
Bugün Beynəlxalq Qadınlar Günüdür. Lakin bu gün yalnız çiçəklərin və təbriklərin günü deyil; eyni zamanda mübarizənin, haqq axtarışının və faciələrin də günüdür.
Bu gün həm də Güney Azərbaycanın igid qadınlarının günüdür. Həbsxanalarda işgəncələrə və təcavüzə məruz qalan, hamilə ikən ölüm hökmü oxunan, dilindən, milli kimliyindən və ən əsas haqqı olan yaşamaq hüququndan məhrum edilən, eyni zamanda savaşın bombaları altında belə möhkəm dayanan və iradəsini itirməyən bütün Güney qadınlarının günüdür.
Biz ACP olaraq Güney Azərbaycanda və dünyanın hər yerində haqq, ədalət və azadlıq uğrunda mübarizə aparan bütün qadınların yanındayıq.
Mübarizəmiz azadlıq və ədalət tam təmin olunana qədər davam edəcək.
www.azcp.org


