Azərbaycanın güneyini işğal etmiş İran adlı sözdə dövlət, hər zaman olduğu kimi bu gündə Azərbaycan türklərinə qarşı tutuqlama və basqıları ilə gündəmi məşğul etməkdədir.
Xüsusəndə, rejim orta şərqdə öz təsir mövqelərini itirdikcə Azərbaycan türklərinə qarşı daha da quduzlaşmaqdadır.
Hətta İsrail dövləti ilə gündən-günə kəsginləşən münasibətlərinin də qisasını rejim Azərbaycan türkələrindən almaqdadır. İran dövləti qurduğu saxta məhkəmələrdə Azərbaycan türklərini kütləvi şəkildə “casusluq və milli təhlükəsizliyə qarşı çıxma” kimi qondarma ittihamlar irəli sürməkdədir. Son günlər rejimin Azərbaycanlı milli fəallara ağır və qərəzli hökmlər verməsi bir daha göstərdi ki, həm İran İslam rejimi, həm də İran dövləti Azərbaycan xalqını özünün əsas düşməni kimi müəyyənləşdirib.
Bu deyilənlərə açıq nümunə heç bir cinayətdə əli olmayan onlarla milli fəala son günlər uzun müddətli həbslərin verilməsidir . Bunlardan Kamal Nuri’nin 3 il,Süleyman Möhəmmədinin 3 il,Yaşar Nikrunun 1 il,Vədud Əsədi’nin 9 il, Salar Tahir Əfşar’ın 5 il, Hüseyn Piri’nin 5 il, Tahir Nəqəvi’nin 6 il, Əbdüləziz Əzimi’nin 6 il, Araz Aman’ın 13 il, Bağır Hacızadə’nin 13 il, Ayaz Seyfxah’ın 13 il müddətinə ağır həbs cəzaların məhkum edilməsi, əslində İran irqçi rejiminin Azərbaycana, onun milli hərəkətinə və Azərbaycan Türk millətinə açıq qərəz və düşmənçiliyini sərgiləməklə yanaşı, həm də rejimin millətimizin milli gücündən hədsiz qorxduğunu göstərir.
ACP hesab edir ki, İran adlı dövlət tərəfindən Azərbaycanın siyasi fəallarına qarşı yönələn təhdid və təzyiqlər, eləcə də, aktivistlərə verilən uzun müddətli həbslərlə paralel Azərbaycan millətinə qarşı getdikcə artan siyasi, iqtisadi, mədəni və cinsi basqı və ayrı-seçkilik siyasəti yalnız açıqdan-açığa Azərbaycan Türk xalqının azadlıq üçün mücadilə əzmini zəiflətmək məqsədi daşımaqdadır. Bunun üçün ACP İran şövinist rejiminin Azərbaycandakı bütün irqçi, müstəmləkəçi, işğalçı və basqıcı hərəkətlərini açıqdan-açığa qınayır və milli hərəkat fəallarının, hüquq müdafiəçilərinin, Azərbaycanlı əmək fəallarının qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.
ACP İran adlanan dövlətdə cərəyan edən bu prosesləri yaxından izləyir və İran rejiminin bütün məhkəmə qərarlarını qanunsuz və yox hökmündə olduğunu hesab edir. Eyni zamanda, İran hökumətinin insanlıq əleyhinə bu kimi bütün cinayətlərinin və hərəkətlərinin Türk milləti tərəfindən cavabsız qalmayacağını qəti şəkildə hər kəsə bildirmək istəyir.
Güney Azərbaycan Cümhuriyyət Partiyası 23 Oktobr 2024