ACP-nin Azərbaycan Millətinə Müraciəti-Video

Əziz yurddaşlarımız, Əziz soydaşlarımız! məlum olduğu kim bu gün geniş işlədilən Güney Azərbaycan ifadəsi 1813-cu il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra vətənimiz xalqımızın iradəsinə zidd olaraq coğrafi cəhətdən iki hissəya parçalanması ilə yaranmışdır. Bu tarixlərə qədər yalnız bir – bütöv Azərbaycan var olmuşdur.

Read more: ACP-nin Azərbaycan Millətinə Müraciəti-Video

 

Bütöv vətənimizin sərəhdləri dəmir qapı Dərbəndən başlamaqla həmədana və Tehrana uzanan geniş bir coğrafi ərazini əhatə etmişdir. Həmin müddətdə xalqımızın bir vahid dili Türkcə və bir vətən anlayışı “Azərbaycan” olmuşdur.

Lakin məlum müqavilələrdən sonra ikiyə parçalanan Azərbaycanın Rusiya tabeçiliyində və işğalında olan hissəsinə Şimali, İran əsarəti altında olan hissəsinə Cənubi Azərbaycan deyilməyə başlanmışdır.

 Bununla millətimizin tarixi qara günləri başlanmışdır. Ayır, seçkilik siyasəti ilə üzləşmiş millətimiz öz acı taleyinə qarşı həm quzeydə, həm də güneydə ayrı-ayrılıqda mübrizə aparmaq məcburiyytində qalmışdır. Amma Quzeydə Azərbaycan milləti öz milli birliyini formalaşdırmaqla çağdaş dövrümüzün ən şərəfli tarixini yaratmışdır. Quzey Azərbaycanda xalq 30 il öncə öz azadlığı və müstəqilliyi üçün meydanlara çıxdı, sovet rejiminə qarşı dirəniş və mübarizəsini göstərməklə öz bağımsızlığını elan etdi. Sonucda Azərbaycanın quzeyində müstəqil bir Azərbaycan Respublikası(Cümhuriyyəti) quruldu.

Bu gün müstəqil Azərbaycan Cümhuriyyəti hər bir soydaşımız üçün qürur və umud qaynağı olmaqla yanaşı həm də dünya dövlətləri ilə bərabər hüquqlu bir dövlət olaraq dünya gündəmində yer almaqdadır. Azərbaycan Cümhuriyyəti belə bir haqlara sahib olmasının təməlində suverenlik, müstəqlik və azadlıq uğrunda fədakar mübarizənin durduğu hər kəsə gün kimi aydındır.

Əziz həmvətənlər

Bu gün Güney Azərbaycan milli hərəkatı xalqımızın taleyində rol alacaq çox önəmli bir tarixi dövru yaşamaqdadır. Belə ki, güneydə hər bir hüquqdan məhrum edilmiş xalqımız çox çətin və ağır vəziyətdə yaşamaqdadır.

Artıq 100 ilə yaxındır güneydə, Ana yurdumuz hər cəhətdən yadların tapdağı altında inləməkdədir.1925 ci ildən bəri qurulmuş iran dövlət sisteminin içərisində həm şah rejimi, həm islam Cümhuri rejimi tərəfindən xalqımız ayrı-seçkiliyə uğramış, milli dəyərləri və kimliyi düşünülmüş şəkildə assimilyasion və əridilməyə məruz qoyulmuşdur .

Azərbaycan ərazilərində bir əsrə yaxındır ki iran dövlətçiliyi nəticəsində , türk milləti öz kilmlikindən uzaqlaşdırılmış,ən bəsit azadlıq haqlarından məhrum edilmiş,ana dili yox edilmə təhlükəsilə üz üzə qalmış , Azərbaycan xalqı dəvamlı və sistemli şəkildə təhqir olmuş,Azərbaycan mədəniyətinə qadağa qoyulmuş, azərbaycan milləti günü gündə ac və səfil durumuna salınmış,Azərbaycan sənayə və əkincilik peşəkarlığı məhv olmuş, Azərbaycan xanımları toplumda öz tarixi uca məqamlarından aşağı çəkilmiş,Azərbaycan aydınları həbs və sürgün olmuş , Azərbaycan gəncliyinin gələcəyə olan xəyalları və ümidlər yox etədilmiş, 7min illik Azərbaycan Türk tarixi təhrif olunub farslaşdırılmış ,Azərbaycanın ərazi bütövlüyü tam mənada pozulmuş, Azərbaycan yerlı türk adları farslaşdıraraq dəyişilmiş, Azərbaycan ərazilərində Azərbaycan türklərinə qarşı etnik və ekologiya mühəndisliyi tasarlanmış uyqulanmş,Azərbaycan iqtisadiyyatını son 100 ildə 1 ci yerdən ən aşağı səviyyəyə çəkmiş, Azərbaycanın yer altı yer üstü sərvətləri talan olmuşdur.

Yəni bi sözdə illərdir ki Azərbaycanda tam bir Siyasi və nizami müstəmləkəçilik sistemi hakim olmuşdur.

İlk gündən bu vəziyyətlə barışmayan Güneydə Azərbaycan xalqı onilliklərdir ki, milli kimliyimi və milli dövlətçiliyi uğrunda İran rejimlərinə və iran dövlətçiliyinə qarşı açıq şəkildə mübarizəyə başlamışdır. Məlum olduğu kimi millətimiz iran dövlətçiliyinə qarşı hələ XX əsrin əvvələrindən başlamaqla açıq və gizli olmaqla müxtəlif şəkillərdə mübarizə aparmışdır.

Özəlliklədə son 20 ildə onlarca milli qiyamda, etirazlarda, voleybol və futbol maçları zamanı gənclərimizin“Türk dilində mədrəsə, azadlıq dalət milli hökümət, o tay bu tay bir olsun, Azərbaycan var olsun ,insanlara azadlıq millətlərə istiqlal ” kimi açıq milli azadlıq şuarlarla meydanlara çıxması 200 ilik mübarizənin dəvamı xalqımızın danılmaz gərçəyidir.

Yəni Cənubi Azərbaycanda Azərbaycan türk milləti, modern Cümhuriyyətçilik və milli Dövlətçilik dəyərlərini özünə örnək götürüb öz milli dövlətinin quruluşu uğrunda mübarizə aparmağa başlamışdır .

Əziz yurddaşlarımız

Milli dövlət qurmaq , Sistemli mübarizə tələb edir , sistemli döyüşmək isə milli hərəkatımızın aydın və şəfaf hədəflər uğrunda təşkilatlanmasından və Azərbaycanda millətinin bu hədəflər ətrafında birləşdirilməsindən keçir.

Bu ali hədəfləri və mübarizə yollarını yaxından görən biz güneyli gənclər, Güney Azərbaycan Cümhuriyyət Partiyasını təsis edərək bu haqlı və qutsal vətən mübarizəsində , xalqımızla birlikdə olduğumuzu bəyan edirik.

Əziz uca millətimiz, sevgili Azərbaycan türk milləti

Güney Azərbaycan Cümhuriyyət Partiyası öz məramnamə və nizamnaməsini xalqımızın ali hədəfləri uğrunda formalaşdırmış və milli hərəkatın genişlənməsi üçün yurd içində sistemli və əmniyətli mübarizə aparmağın əsas qoymuşdur.

Artıq danılmaz faktdır ki , müasir dövürdə Azərbaycan milləti, müstəqil və cümhuriyyət təməlli dövlətçiliyinə sahib olmadıqca, xalqımıza heç bir halda haqq və hüququ əldə etməyəcək.

Bunun üçün bu gün biz Cümhuriyyətçilər vətənimizin azadlığı, müstəqilliyi və eləcədə, demokratik dünyaya uyumlu olması üçün təşkilatlanmalar həyata keçirən, siyasi stratejilər ürətən, çox tərəfli milli fəaliyyətlər göstərən, açıq hədəfli bir milli hərəkat partiyası olduğunu bildiririk.

Məqsədimiz Güneydə Azərbaycanın insanlarına azadlıq və bütün millətimizə istiqlaliyyət bəxş etməkdir.

 ACP millətimizə öz mübarizəsi ilə İran daxilində nə fedarativ şəkildə , nə muxtariyyəti şəkildə və nəd iran içərisində demokrasi vəd etmir. Acp Azərbaycan tarixi torpaqlarında iran adı altnda heç bir dövlət və rejimi qəbul etmədiyini açıq bildirilir.

Biz Cümhuriyyətçılərin amacı Güney Azərbaycanda özgür, müstəqil , demokratik ,cümhuriyyət təməlli Azərbaycan dövlətidir .

Biz inanırıq ki, Güney Azərbaycan Cümhuriyyət Partiyası ortaya qoyduğu iradə ilə xalqımızın milli, sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni və digər sahələrdə arzu və istəklərini gerçəyə çevirmək və istəklərini öz hədəflərinə yetirəcəkdir. Bunun üçün millətimizin milli taleyinə laqeyd olmayan millətimizin hər bir üzvünə müraciət edirik: Dirilik birlikdədir.

Uca Türk, milləti qəhraman Azərbaycanlılar

Gəlin birlikdə, əl-ələ verməklə Güney Azərbaycanımızı düzgün və planlı şəkildə milli hədəflərə doğru aparaq! Və artıq uca səslə bizim ata baba toprağlarımızda yadların ağa olmasına yox deyək.

Mühacir axınını, milli fəallara qarşı basqı və təzyiqlri, xanımlar v uşaqlara olan qat qat zülmləri, eləcədə Azərbaycanımıza qarşı yürüdülən ayrı-seçkiliyi və zülmləri durdurmaq üçün sistemli və bilmsəl mübarizəmizi içdə möhkəmlədək!

Sıralarımızı millətimiz içində və bütün qatlarında genişləndirək, milli hərəkata bağlı insanlarımızla, təşkilatlarla əməkdaşlığımızı gücləndirək.

Böyük millətimiz, bu fikir və arzularımızı həyata keçirmək üçün öncə Güney Azərbaycan içində birləşmək və təşkilatlanmalıyıq. Belə bir əhval-ruhiyyə ilə biz Cümhuriyyətçilər qərara gəldik ki, 1 iyul 2023-cü il tarixində azadlıq qəhrəmanımız Babəkin anım və doğum günündə Güney Azərbaycan Cümhuriyyət Partiyası yarandığını xalqımıza bir daha bəyan edək.

Çox istərdik ki, biz bu kimi bildirilərimizi Güney Azərbaycanın hər bir meydanında açıq şəkildə xalqımıza elan edək, lakin ölkəmizdəki mövcud şovinist rejiminin ucbatından, illərdir bizə şərtlər daxilində hərəkət və mübarizə etməyi öyrətmişdir. Ancaq əmin ola bilərsiniz ki, yüksək səviyyədə təşkilatlanmaqla bütün əngəlləri və qadağaları aradan götürüb milli iradəmizlə milli hədəflərimizə doğru yürüyəcəyik.

Biz Cümhuriyyətçılər elaan edirik ki var gücümüz ilə qəsbkar iran dövləti ilə , Azərbaycanlıların milli dövlətçilik haqını qəsb edənlərilə, Azərbaycan xalqına kin qusan bütün iranşəhri və pan iranizm düşüncə sistemilə , Azərbaycan toprağlarına göz tikən qüvvələrlə ilə açıq və kəskin mübarizə edəcəyik.

Biz Cümhuriyyətçılər çalışacağıq ki Azərbaycanımızın hər bir bölgəsini terror və əsarətindən azad və müstəqil edib ,və xalqımızın milli iradəsi ilə milli Cümhuriyyətimizi bərpa edək.

Biz Cümhuriyyətçılər var gücümüz ilə bütün Azərbaycanlıların milli mənfəətlərini, səadət və gələcəklərini, birlik və bərabərliklərini, güvənlik və əmniyyətlərini ,milli və insani haqlarını qeydsiz-şərtsiz müdafiə edəcəyik.

Biz Cümhuriyyətçılər umud edirik ki, yeni partiyamız öz sədaqətli və bacarağlı kadroları ilə, yüzilliklərlə yığılıb qalmış milli problemlərimizə və vətən əsarətinə çözüm gətirsin, bütün milli qüvvələrlə, Türk dünyası ilə xoşməramlı əməkdaşlıq etsin, xalqımızın bütün təbəqəlerindən və siniflərdən olan insanlarının ortaq çalışma ocağı, gənclərimizin, xanımlarımızın və uşaqlarımızın umudu , Azərbaycanlıların milli iradəsini əks etdirən güvənc mərkəzi olsun, və bütün irançı düşüncələrinin və istismarçı iran rejimin hesablaşdığı qüvvəyə çevrilsin.

Bütün bu umud və arzularımızı gerçəkləşdirmək üçün Cümhuriyyətçilik yolumuz açıq olsun, mübarizəmiz qutlu olsun!

Böyük Türk fikir adamı İsmayıl bəy Qasbarlı dediyi kimi: “Dildə birlik, fikirdə birlik və işdə birlik” şüarı ilə yolumuza başlayıb və əzmlə dəvam edək

Yaşasın ulu türk millətimiz, qurulsun özgür Azərbaycan cümhuriyyətimiz!

Acp Yönətim qurulu
01-07-2023

Scroll to Top