Güney Azərbaycan Cümhuriyyət Partisinin Xarici Əlaqələr Komitəsinin Siyasi Bəyanatı

Güney Azərbaycan Cümhuriyyət Partisi bəyan edir ki, Azərbaycan Türk xalqına qarşı həyata keçirilmiş istismar, assimilyasiya, qanlı repressiyalar, mədəni soyqırımı və torpaq işğallarına qarşı qisas almaq – yalnız mənəvi deyil, həm də siyasi və tarixi bir haqqdır. Bu qisas hissi kor nifrət və emosional intiqam deyil, ədalət bərpası, tarixi yaddaşın dirçəldilməsi və milli ləyaqətin qorunması uğrunda aparılan mübarizənin bir parçasıdır.

Tarixi haqlarımızı və milli kimliyimizi tapdalayan, Azərbaycan Türkünün qanını tökərək bu coğrafiyanı qana boyayan güclərə qarşı səssiz qalmaq – həm bu günə, həm gələcəyə, həm də şəhidlərimizin ruhuna xəyanətdir. Biz inanırıq ki, qisas – gələcək nəsillərin hüquqlarını qorumağın, milli heysiyyətin bərpasının və xalqın müqəddəratını təmin etməyin simvoludaur.

İrana son Xəbərdarlıq! Zengezur açılacaq

30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğalına göz yuman, bəzən isə hətta bu işğala açıq-gizli dəstək verən Tehran rejimi hazırda da Ermənistanın yanında durmaqda davam edir. İranın mövcud rejiminin anti-Azərbaycan fəaliyyəti bu gün də davam edir və bu dəfə İran Zəngəzur dəhlizinin açılmasına qarşı yersiz müqavimət göstərir

Ataxan:Hakimiyyətlər dəyişsə də İranın anti-Azərbaycan siyasəti dəyişməyəcək

30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğalına göz yuman, bəzən isə hətta bu işğala açıq-gizli dəstək verən Tehran rejimi hazırda da Ermənistanın yanında durmaqda davam edir. İranın mövcud rejiminin anti-Azərbaycan fəaliyyəti bu gün də davam edir və bu dəfə İran Zəngəzur dəhlizinin açılmasına qarşı yersiz müqavimət göstərir

12 şəhrivər Güney Azərbaycan milli təşkilatlanma günüdür

ACP olaraq Güney Azərbaycanın azadlığı və istiqlalı nə qədər Güney Azərbaycan xalqının daxili mübarizəsidirsə, bir o qədər də Quzey Azərbaycanın Bütövlük davasının tərkib hissəsidir. Bunun üçün ACP olaraq hesab edirik ki, millətimizin Güney Azərbaycanda meydan və xiyabanlarda başlatdığı azadlıq, milli şuarlarına qulaq verilməli,şüarlar doğru oxunmalı, Güney Azərbaycanın istiqlal və milli Cümhuriyyətinə gedən yolda, Təbriz mərkəzli siyasətlərilə , Güney Azərbaycan siyasi atmosferilə irəliləmək lazımdır .