ACP-nin İnsan Haqları Departamentinin sorumlusu BMT-dəki əsarətdə olan millətlərin 17-ci illik formun’da çıxışı-Video

Güney Azərbaycan Cümhuriyyət Partiyasının İnsan Haqları Departamentinin sorumlusu Araz Yurdseven Güney Azərbaycan milli haqları ilə bağlı məsələri dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün milli hərəkat adından Noyabr ayının 28 və 29 2024cu ilində BMT-in insan hüquqlarına dair iclasına qatılmışdır

.

ACP nümayəndəsi həmin iclasdakı çıxışında Güney Azərbaycanda İran rejiminin insan hüquqları və ekoloji vəziyyətlə bağlı yaratdığı cinayətləri, eyni zamanda, rejimin Azərbaycan Türklərinə qarşı açıqdan-açığa artan davamlı represiya və basqları, xalqların gündən-günə şiddətlənən milli ayrı-seçkiliklərə məruz qalması, eləcə də, dünyanın mübarizə apardığı ekoloji fəlakətlərin Güney Azərbaycanda gündən-günə açıq şəkildə genişləndirilməsi ilə yanaşı nüvə silahları, onların ayrı-ayrı komponentlərinin vətənimizdə saxlanılması, aktivləşdirilməsi və bununla bölgəmiz üçün həyat təhlükələrin daha da artmasında, həmçinin əsrin ən böyük eko fəlakəti olan Urmu gölünün süni şəkildə qurudulması ilə rejimin millətimizə qarşı planlı şəkildə düzənlədiyi basqılardan geniş şəkildə bəhs edilərək bu milli problemlər birbəbir dünya yetgililərinin də diqqətinə çatdırılmışdır.

Həmçinin Güney Azərbaycan nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının beynəlxalq qanunlarına işarə edərək o qanunların bütün hökumətlər tərəfindən icra olunması ilə bağlı uluslararası hüquq qarşısında sorumlu olduğunu diqqətə çəkmişdir. Lakin İran rejimi qeyri-fars millətləri, özəlliklədə, Azərbaycan Türk milləti qarşısında bütün bu hüquq və qanunları kobud şəkildə pozduğunu BMT tribunasından açıq şəkildə hər kəsə bildirmişdir. O, İran rejiminin Güney Azərbaycanlıları bütün ilkər insani haqlarından məhrum etdiyini, təməl ana dillərinə qadağa qoyduğunu, milli kimliklərini ifadə etmək hüququna imkan vermədiyi və bu halın tam şəkildə qadağan edildiyini və bununla da xalqımızı mənəvi cəhətdən tam şəkildə məhv etməyə çalışdığını yüksək kürsüdən bütün dünya millətlərinin nümayəndələrinə bəyan etmişdir. Bu səbəblərdən, ana dilində təhsil almaq istəyən və ana dilini müdafiəsinə çalışan azərbaycanlı aktivistlərin 87 ildən çox həbs cəzasına məhkum olunduğunu da həmin tribunadan bütün dünya yetgililərinin diqqətinə çatdırmışdır.

İranın işğalçı rejimi bütün sahələrdə, o cümlədən iqtisadi, sosial və ekoloji sahədə çoxsaylı cinayətlər törətməkdədir. Urmiya gölünün qəsdən qurudulması və Güney Azərbaycanın milli sərvətlərinin talan edilməsi və bu milli ayrı seçkilikdən qaynaqlanaraq Fars bölgələrinə sərmayə yatırması və Güney Azərbaycanda isə geniş şəkildə işsizlik və işçi hüquqlarının pozulmasına rejimin dövlət adından açıq himayədarlığıdır. Eyni zamanda, nəyin ki ölkə daxilində, eləcə də İraq, Suriya, Yəmən, Livan və Fələstin kimi ölkələrdə rejimin açıq şəkildə terrorizm mühəndisliyi funksiyaları oynaması İran rejiminin sülh, dostluq, insansevərliyin ziddinə dayandığını və bu mövzularda BMT-nin təməl qanunlarını heçə alan, onları pozmaqdan çəkinməyən bir terror sistemi olduğunu və millətlər arası düşmənçiliyi açıqdan-açığa dəstəklədiyini açıq sübut edir.

ACP nümayəndəsi öz çıxışını BMT qanunları çərçivəsində davam etdirsə də, İran ümayəndəsi dünya gündəminə daşınan və səslənən bu həqiqtlərdən əsəbləşərək etiraz edib. İran nümayəndəsi səsləndirilən çıxışın məzmununu təkzib etməyə cəhd etsə də, konfransın rəhbərliyi etirazı səbəbsiz sayıb və Güney Azərbaycan nümayəndəsinə öz çıxışını axıra kimi davam etdirməsinə icazə vermişdir. Eyni zamanda, Güney Azərbaycan nümayəndəsi Araz Yurdseven bu konfransa qatılan digər ölkələrin nümayəndələri və insan haqları təşkilatları ilə görüşüşərək Güney Azərbaycandakı problemləri bir-bir müzakirə etmişdir. Həmçinin, ACP tərəfindən hazırlanmış 200 tanıtım traketləri konfrans salonunun kürsülərinə paylanmışdır. Həmin vərqələrdə Güney Azərbaycanın əhalisi və ərazisi, eləcə də ACP-nin mübarizəsi haqda qısa bilgilər əks tapmışdır.

salonu yayılan traketlər:

 

 

 

 

Scroll to Top