Güney Azərbaycan Cümhuriyyət Partiyasının insan haqları departamentinin sorumlusu Araz Yurdseven-in,Bmtdə ki çıxışında türkçəsi
Hörmətli iştirakçılar Xanımlar və Bəylər
Millətimiz öz rifahı yolunda daha yaxşı bir həyata nail olmaqdan ötrü hüquq, ləyaqət, təhlükəsizlik və sosial qatılıma sahiblənmək üçün mütləq şəkildə bir bərabərlik lazımdır. İrqindən, yaşından, cinsindən, fiziki məhdudiyyətindən, dini və mədəni əqidəsindən asılı olmayaraq heç kim bu istəklərdən kənarda qalmamalı və ya kənarlaşdırılmamalıdır. Bütün maneələrin, ayrı-seçkiliyin, dözümsüzlüyün aradan qaldırılmasında ümidverici olmaq, dəyərli və hörmətli bir millət kimi yaşamaq hər birimiz üçün çox vacibdir.
Təssüflər olsun ki, 35 milyondan aşqın Güney Azərbaycan xalqı digər qeyri-fars millətlərlə birlikdə çəvrə və mədəni, sosial və siyasi həyatın müxtəlif sahələri üzrə ən ciddi ayrı-seçkilik və pozuntularla üzləşməkdədir. Belə ki, Güney Azərbaycanın qədim yurd yerlərinin tarixini özündə yaşadan Urmiya bölgəsi və onun çevrə düzənində önəmli rol alan Urmiya gölü artıq bir neçə vaxtdır ki, qlobal miqyasda İran rejiminin çevrə soyqırımı (ekosid) ilə üz-üzədir. Urmiya gölünə axan bütün su qaynaqlarının önündə İran rejimi tərəfindən həddən artıq şəkildə süni bəndlərin tikilməsi ilə burada düşünülmüş şəkildə böyük bir ekaloji fəlakətə və quraqlığa yol açılmışdır. Əslində Urmiya gölünə axan təbii dağ çayları və sularının önündə bu kimi süni bəndlərin tikintisi Güney Azərbaycana qarşı İran dövlətinin açıq bir düşmənçiliyi ilə həyata keçirilən hiylə layihəsidir. Bu düşmən hiyləsi ilə Urmiya kimi tarixi bir göl qəsdən qurudulur və bölgənin torpaqlarının başdan-başa səhralaşmasına yol açılır. Bu isə cənubi azərbaycanlıların öz tarixi yurdlarından kütləvi şəkildə tərk edilməsinə və ya Urmiya bölgəsi insanlarının elliklə köçürülməsinə (miqrasiyasına) rəvac verir. Bu səbəbdən də İran rejimi tərəfindən Urmiya gölün canlandırması üçün dövlət olaraq heç bir tədbir görülmür. Lakin dövlət xəzinəsindən bütün qeyri-fars xalqlar üçün də yardımlar edilməli olduğu hal da, rejim qeyri-fars xalqlara xəzinədən bu yardımları etmir. Amma bunun qarşılığında Ərəb körfəzindən kilometrlərlə (maillarlə) uzağa su çəkməklə Fars bölgələrində süni göllər tikmək üçün xəzinədən milyardlarla dollar vəsait ayırır. Xalqımızın zəhməti və dəstəyi ilə doldurulan dövlət xəzinəsi sanki onun üzünə qapadılmışdır. Bu hal isə xalqımıza qarşı açıq şəkildə ayrımçılıq və düşmənçiliyin nümayişidir.
35 milyonu aşqın Güney Azərbaycan xalqının ikinci ən böyük bir problemi ana dilindən mərhum edilməsidir. Belə ki, farsların öz ana dillərində təhsil almasına baxmayaraq qeyri-fars xalqlar, o cümlədən Güney Azərbaycanlılar ana dilində təhsil almaqda ciddi şəkildə şiddət və qadağalarla üzləşirlər. Xalqımız üçün daha bir sorun Güney Azərbaycanın mineral sərvətlərinin talan edilməsidir. Güney Azərbaycanın bu sərvətləri talan olunaraq fars bölgələrinin inkişafı üçün yatırımlara yönəldilir. İran rejiminin təşkil etdiyi bu ayrı-seçkilik Güney Azərbaycan bölgələrində aşırı işsizliyin, korrupsiyanın və cinayətin artması ilə nəticələnməkdədir. Eyni zamanda, pərdəarxasında olmaqla İraq, Suriya, Yəmən və Fələstində yönətilmiş müharibələri alovlandıran İran rejimi, həm də ölkə daxilində İran-şiə yayımcılıq siyasətini yaymaqla öz varlığını uzatmaq məqsədi güdməkdədir.
Güney azərbaycanlılar olaraq bizim əsas hüquqi arqumentimiz (tartışmamız) BMT yetgililərini İrandakı Güney Azərbaycan əhalisi ilə bağlı dəqiq statistika tələb etməyə çağırmaqdır. Beynəlxalq aləmdə Araz çayının o tayında ayrı bir millət kimi tanınıb uluslararası milli siyasi huquqlara sahib olan Quzey Azərbaycanın vaxtı ilə Güney Azərbaycanla tarixən bir və bütöv olduğunu dünyü dövlətləri bilməlidir. Bu səbəbdən quzey azərbaycanlılar kimi, güney azərbaycanlıların da eyni millətdən olduqlarını, lakin dünyada nadir hal sayılacaq bölünmüş bir millət olduğunu dünya dövlətlərinin diqqətinə bir daha ərz etmək istəyirik. Beləcə, quzey Azərbaycandakı kimi Güney Azərbaycandakı xalqımız da quzeyli soydaşlarımız kimi eyni hüquqlardan istifadə etməli olduğunu hər kəsə bildirir. Bu səbəbdən biz hesab edirik ki, insan hüquqlarının əsası kimi öz müqəddəratını təyinetmə hüququ millətimizin milli iradəsinin öz müqəddəratını təyin etməsinə imkan verən yeganə beynəlxalq hüquqdur. Bunun üçün xalqımızın öz müqəddəratını təyinetmə hüququna nail olmaq istəyi həm də İran rejimi tərəfindən hüquq müdafiəçilərinin qanunsuz həbsinə, edamlara, qadınların hüquqlarının pozulmasına və açıqşəkildə işgəncələrə son qoyacaqdır.
Güney Azərbaycan İnsan haqları mərkəzi
Noyabr 2023