Artıq təşkilatlanma işlərimizi kifayyət qədər sağalm təməllər üzərində qurduğumuza əmin olduğumuz üçün bunu basın vasitəsi ilə tüm kamoyuna sunmağın vacib bilirik.
Artıq hər kəs əmin olsun ki, Güney Azərbaycan türk millətinin başlatdığı milli hərəkat siyasi cəhətdən içdə təşkilatlanmış şəkildədir.
Read more: Güney Azərbaycan Cümhuriyyət Partiyasi Babək qalsında var oluşunu açıqladı- VideoBu istiqamətdə məramnamə və nizamnaməmiz geniş kamoyuna təqdim olunacaqdır.
Əziz Xalqımız əmin ola bilər ki, bu dəyişən dünya düzənində onun haqları uğrunda hər cür fədakarlığa hazır olan və onun özgür bir cümhuriyyət dəyərlərinə görtürəcək bir siyasi kursumuz mövcuddur.
Bu kurs məramnaməmizdə belə əks olunmuşdur:
1. ACP siyasi meydana gələrkən onun qurucuları bütün xalqımızı Milli Hədəf ətrafında birləşərək, Azərbaycanın bütün sahələrdə yüksəlişini təmin etmək üçün aktiv siyasi fəaliyyətə cəlb etməyi qərara almışdır.
2. Partiyanın əsas məramı Azərbaycanın güneyində xalqımızın milli haqlara sahib olması ilə yanaşı öz milli cümhüriyyət dövlətini qurulması yolunda milli düşüncəyə söykənən sağlam qüvvələrin birliyi ilə bu qüvvələrin milli iradəsini bir məxrəc altında birləşdirmək və bu birləşmədən yaranan Milli Qüvvəni Bütöv Azərbaycan xalqına xidmət etməsi üçün milli dövlətin iqtidarına aparmağa çalışacaqdır.
3. Hər bir millətin taleyində elə taleyüklü məqamlar olur ki, həmin vaxt Milli Hədəf konkret ideya olur. ACP-yə görə yaxın gələcəyimiz üçün Milli Hədəfimiz Milli Dövlət və Bütöv Azərbaycan topraqlarının birləşməsidir.
Əziz mediya nümayəndələri, Azərbaycan Cümhuriyyət Partiyasının (Acp-nin) da əsas vəzifəsi partiyamızın məramnaməsində qeyd etdiyimiz kimi xalqımızın hər bir kəsimini Güney Azərbaycanın problemləri ilə bağlı ictimai-siyasi və milli məsəllərlə bağlı sürəclərdə aktiv yer almasına dəstək vermək və bu amac ətrafında olan milli qüvvələrimizi Bütöv Azərbaycan idealı ətrafında birləşməsinə dəstək verməsinə nail olmaqdır.
Bizim yaxın məramımız Güney Azərbaycanda Milli Dövlət və uzaq hədəfimiz Bütöv Azərbaycan birliyidir.
Bunun üçün uca məramımızı duyuru şəkilində Mediya mənsublarına 1 iyul tarixində çatdırmağımızın da öz anlamı vardır.
Bildiyiniz kimi 1 iyul Azərbaycan xalqının azadlıq qəhrəmanı Babəkin anım günüdür.
Bu amaclada biz ACP-nin kamoyuna təqdimatını Güney Azərbaycan xalqınının Bəzz qalasını ziyarət etdiyi gün təqdim etmək qərarına gəldik.
Düzdür, Bəzz qalası ziyarətindən qorxuya düşmüş Fars rejimi son illər azadlıq qalasının yollarını polis və əsgəri güclərlə qapatmış, xalqımıza öz azadlıq fikirlərini də məhdudlaşdırmağa çalışmışdır.
Amma biz siyasi cəhətdən ortaya çıxmaqla rejimin arzusunu gözündə qoyduğumuzu bir daha bəyan edirik.
Hörmətlə
Güney Azərbaycan Cümhuriyyət Partiyası