GÜNEY AZƏRBAYCAN CÜMHURİYYƏT PARTİYASININ (ACP)BİRİNCİ QURULUŞ İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ GÜNEY AZƏRBAYCAN XALQINA TƏBRİKİ

 

Əziz ACP üzvləri , dəstəkçiləri və igid Azərbaycan Cümhuriyyətçi gəncləri

Bu gün, Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) özünün ilk quruluş ildönümünü böyük qürur və sevinc ilə qeyd etməkdədir. Bir il əvvəl, Sizlərin dəstəyi ilə milli fəallarımız və cümhuriyyətçi gənclərimiz Güney Azərbaycanın bağımsızlığı və özgürlüyü uğrunda yeni bir güclə mübarizəyə başlamaq üçün ACP-ni təsis etdilər. Bu qısa müddət ərzində göstərdiyimiz çabalar və əldə etdiyimiz nailiyyətlər gələcəyə olan inamımızı daha da gücləndirir.

Məlum olduğu kimi, ACP Azərbaycan türk millətinin milli hüquqları və ali mənfəətlərini müdafiə etmək məqsədi ilə qurulmuşdur.

Yurdçuluq- Azərbaycançılıq

Milliyətçilik-Türkçülük

Cümhuriyyətçilik- Dövlətçilik

Devrimçilik- çağdalıq

Eşitlik-Millətçiıik(xalqçılıq)

Demokratçılıq, Layiklik ilkələri və prinsipləri əsasında fəaliyyət göstərən partiyamız, Güney Azərbaycanın milli-mədəni və siyasi həyatında önəmli rol oynamağa davam edir. Bu bir il ərzində, milli mənfəətlərimizi qorumaq və Azərbaycançılıq və cümhuriyyətçilik idealogiyasını yaymaq üçün bir çox uğurlu addımlar atdıq. Bu yolda bizimlə birgə olan bütün üzvlərimizə və dəstəkçilərimizə bu gün qürurla təşəkkürlərimizi ifadə etmək istəyirik. Çünki, Sizlərin çabaları və fədakarlığı olmadan bu başarılar mümkün olmazdı. Hər birinizin töhfəsi, Güney Azərbaycanın parlaq gələcəyi üçün atılan addımların təməlini təşkil edir.

Qarşıdakı illərdə də ACP olaraq vətənimizi və millətimizi İran adlanan ölkənin işğalından qurtarmaq yolunda, milli hüquqlarımız və azadlığımız uğrunda mübarizəmizi əzmlə davam etdirəcəyik. Bu mübarizədə birliyimiz və qətiyyətimiz ən böyük gücümüzdür. ACP-nin birinci ildönümü münasibətilə hamınızı bir daha təbrik edir, gələcəkdə milli birliyimiz və qurtuluşumuz üçün daha böyük nailiyyətlərə imza atmaqla uğurlar əldə etməyi arzulayırıq.

Yaşasın Güney Azərbaycan!

Yaşasın Bütöv Azərbaycan

Yaşasın Azərbaycan türk milləti!

Hörmətlə,

ACP İdarə Heyəti

1 İyul 2024 cü il

Scroll to Top