9 Noyabr, Azərbaycan türk millətinin milli kimliyini, dövlətçilik ənənəsini, vətən anlayışını, müstəqillik və azad yaşam ideallarını əks etdirən Üçrəngli Milli Bayrağımızın qəbul olunduğu gündür. Bu bayraq həm müstəqil dövlətçiliyimizin, həm də 50 milyonluq Azərbaycan türk millətinin milli bayrağı və milli birlik simvoludur.
Güneydə Azərbaycan gənclərinin hər yığıncaqda cəsarətlə Milli Bayrağımızı qaldırması millətimizin dirçəlişi və bütövlüyünün simvoludur.
İnanırıq ki, bir gün Güney Azərbaycanın səmasında da bu müqəddəs bayraq şəfəq saçacaq. O günə qədər istiqlal mübarizəmiz və cümhuriyyətçilik amalımız sönməyəcək.
Yaşasın Bütöv Azərbaycan!
Əbədi dalğalansın Milli Bayrağımız!
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)
9 Noyabr 2025