Güney Azərbaycan Cümhuriyyət Partiyasının Nizamnaməsi
1. Üzvlük qaydaları
2. Üzvlərin hüquqları
3. Üzvlərin vəzifələri (görevleri)
4. Üzviyyət prensibləri və milli əxlaq
5. Qurultay
6. İç yönətim
1. ACP-yə üzvlüyük qaydaları
1.1. ACP üzvlüyünə qəbul, fərdi və könüllülük prinsipi əsasında həyata keçirilir. Güney “Azərbaycan Cümhuriyyət Partiyası”nın məramnamə və nizamnaməsini qəbul edərək onun məqsəd və vəzifələrinin həyata keçirilməsində fəal iştirak etmək istəyən yaşı 18 çatmış hər bir şəxs partiya üzvü ola bilər. Partiya 13-18 yaş aralığında olan könüllüləri özünə fəxri üzv sayır. Fəxri üzvlər partiya tərəfindən sadəcə təlimat almaq, təbliğat və təşviqat aparmaq hüququ qazanırlar. Onlar partiya qərarlarında sorumlu olmadığı kimi rəsmi üzv (üye) də sayılmılar.
1.2. Güney Azrbaycan ərazilərində üzvlük təmamilə gizlidir və üzvlərin kimlik bilgiləri yüksək səviyədə qorunur.
1.3. Güney Azərbaycan Cümhuriyyət Partyası harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları qutsal vətən mücadiləsində öz yanında görmək istəyir.
1.4. Başqa siyasi təşkilatlara üzv olmuş şəxs, eyni zamanda, güney Azərbaycan Cümhuriyyət Partiyasının üzvü ola bilməz.
1.5. Güney Azerbaycan Cümhuriyyət partiyasına üzv olmaq istəyən şəxslər öncə “ACP”nin üzvlük formun doldurmalı və bununla partiya təftiş-disiplin quruluna müraciət etməlidirlər.
1.6. ACP-yə üzv olmaq istəyən şəxs təftiş və Disiplim qurulunun araşdırması nəticəsindən sonra, ya üzviyyət qəbul edilir, ya da həmin diləkcəyə rədd cavabı verilir. Partiya və qurulları şəxsin üzviyyət diləkçəsinin qəbul və ya rədd edilməsi barədə qərarını 2 aydan 12 ay arasınadək müddətdə müəyyənləşdirmək hüququna sahibdir.
1.7. Terrorçu və işğalçı İran dövləti və onun orqanları ilə açıq və ya gizli əməkdaşlıq etmiş, Azərbaycan xalqının əleyhinə cinayətlər törətmiş şəxs(lər) ACP-yə üzv qəbul oluna bilməzlər.
1.8. Güney Azərbaycan Cümhuriyyət Partiyasına üzvlüyə qəbul olunan şəxsin fəaliyyəti partiyanın özəklərindən başlayır. Üzvlükdəki şəxsin siyasi irəliləyişi onun partiya qarşısındakı fəaliyyətinə və bacarığına əsasən yerli özəklərindən yuxarıya doğru yüksəlir.
1.9. Bir millət və bir vətən həqiqəti ilə bütöv Azərbaycan yurdları uğrunda mücadilə edən Azərbaycanın quzeyindən olan (quzey Azərbaycanlı) soydaşlarımız da qutasal vətən mücadiləsi üçün Azərbaycan Cümhuriyyət Partiyasının səflərinə (sıralarına) qoşularaq Azərbaycanın güneyinin özgürlüyü və bağımsızlığı, eləcə də, Bütöv Azərbaycan yurdlarının bütövlüyü uğrunda fəaliyyət göstərməklə mübarizə apara bilərlər.
1.10. Quzey Azərbaycandan olan soydaşlarımız, Azərbaycanın güneyində milli cümhuriyyət qurulana qədər ACP-nin Mərkəzi şurasının içində(CYQ-da)bəlli saya və dəlqə imtiyazına sahibdir.
*Dəlgə : Partiyanı təmsil etmək imtiyazına sahib olan,Qurultaylara qatılmaq haqı olan şəxs. Partiya adına oy haqqı, yani seçilmək və seçmək haqqı olan şəxs kimi tanınır.
2.ACP üzvlərinin hüquqları:
2.1 ACP-nin hər bir üzvünün (hər bir üyenin) mövqe, məqam və məsuliyyətindən aslı olmayaraq öz fikirlərini partiya toplantılarında, qurallarında azad şəkildə ifadə etmək, yapıcı tənqid etməkdə doğal haqqı vardır.
2.2 ACP-nin çatışmazlığlarını aradan qaldırmaq və təşkilatının inkişafı üçün təkliflər vermək və partiya prinsiplərinə uyğun layihələr təqdim etmək (sunmaq) hər üzvün doğal haqqıdır.
2.3 ACP-nin Ali orqanlarına hər bir üzvün fərdi və ya kollektiv (toplu) şəkildə müraciət, tənqid və ya şikayət etmək, eləcə də, şikayət etdiyi(ləri) partiya orqanından cavab (yanıt) tələb etmək hər bir üzvün doğal haqqıdır.
2.4 ACP-nin daxili fəaliyyətinə aid gizli bilgilərini və sırrlarını eşiyə verməmək şərti ilə üzvlüyünü dayandırmaq və ya yazılı müraciət etməklə istifa vermək hər üzvün doğal haqqıdır.
2.5 ACP-də üzvlük haqqları bütün azərbaycanlılar üçün eşitdir. Həmçinin, quzeydən olan üzvlərə mərkəzi orqana daxil olmaq haqqı və bütün, üzvlük haqqları və dəlgə imtiyazları qorunur.
2.6 ACP öz üzvlərinin, təmsilçilərinin, kadrlarının bütün üzvlük haqqlarını dünyanın hər bir bölgəsində açıq şəkildə sonuna qədər müdafiə edir (savunur). Öz üzvlərinə, fikirdaş və silahdaşlarına, eləcə də, yandaşlarına öz imkanları daxilində sahib çıxaraq onların əminyyəti və siyasi sorunlarını çözmək ilə mükəlləfdir.
2.7 Üzvlər dəlgə imtiyazına sahib olmaq üçün müraciət və fəliyyətlər tələb edə bilərlər.
3 ACP üzvlərinin görəvləri:
3.1 ACP-nin hər bir üzvü partiyanın manifestosusuna və əsasnaməsinə sadiq olmaqla yanaşı, partiyanın daxili nizamnaməyə tam şəkildə əməl etmək vəzifəsi vardır.
3.2 ACP-nin hər bir üzvü keçmiş fəaliyyəti və məqamından asılı olmadan, bilgi gəlişimi və kadrolaşma ilə əlaqəqəli , partiyanın müxtəlif sahələrdə təşkil etdiyi eğitim kurslarından keçirməlidir. (İdeologiya, siyasi, sosiologiya, əmniyyət, s kimi eğtimlər )
3.3 ACP-nin hər bir üzvü nizamnamə və əsasnamədə müəyyənləşdirilmiş vəzifələr əsasında fəaliyyət göstərməlidir.
3.4 ACP-nin hər bir üzvü partiyanın üstünlük verdiyi, milli-siyasi əxlaq və partiya prinsipləri (ilkələri) çərçivəsində fəaliyyətə önəm verməlidir.
3.5 ACP-nin hər bir üzvü partiyanın tapşırıqlarını layiqincə yerinə yetirməlidir.
3.6 ACP-nin açıq şəkildə fəaliyyət edən hər bir üzvü, partiyanın idealarını yaymaqla öz partiyasına sahib çıxmalı, partiyanın nüfuzunu və əmniyyətini qorumalıdır.
3.7 ACP-nin hər bir üzvü məqamından asılı olmadan partiya qərarlarını vaxtında və aldığı təlimatlar əsasında,layiqincə yerinə yetirməlidir.
3.8 ACP-nin hər bir üzvü partiyanın başqa üzvləri ile iş birliyinə, nizam-intizam və qayda-qanunlarına əməl etməlidir.
3.9 ACP-nin hər bir üzvü partiyaya üzvlük haqqı ödəməlidir (üzvlük haqqı güney Azərbaycan daxilində yaşayan milli fəallara şamil olmur).
4.Üzviyyət prensibləri və milli əxlaq:
6.1 ACP milli əxlaq prinsiplərinə və siyasi etiklərə inanıb əməl edərək, Azərbaycan və Türk milləti üçün örnək bir partiya və təşkilatı olmağı hədəfləyir.
6.2 ACP-nin təşkilati anlayışında, hər bir şəxs öz qutsal vətən mübarizəsində öz millətinə və mənsub olduğu təşkilata və fikirdaşlarına qarşı sədaqətli və dürüst olmalıdır.
6.3 ACP-nin hər bir üzvü ”öncə vətənim və millətim, sonra partiyam , daha sonra öz şəxsi haqqlarım” devzini özünə prinsip tutmalıdır.
6.4 ACP pirinsiblərinə əsasən, hər üzv və yandaş şəxsi ego ve mənəmlik qavramından ayrılmalı və milləti üçün mübarizə edən fikirdaşlarıyla birlikdə olmaqla “BİZ” şüarını (qavramını) mənimsəməli, ümumi uğur və ümumi davranışları öz şəxsi davranışlar və fəaliyətlərindən üstün tutmalıdır.
6.5 ACP pirinsiblərinə əsasən,hər üzv Azərbaycan Milli hərəkatı içindəki bütün siyasi-milli fəallara və təşkilatlara qarşı,sayqı və ehtiramla yanaşmalı, onlara əsasız (qaynaqsız) ittihamlardan və sənədsiz qara yaxmalardan uzaq durulmalıdır.
6.6 ACP-nin pirinsiplərinə əsasən, milli hərəkat içində güvənsizliyə yol açan , ixtilafalara və qarşı durmaya səbəb olan rəftar və əməllərdən imtina etmək lazımdır.
6.7 ACP prinsiblərinə əsasən, millətin və milli hərəkatın dirilişinə xələl gətirən, birliyini pozan eyləmlərə baş vurmağı və ya bu kimi müzakirələrə qoşulmağı qınayıraq belə ortamlardan uzaq durur.
6.8 ACP prinsiblərinə əsasən, milli və partiyaya aid sırrlarını yaymaqla ifşa etmək, üzvün və ya iclaslardakı insanlarln icazəsi olmadan gizli şəkildə səsini yazmaq ,Siyasi şantaj məqsədi ilə özəl sənədlər yaymaq qadağandır. ACP siyasi mübarizəsində bu kimi qeyri-əxlaqi davranışlara qarşı özünün kəskin mövqeyini əvvəlcədən bildirir.
6.9 ACP Azərbaycan milli hərəkatının çizgisi daxilində bütün fərqlilikləri millətimizin milli sərvəti olaraq görür, demokrasi prinsiplərinə inanıb əməl edir.
6.10 Partiya içərisində heç bir üzv və ya məsul, başqa bir üzv haqqında gərəksiz maraqlanmalar yol vermək, dedi-qodular etmək, əxlaqsız davranışlar göstərməklə şəxsi və özəl yaşamına müdaxilə etmək və ya yargılamaya qalxmaq haqqı kəsinliklə yoxdur.
5.Yönətim və İç İdarəçilik
5-1 Qururltay
5.1-1 Qurultayın tanıtımı
5.1- 2 Qurultay səlahiyyətlər
5.1-3 Qurultayda iştirak
5.1-4 Olağan üstü qurultay (plenum)
5.2-Qurullar və qollar
5.3 -Bölgə qurulları
5.1-1 Qurultay:
5.1.1 ACP-nin yüksək və ali orqanı qurultaydır .
5.1.2 Olağan vəziyyətdə (adi-vəziyət), hər 4 ildə bir dəfə olmaqla ACP-nin yönetim qurulunun üzvləri, Partiyanın üzvlərini , dəlgələrini və ali məsuliyyət daşıyanlar, qurultaya çağırır.
5.1.3 Olağan vəziyyətdə qurultay partiyanın 2/3 üzvlərinin və dəlgələrinin iştirakı ilə rəsmiyyət tapar.
5- 2 Qurultayın səlahiyyətləri:
5.2.1 APC-nin nizamnaməsini, məramnaməsini, simvolu qəbul etmək, onlara əlavə və ya dəyişikliklər gətirmək .
5.2.2 Yönətim qurulu qurultay qaşısında məsul olanların və təmsilçilərlərin hesabatlarını dinləmək.
5.2.3 Siyasi xətlər və partiyanın sorunların dartışmaqla qərar qəbul etmək.
5.2.4 Qurultay, yönetim qurulun üzvlərini təyin etmək, Parti məsulların təyin etmək hüququna malikdir.
5.2.5 Qurultayda iştirak edən hər bir nümayəndənin, hər bir dəlgə sahibi üzvün, qurultayda seçib-seçilmek hüququ vardır.
5.2.6 Qurultayda qərarlar və seçimlər,qatılımcıların 2/3-sinin iştirak etdiyi səsvermədə 50%+1 miqdarda səs topladıqda qəbul edilmiş hesab olunur.
5.2.7 ACP-nin öz fəaliyyətini dayandırması və ya buraxılması haqqında qərar qəbul etmək yetkisi vardır.ACP fəaliyyətlərin dayandırılması iştirakçıların ¾ səsi ilə qəbul olunur.
5.3 Qurultayda iştirak:
Qurultayda iştirak edə biləcək üzvlər və dəlgələr bunlardır:
5.3.1 Yönetim qurulunun üzvləri (Doğal dəlgə sahibləri)
5.3.2 Bölgələr və bölmə qurumların kadroları, təmsilçiləri, mənsul nümayəndələri.
5.3.3 Məsuliyyət daşımayan sıravi üzvləri.
5.4 -Plentom və olağan üstü vəziyyət
5.4.1 Fövqəladə hal və Olağan üstü vəziyyətdə, “Cümhuriyyətçilər Yönətim Qurulu”, plenom qurultayına çağırmaq hüququna malikdir.
5.4.2 Partiyada dələgələrinin yığdığları 2/3 imzası ilə, Olağan üstü Qurultayı(növbədən kənar qurultay) tələb etmək hüquqna malikdir.
5.4.3 Olağan üstü durumda Partiyanın 2/3 üzvlərinin qatılımı ilə olağan üstü qurultay rəsmiyyət tapır.
5.4.4 Olağan üstü qurultayda iştrak edə biləcək dəlgələr sahibləri bunlardan ibarətdir:
a) Mərkəzi qurulun üzvləri
b) Qurullar və qolların ali məsulları
c) Məsuliyyət daşımayan dələgəyə sahibi üzvlər
5.5 İç yönətim və idarə sistemi
5.5.1 ACP-nin qolları iki yerə ayrılır. Bunlar xaric (dış) və daxil (iç) olmaqla ACP-nin təşkilatlanmasına (örgütlənməsinə) xidmət göstərir.
5.5.2 ACP-nin xarici və daxili qolları müxtəlif sistem olsa da, onlar ümumi olaraq açıq ya gizli şəkildə partiyanın təşkilatlanmasına xidmət göstərir.Xarici və daxili qollar eyni istiqamətdə və eyni siyasi çizgidə hərəkət edirler.
5.5.3 ACP-nin bütün qolları və qurullarının məsulları, gördüyü bütün sorumluluq və vəzifələrinin hesabatını CYQ-ya və Qurultaya təqim etməlidir.
6-ACP İÇ YÖNƏTİMİ
6.1. ACP-nin xaric və daxili qolları müxtəlif sistemlərə malik olsa da, onlar ümumi olaraq açıq ya gizli şəkildə partiyanın təşkilatlanmasına xidmət göstərir, xarici və daxili qollar eyni istiqamətdə və eyni siyasi çizgidə hərəkət edirlər.
6.2Qurullar ACP-nin ümumi əsasnamə və nizamnaməsi ilə fəaliyyət göstərməklə yanaşı ,Qurul sorumluları götürdükləri vəzifələrin hesabatını Parti CYQ-sına və qurulatyına təqdım etməlidirlər
7.ACP Qolları və qurulları
• Cümhuriyyətçilər yönetim qurulu (CYQ)
• Diplomatik və insan haqları qurulu
• Təşkilatlanma, kadrolaşma qourulu
• Maliyyə qolu
• İletişim və Media qolu
• Təftiş və Disiplim qurulu
• Strateji və araşdırma Qolu
• Sosial və ictimaiyyət politikalari Qolu
Ə• mniyyət və güvənlik Qurulu
7.1 Cümhuriyyətçilər yönətim qurulu (CYQ):
7.1.1 ACP-nin yönətim qurulu, qısaca CYQ (Cümhuriyyətçilər yönətim qurulu) adlanılır. CYQ üzvləri qurultay tərəfindən seçilmiş sorumlu kadrolardır.
7.1.2 Əmniyyəti səbəblərindən dolayı güney Azərbaycanın daxilindən seçilən və bəzi xaricdə yaşayan CYQ üzvlərin (üyələrin) kimliyi gizli tutulur.
7.1.3 Qurultay da seçilən CYQ, partiyanın nizamnaməsi çərçivəsidə partiyanı qurultaydan-qurultaya yönətir.
7.1.4 CYQ partiyanın siyasətlərini, strategiyasını və yol xəritələrini müəyyənləşdirib,qolları bəlli strateji ətrafında birləşdirib hərəkətə keçirir.
7.1.5 CYQ -ya başçılıq edən, CYQ üzvləri tərəfindən seçilir.
7.1.6 CYQ-nın qərarları, CYQ üzvlərinin 2/3-si iştirak etdiyi səsvermədə 50%+1 miqdarda səs topladıqda qəbul edilmiş hesab olunur.
7.1.7 CYQ tərəfindən təsdiqlənmiş qərar və tapşırıqlar qurulun icazəsi olmadan mütləq gizli tutulur .
7.1.8 CYQ rəsmi açıqlamaları, siyasi tutumları, çağırışları ACP-nin öz yayım organlarından, ya da CYQ rəsmi məsul şəxslərin, (Başqanı, sözçüsü,ilətişim sorumlusu və təmsilçiləri) vəsiləsi ilə yayılır.
7.1.9 CYQ Başçısı mərkəzi qurulun tərfindən seçilir.
7.1.10 ACP başçısının vəzifələri ,yönetim qurul qərarlarını yansıtmaq, partiyanın harmoni və birliyini sağlamadır.
7.2 Örgütlənmə Qolu :
7.2.1 Azərbaycan Cümhuriyyət Partiyasının örgütlənmə qolu yüksək səviyyədə təşkilatlanma ilə bağlı fəaliyyət göstərir. Üzvlük prosseslərini yönəldir və nəzarət edir.
7.2.2 ACP-nin örgütlənmə Qolu Üzvlərin kadrolaşmaları və partiyanın siyasi kadroların davamlı güncəllikdə qalmaları üçün,layəhələr hazırlır, öyrətim kurslar yola salır
7.3 Bölgə qolları: Güney Azərbaycan:
7.3.1 ACP-nin Güney Azərbaycanda bölgə qurulları və qolları gizli şəkildə fəaliyyət göstərir.
7.3.2 Cümhuriyyətçilər və Babək fədailəri: Azərbaycan Cümhuriyyət Partiyası, Güney Azərbaycanın hər bir şəhərində və obasında Azərbaycan gənclərini “Cümhuriyyətçilər” və “Babək fədailəri” adı altnda, müxtəlif sahələrdə təşkilatlandıraraq sistemli mübarizə və fəaliyyət aparmağı hədəfləyir .
7.4 Media və gənəl İletişim Qolu
7.4.1 ACP iletişim qolu, partiyanın gənəl letişim və əlaqələrini yönətir .
7.4.2 ACP iletişim qolu,Partiyanın bütün media qollarını (mətbuat, təbliğat, yayım və sayt işlərini)nəzarət edir.
7.4.3 ACP ilətişim qolu, Party konfranslarını, toplantılarını, təşkilatlar arası müzakirələri və s. təşkil və kordinə edir .
6.5 Diplomatik qollar
6.5.A: Beynəlxalq ilişkilər.
6.5.B: İnsan haqları və yaşıl çevrə
A: Beynəlxalq ilişkilər:
6.5.1 ACP-nin diplomatik qolu, Partiyanın bağımsızlığını və prinsiblərini qorumaqla , Azərbaycan millətinin ali milli mənfəətləri uğrunda xarici dövlətlər və beynəlxalq demokratik qurumları ilə qarşılıqlı ilişkilər qurur.
6.5.2 ACP-nin diplomatik qolu,Dəngə və balans siyasətiəsasinda Partiyanın Xarici siyasətini yönətir və lobbiçilik işləri həyata keçirir
6.5.B: ACP İnsan haqları- yaşıl çevrə qolu:
6.5.3 İnsan haqları qolu, uluslarası hüququ əsas almaqla, beynəlxalq konvensiyalara dayanaraq Azərbaycan millətinin bütün insani və milli haqlarını savunur.
6.5.4 ACP-nin insan haqları qolu, bütün Azərbaycan vətəndaşlarının məzhəb, din, etnik kimlik, cinsiyyət, cinsi tərcihlər və siyasi baxışından asılı olmayaraq hüququ pozulmuş bütün vətəndaşların haqlarını müdafiə edir.
6.5.5 ACP-nin insan haqları və çəvrə qolu Azərbaycanın bütün doğasını, heyvanlarını və yeraltı-yerüstü sərvətlərini müdafiə edərək qormağa çalışır.
6.5.6 ACP-nin insan haqları qolu, İran adlanan ölkədə bütün həbsdə olanların haqlarını savunmaqla bərabər, həm də ölkədən qaçqın düşən siyasi və milli fəalların haqlarını dünyanın hər bir köşəsində müdafiə edir. Bu istiqamətdə imkanları daxilində hüquqi yardımlar göstərir.
6.5.7 ACP-nin insan haqları və çəvrə qolu güneydə qadınların və uşaqların tapdalanmış bütün haqlarına ciddi diqqət yetirir.
6.6 Acp Disiplin və təftiş Qolu:
6.6.1 ACP Disiplin və təftiş qolu, üzvlərinin və partiyanın məsul şəxslərinin fəaliyyətinə nəzarət edir.
6.6.2 ACP nizamnsməni pozan ya daxili nizam-intizam qaydalarına,milli əxlaq prinsiplərinə riayət etməyən üzv haqqında intizam tənbehinin görülməsinə partiyanın disiplin və təftiş qolu baxır.
6.6.3 Partiyadan ixrac olunmuş və ya istifa etmiş hər bir üzv, Partiyanın sıralarını saxlamalıdır, əks təqdirdə təşkilatın Disiplin və təftiş qurulu qərarı ilə,hüquqi prosses başladılar.
6.6.4 Hər bir məsul və nümayəndə, 3 aydan artıq, üzrsüz səbəbə görə məsuliyyət daşıdığı organda və ya fəaliyyətlərdə iştirak etməsə, o məsul şəxs olaraq displim və təftiş qurulu qərarı ilə üzləşir.
6.6.5 Displim və təftiş qurulu qaydalar pozan üzvlərə
• şifahi və yazılı xəbərdarlıq
• Vəzifədən azad etmək
• Üzvün üzviyyətini bəlli sürəsinə dondurmaq
• qəti uzaqlaşdırmaq
• hüquqi işləmlər başlatılmaq kimi qəti qərarları tətbiq edir.
6.7 Hazinə və maliyyə qolu
6.7.1 ACP-nin Hazinə və maliyyə qolu iqtisadi projelər və layihələr hazırlayıb partiyaya təqdim edir.
6.7.2 ACP-nin maliyyə gəlir qaynağı, əsasən xaricdə yaşayan üzvlərin üzviyyət haqqı və cümhuriyyətçilərin ianə yardımları hesabına sağlanır.
6.7.3 ACP Hazinə və maliyyə qolu əsas cavabdeh və sorumlu qol kimi, partiyanın maliyyə qaynaqlarını,gəlirlərini və çıxarlarını şəffaflıq prinsibi əsasında yönəldir, eləcə də,malı trafiki yoxlayaraq kontrol edir (denətləlir)
6.8 Araşdırma mərkəzi
6.8.1 ACP-nin strateji və araşdırma qolu, partiyanın siyasi, güvənlik, sosioloji və ictimai fəaliyyəti ilə bağlı araşdırmalar aparır. Partiya üçün yol xəritələrini və siyasi layihələrini hazırlayaraq CYQ-ya təqdim edir (sunur).
6.9 Sosial və toplumsal politikalar Qurulu:
6.9.1 ACP Sosial və toplumsal politikalar Qurulu, Azərbaycan türk millətinin sosial problemləri üzərində araşdırma və tədqiqatlar aprır və çözmləri üçün siyasət ürətir.
6.9.2 İran dövlətçiliyinin Azərbaycan xalqına yaradığı ictimai və toplumsal problemlər və fəsad siyasətləri ilə, Sosial və toplumsal politikalar Qurulu ciddi şəkildə mübarizə aparır.
7.10 Əmniyət Qolu
7.10.1 Acp-nin Əmniyət Qolu üzvlərin Əmniyətli şəkildə fəaliyət etmələrini ,eləcədə partiyanın kiber və saha güvənlığını qorur , və bu haqda tədbirlər alır.
7.10.2 Acp-nin Əmniyət Qolu öz kadroları ilə təhlükəsizlik və kəşfiyat fəaliyətləri aparır və bu haqda CYQ -ya dəvamlı raport verir.
7.10 Əmniyət Qolu
7.10.1 Acp-nin Əmniyət Qolu üzvlərin Əmniyətli şəkildə fəaliyət etmələrini ,eləcədə partiyanın kiber və saha güvənlığını qorur , və bu haqda tədbirlər alır.
7.10.2 Acp-nin Əmniyət Qolu öz kadroları ilə təhlükəsizlik və kəşfiyat fəaliyətləri aparır və bu haqda CYQ -ya dəvamlı raport verir.
Güney Azərbaycan Cümhuriyyət Partiyası
01-07-2023