İran–İsrail arasında baş verən qarşıdurma bölgəmizdə təhlükəli və dönüş nöqtəsi ola biləcək bir mərhələyə qədəm qoymuşdur.
ACP olaraq bildiririk ki, bu savaş rejimin illərlə yürütdüyü paniranizm siyasəti və bölgədə sabitliyi pozan fəaliyyətlərinin nəticəsidir.
Güney Azərbaycan Cümhuriyyət Partiyası bu prosesləri diqqətlə izləyir və bütün hallarda Güney Azərbaycan millətinin güvenəliği (təhlükəsizliyi), milli hüquqları və gələcəyi naminə məsuliyyətlə davranacaqdır. Tarixin bu həssas anında ACP, xalqımızın öz müqəddəratını təyin etmək haqqını qoruyacaq və bölgəsəl hadisələrin yaratdığı imkanları milli maraqlarımız istiqamətində dəyərləndirəcəkdir.
Biz inamla bildiririk: Güney Azərbaycan milləti ayıqdır, birlik içindədir və hər zaman öz taleyini öz əli ilə müəyyənləşdirmək gücündədir. Bütöv Azərbaycan xalqının iradəsi, Türk dünyasının dəstəyi və beynəlxalq hüquq bizim əsas dayağımız olacaqdır.
Bölgədə yaranacaq yeni düzəndə Güney Azərbaycanın milli iradəsi gözardı edilə bilməz. Güney Azərbaycan gəncliyi olaraq keçmişdəki səhvlərin təkrarlanmasına əsla yol verməyəcəyik.
ACP olaraq ,sülh, hüquq, milli haqlar , milli hakimiyət, milli Cümhuriyyət çərçivəsində bu yeni mərhələyə hazır olduğumuzu bir daha bəyan edirik.
Yaşasın azadlıq və ədalət uğrunda mübarizə!
Yaşasın Azərbaycanın Cümhuriyyət və istiqlal yolu