iran rejiminin Səlmasda millətimizə saldırısı ilə bağlı ACP-nin BƏYANATI

Əziz qəhraman Azərbaycan Türk milləti, son günlər Salmasda baş verən olaylar və bu olaylarla ilgili orada millətimizə qarşı başladılmış hücumlar bizi bir millət olaraq biganə qoya bilməz!

Bu səbəbdən Salmas yalnız səni, məni yox, bütün qəhraman millətimizi ona biganə qalmamağa səsləyir.

İran adlanan istilaçı rejimin işğalçı və quldur qüvvələri ata yurdlarımızı məhv etməkdən, ana vətənimiz Azərbaycanı talamaqdan doymur.

Xüsusən son günlərdə İranın talançı rejimi Salmasın Qara Qışlaq kəndində Şüşə fabriki açmaq məqsədi ilə buradakı insanlarımızın həyat fəaliyyətinin ziddinə fəaliyyətlərə başlamışdır. “İran hökuməti” planladığı fabrikin ərazisindəki yerli türkləri qovaraq bu əraziləri ələ keçirməklə yanaşı, fabrikin emalı üçün xam maddəni Salmas və Urmu mədənlərindən qarət etməyi, orada əmələ gələcək çirkab və zibil qalıntılarını isə yenədə Salmas və ətrafındakı ərazilərə, yani Azərbaycan təbiətinə buraxmağı, fabrikdən əldə olunacaq gəlir və qazancları isə istismar siyasətinə uyğun mərkəzə, Tehrana göndərməyi hədəfləyir.

Qəhraman Qərə Qışlaq əhalisinin öz sağlıq və rifahı üçün etdiyi etirazlara rejim ən sərt şəkildə cavab verməkdədir. Biganə fars şovinist rejimi millətimizin bu dinc etirazlarına yenə güllə və dəyənəklərlə öz xislətinə uyğun vəhşilik törədərək cavab vermişdir.

Öz torpaqlarında hüquq və haqlarını tələb etməklə firavan yaşamağı üçün mücadilə verən sadə insanlarımızın qanı, rejim tərəfindən yenidən axıdılmışdır. Beləcə, sadə bir etiraza görə onlarca vətənsevər, qorxmaz igid bəylərimizlə yanaşı, xanım və qızılarımız da döyülərək həbs olunmuşdur.

Göründüyü kimi İran rejimi çox azğınlaşmış nəinki milli haqları uğrunda mübarizə aparanlara, həm də sadə əməkçi xalqada güllə sıxmaqdan, həbs etməkdən çəkinməmişdir.

Biz Azərbaycan cümhuriyyətçiləri olaraq bütün Azərbaycan türk millətini, Salmas olaylarından dərs çıxarmağa, millətimizə düşmən münasibəti sərgiləyən rejimə qarşı daha cəsarətli olmağa səsləyirik. Özəliklə Azərbaycan milli azadlıq hərəkatının gücünə inanaraq millətimizi elliklə mübarizə birliyinə çağırırıq. Biz inanırıq ki, milli gücün və iradənin qarşısında bütün güclər acizdir.

Artıq işğalçılıq qüvvələrini durdurmaq zamanı çoxdan gəlib çatıbdır.

Bunun üçün Azərbaycan milli hərəkatının həm millətimizə biganə olan qüvvələri torpaqlarımızdan çıxarmağa, həm Azərbaycan türk millətini qorumağa, həm də Milli Dövlətini qurmağa yetərincə gücü mövcüdür. Bu olaylar göstərir ki, milli iradə və milli birliyə sahib olduğumuz gün Azərbaycan türk milləti azad olacaqdır.

Uca millətimizi bunlardan dərs alaraq güclənməmiz üçün milli hədəflər uğrunda milli birliyə səsləyirik!

Güney Azərbaycan Cümhuriyyət Partiyası ACP

 

 

Scroll to Top