan Fars dövlətçiliyində hər bir inanc səbəbi ilə haqları tapdalanmış, qaçqın düşmüş, ədalətsizliyə uğramış bütün vətəndaşların haqlarını Azərbaycan dövləti təkrar onlara qazandırmalı və eşitlik hüquqlarını savunmalıdır.
13.5  ACP-nin dövlətçilik anlayışında, dövlət layik və sekolar olmalıdır. Din siyasətə heç bir şərtlə qatılmamalıdır. Dövlət toplumun dini dəyərlərini diqqətə almalı, dövlət yönətim sistemi və işlətim mekanizması əsasında tam şəkildə siyasət və dini ayrı tutmalıdır.
13.6  ACP-nin dövlətçilik anlayışında, dövlətin din siyasəti üçün müvafiq nazirliyinin himayəsi və imkanları əsasında dini qurumlar yaradılmalı və bu qurum millətə öz dini xidmətlərini sunmalıdır.

Güney Azərbaycan Cümhuriyyət Partiyası

A C✵P   01-07-2023

Scroll to Top