Biz, Güney Azərbaycan Cümhuriyyətçiləri, Azərbaycan türk millətinin, İran mərkəzli siyasi meydandan (həm hökumət və müxalifət meydanından)tamamilə ayrılmasını geridönməz bir həqiqət olaraq qiymətləndiririk. Bu ayrılıq, 1925-ci ildən etibarən davam edən müstəmləkə, işğal, sistemli inkar, qətliam, iqtisadi talan, saxtalaşdırma və təhqir siyasətinin məntiqi nəticəsidir.

 

Bu siyasətlər “tək-millətli İran dövləti” layihəsi və saxta “İran milləti = fars” kimliyi adı altında həyata keçirilmişdir.

Siyasi ayrılıq təkcə Azərbaycan türk millətinin istəyi deyil, həm də “millətlərin öz müqəddəratını təyin etmə haqqı” daxil olmaqla, beynəlxalq hüququn əsas prinsiplərinə uyğundur.

 

Beynəlxalq ictimaiyyət anlayır ki, regionda davamlı sülh və təhlükəsizlik, İran daxilində əsarət altında yaşayan qeyri-fars millətlərin suverenlik hüquqlarının tanınmasından asılıdır. Güney Azərbaycan milli hərəkatı da məhz bu prinsiplər əsasında milli-mədəni soyqırımı dayandırmaq uğrunda mübarizə aparır.

İran-Azərbaycan siyasi Ayrılığın Əsas Səbəbləri

1. Hakimiyyət və Müxalifətin Ortaq İdeologiyası:

· Qeyri-fars millətlərin mövcudluğunu və milli haqlarını inkar etmək.

· Dil və milli soyqırımı həyata keçirmək, ana dilində təhsil hüququnu yasaqlamaq.

·qeyri-fars millətlərin yurdlarının işğalını “İranın ərazi bütövlüyü” şüarı altında  müqəddəsləşdirmək.

· Qeyri-fars millətlərin ana yurdlarını parçalamaq və coğrafi adları sistemli şəkildə farslaşdırmaq.

· Qeyri-fars millətlərin sərvətlərini mərkəz naminə talan edib, “İran millətinin sərvəti” adı altında fars dövlətçiliyinin möhkəmləndirilməsinə və fars millətinin inkişafına və rifahına yönləndirmək.

· Millətlərin kimliyini və tarixini saxtalaşdırmaq və bunu zorla millətlərə qəbul etdirmək.

 

2. Dünyagörüşü Ziddiyyəti:

· Türk millətinin baxışı və məqsədi Milli istiqlal, Azərbaycan dövlətçiliyin  və milli hakimiyyət bərpasıdır.

· Rejim və müxalifətin baxışı isə İran adlı fars-mərkəzli dövlət-millət modelini qorumaqla hakimiyyəti ələ keçirməkdir.

 

· iran müxalifət axınları yalnız hakimiyyət uğrunda rejimə rəqibdirlər, iran Dövlətçilin və sistemi dəyişdirmək  niyyətində deyillər.

Hər bir axın öz təfəkkür ilə İran dövlətini yönətmək istəyir.(1979-cu ildə olduğu kimi, ).

Hətta İran dövlətini qorumaqda rejim və müxalifət ümumi ittifaqa malikdir. Bu itifaqı Azərbaycan və qeyri-fars millətlərə qarşı açıq şəkildə görmək olar.

 

3. Tarixi Etimadsızlıq:

· Məşrutə hərəkatı, Azadistan dövlətinin qanla boğulması, 1945-46 Milli Hökumətinin devrilməsi, 54 il Pəhləvi  rejiminin cinayətləri və zülmü, 46 illik molla rejiminin cinayətləri, 1979 inqilabı və iran-iraq müharibəsində Azərbaycanlıların dəfələrcə aldatılması,  iranlıların dəfələrcə müqavilələr və ana yasalarının pozmaları kimi bir əsrlik zorakılıq tarixi, Azərbaycan üçün dərs olmuşdur.

Bu gün belə İran-mərkəzli bütün siyasi axınları türk kimliyini inkar və aşağılamaq, Azərbaycanlıların aldatmaq ,milli hərəkatı boğmaq və Azərbaycanı məhv etmək istəyi ortak olduğundan, bu, etimadsızlığın əsas mənbəyidir.  Həm rejim və həm müxalifət tərfindən Azərbaycanı eşitmək və haqlarını geri vermək yerinə dəvamlı aldatmaq və sistemli basdırmağa təşəbbüsləri var.

 

4. Demokratiya Potensialının Olmaması:

· Nə İran dövlətinin özü, nə ölkənin quruluşu, nə rejim, nə də müxalifət demokratikləşə biləcək potensiala və iradəyə malik deyil.

· Demokratiyanın ilk şərti, qeyri-fars millətlərin varlığını, tarixini və kimliyini qeyd-şərtsiz tanımaq, saxta kimlikləri və müstəmləkəçi dövlət qurumlarını rədd etməkdir. Ancaq bilirik ki İran-mərkəzli bütün siyasi axınların – mücahiddən pəhləviçilərə, İran respublikaçılarından molla islamçılarına, hətta insan haqları təşkilatlarına qədər – fars mərkəzçiliyinin, ırqçı, ayrı-seçkilik edən təfəkkür, məqsəd və mərama sahibdir.

 

 

Güney Azərbaycan Türk Millətinin öz Yolu seçib.

Azərbaycan nə susmuşdur, nə  rejimlə birgədir, nədə iflas etmiş müxalifətlə eyni cəbhədədir.

Rejimə qarşı mübarizədə İran müxalifətinə nə etibar etmək mümkündür, nə də əməkdaşlıq üçün real zəmin mövcuddur. Ortada nə vahid yol, nə də ortaq məqsəd var.

Azərbaycan Azadlıq üçün öz  yolunu gedəcək. Bu yol,Azərbaycan türk millətinin milli maraqlarını, ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq, müstəmləkə siyasətlərinə son qoymaq və milli hakimiyyəti bərpa etmək yoludur.

Bu Azərbaycanın tək Qurtuluş yoludur.

Ulu öndər Pişəvərinin dediyi kimi: “Azərbaycan öz yolunu gedəcək!”

 

Güney Azərbaycan türk millətinin öz müqəddəratını təyin etmə hüququ – muxtariyyətdən tam müstəqilliyə qədər – doğuşdan gələn, satılmayan və beynəlxalq hüquqla təsdiqlənmiş bir hüquqdur.

Azərbaycan gənci bilir ki, bu hüquq nə kimsənin payı, nə də müxalifətin lütfüdür. Bu, dünyanın bütün millətlərinin ən təbii hüququdur!

Azərbaycanın gərçək nümayəndəsi :

Hərkəsə aydındır ki Azərbaycan artıq İran siyasət meydanından çıxmışdır,eyni zamanda dünya görür ki, Azərbaycansız bu coğrafiyada heç bir siyasi dəyişiklik mümkün deyil.

İran-mərkəzli qüvvələr ayrılıq reallığını hələ də qəbul edə bilmirlər. Azərbaycan milli hərəkatının müstəqil irəliləyişi onları təşvişə salmışdır. Məhz bu səbəbdən Rejim və müxalifət, milli hərəkatı nəzarət altında saxlamaq,  Azərbaycan xalqını aldatmaq üçün manqurtları “Azərbaycan nümayəndəsi” kimi təqdim etməyə çalışırlar

Rejim də, müxalifət də, dünya da bilməlidir ki,  Azərbaycan millətinin yeganə təmsilçisi Azərbaycan milli hərəkatı, onun təşkilatları və fəallarıdır.

Azərbaycanın aldatılması dövrü başa çatmışdır. Artıq Azərbaycan gəncliyinin fəlsəfəsində türk olmaq yalnız bioloji mənşəylə deyil, milli şüur və vətənə xidmətlə ölçülür. Türk valideynlərdən doğulmaq türk olmaq üçün kifayət deyil. Kim ki, türk millətinin maraqları və vətəninin abadlığı uğrunda çalışır, o, əsil türkdür. Kim ki, Azərbaycanı öz vətəni sayır və onun qorunması üçün canından keçir, o, əsil azərbaycanlıdır.

Sonda birdaha təkid edirik:

· Azərbaycan bizim minillik ana vətənimizdir, İranın vilayəti və ostanı deyil!

· Azərbaycanın milləti və milliyyəti türkdür, arya “etnik qrupu”,   ya İran qövmü deyil!

 

· Vətənimiz – Azərbaycanın gələcəyi barədə hər hansı bir qərarı yalnız Azərbaycan xalqının azad iradəsi verməlidir.

.Azərbaycan millətinin təmsilçisi yalnız Azərbaycan milli hərəkatıdır , iran Siyasətçiləri deyil.

 

Yaşasın Azərbaycan gəncliyi!

Yaşasın Azərbaycan!

Yaşasın Türk ulusu!

Güney Azərbaycan Cümhuriyyət Partiyası 14 Sentyabr 2025