Bu il Türkiyə Cümhuriyyətinin quruluşunun 100 illiyidir. 7 dövlət tərfindən işğal altında olan türk topraqlarını Mustafa Kəmal Atatürk və silah yoldaşları savaşaraq azad edib, Türkiyə Cümhuriyyətini yaradmışdır. Bu Cümhuriyyət, bütün türk dünyasını qürur qaynağıdır.
1923-cü ildə böyük öndər Mustafa Kamal Atatürk tərəfindən düzgün, milli, çağdaş, sağlam təməllər üzərində qurulmuş Türkiyə Cümhuriyyəti hazırda dünyanın qüdrətli dövlətlərindən biri və Türk dünyasının birinci gücüdür. Atatürkün qurduğu və ömrünün sonuna qədər başçılıq etdiyi Türkiyə cümhuriyyəti, O, həyatdan gedəndən sonra da yaşayır, gəlişir və onun vəsiyyətlərini həyata keçirir.
İngiltərə dövlətinin istihbarati 1919 ci il Mustafa Kamal üçün” Türk milliyyətçisi (milli) Turan milli hərəkatçısı” adı verilmələri heçdə təsadüfi deyildir.
Böyük öndər, Mustafa Kamal Atatürk ona görə dahi liderdir ki 100 il bundan öncə demokrasi, milliyyətçilik və yurdçuluqu meyar alaraq qurtuluş və istiqlaliyyət savaşını qazanıb, böyük və modrn Türk dövlətini qurub və bir çox xalq onu örnək alıb, yolunu gedərək azadlıq və istiqlaliyyətinə qovuşmuşdur.
İstər Quzey Azərbaycanda istərsə bugün Güney Azərbaycanda Türk milləti öz milli azadlığı uğrunda mübarizə apararkən, milli istiqlaliyyətinə nail olmağa, milli dövlətçiliyini yaratmağa çalışarkən daim Mustafa Kamal Atatürkün qoyduğu ilkələri özünə ilkə edinib və onun izini təqib etmişdir.
Turan coğrafiyasında və Türk millətinin tarixində Mustafa Kamal Atatürkün tək Türkiyə Cümhuriyyətinin qurucusu deyil bəlkə Atatürk bir təfəkkür sistemidir.
Bugün Güney Azərbaycan milli azadlıq hərəkati milliyətçi, Türkçü, Yurdçu (Azərbaycaçı), Turançı, İstiqlalçı, Cümhuriyyətçi və dünyəvi (layik) hərəkətdirsə bu Atatürkün ilkərinin milli hərəkətdə meyar alınmasının sonucudur. Bugün “Nə Mutlu Türkün deyənə” , “Otay bu tay bir olsun” kimi dəvamlı səslənən şüarlar bunun açıq sübutudur.
Güney Azərbaycan Cümhuriyyət Partiyası və Cümhuriyyətçilər üçün Atatürk ağıldır, Atatürk bilimdir, Atatürk öndər və yol göstəricidir, Atatürk ideoloq və təfəkkürsistemidir, Atatürk cümhuriyyət və dövlətdir, Atatürk demokrasiya və sülhdür, Atatürk türklük və Turançılıqdır, Atatürk qurtuluş və istiqlaliyyətdir, Atatürk modernitə və Türk ənənəsinin birləşməsidir, Atatürk həm keçmiş həmdə gələcəkdir.
Güney Azərbaycan Cümhuriyyət Partiyası , Güney Azərbaycan cümhuriyyətçiləri adından qardaş Türkiyə cümhuriyyətinin 100 illiyini türk millətinə qutlu olsun deyir.
Bütün dünya bilsin ki, biz Güney Azərbaycanda Atatürkün ilkələri üzərə Türk cümhuriyyətini quracağımıza əminik.
Əbədi yaşasın Türkiyə Cümhuriyyəti
Barış BOZQURD
ACP ilətişim və Media sorumlusu