Əziz soydaşlar, sevgili millətimiz!
Hər kəsə məlum olduğu kimi XVIII əsrin sonlarından başlayraq imperalist güclərin dəstəyi ilə Azərbaycan dövlətçiliyi sıradan çıxarılması hədəflənmişdi. Bunun üçün öncə Azərbaycan dövlətçiliyini ixtilaflara söykənən xanlıqlara bölünməsinə yol açan ortam yetişdirilmişdir. Bundan bir qədər sonra İran adlı bu günki ərazidə dövlətçilik yönətiminə sahib olan Qacar türkləri imperialist güclərin dəstəyi ilə 1925-ci ildə hakimiyyətdən salınmış və yerinə Türk millətinə qənim kəsilməyə hər fürsətdə hazır olan imperializmin buyruqçusu fars Pəhləvilər gətirilmişdir.
Amma XVIII və XIX əsr Azərbyacan tarixi üçün ən mürəkkəb bir dövr idi. Bir tərəfdən qərb dövlətləri, digər tərəfdən ruslar və daxildə isə millətimizin iradəsinin ziddinə getmək üçün bu özgə güclərlə hər cür bazarlığa hazır olan quyruqbulayan farslar var idi. Bu birləşmiş güclər Güney Azərbyacanda milli iradənin ortadan qaldırılmasına var gücü ilə çalışırdı. Bu nədənlə onların uzun mücadiləsi ilə xalqımız dövlətçilik yönətimindən kənarlaşdırılmış və millətimiz üçün faciələrlə dolu qara günlər başlamışdı.
Milli iradəmizin ziddinə olan qüvvələr nə qədər güclü olsa da Azərbaycan türkləri öz haqları uğrunda mübarizədən geri durmamışdır.
Bunu üçün həm Səttar xan hərəkatını, həm Şeyx Məhəmməd Xiyabani hərəkatını imperialist güclərə qarşı bir dirəniş hərəkatı olamaqla yanaşı, həm də xalqımızın milli haqları, azadlığı və bütövlüyü yolundakı mücadilənin bir hissəsi və milli dövlətçiliyə gedən yol kimi səviyələndirə bilərik.
12 dekabr 1945-ci ildə (21 Azər 1324-cü ildə) xalqımızın öz azadlığı uğrunda mübarizə meydanlarına çıxaraq yenidən milli ruha sahiblənməsi Güney Azərbaycan istiqlal tarixinə “21 Azər” hərəkatı kimi möhtəşəm bir milli qalxış bəxş etmişdir.
C. Pişəvərinin öndərliyi ilə Azərbaycan milli hərəkati qısa zamanda bir çox uğurlara imza atmaqla xalqımız qarşısında böyük işlər görmüşdür. Bunlardan Milli hökumət qurulması, Azərbaycan millətinin və milli iradəsini dünyaya tanıdılması, demokratik əsaslarla məclis seçkilərinin keçirilməsi və təşkili, kənd və şəhərlərin abad edilməsi, dövlət vəzifələrində vətənsevər və ədalətli olması,Yetim və sosial evlərin açılması, savadsızlığın ləğv edilmsəi, Təbriz unversitetinin açılması, ölkədə bütün yazışmaların ana dilində aparılması, ana dilində mətbuatın və kitab çap edilməsi, əmniyyətin tam mənada bərqərar olması, ordu quruculuğu istiqamətində bir çox işlərin görülməsi, qadınların mədəni və siyasi haqların tamami ilə tanınması, Azərbaycanın iqtisadi yüksəkişi və sənayələşməsi, Milli hökumətin uğurlarından idi.
Azərbaycan milli hərəkatı və “21 Azər” inqilabi doğurduğu Milli hökumət Azərbaycan türk millətinin tarixində yeni bir dövrün təməlini qoymuşdur.
Güney Azərbaycan xalqının milli istiqlalı və istəkləri yolundakı uğurları milli iradəmizə zidd olan düşmənlərimiz də böyük narahatlıqlar yaratmaqdaydı. Bunun üçün “21 Azər” hərəkatından öncəki illərdə mövcud olmuş və hər zaman milli hərəkatlarımıza qarşı sərgilənmiş antitürk siyasəti bu hərəkatdan da yan keçməmişdir.
Əziz yurddaşlar, uca Türk milləti
“21 Azər” inqilabi və milli hökümətimiz məğlub olmasına rəğmən bu qısa zamanda, milli istiqlal tariximizdə böyük iz qoydu. Bu hərəkat xalqımızın nə qədər azadlıq sevər olduğunu, öz milli iradəsi ilə özünə dövlətçilik istəyini, demokrtik dəyərlərə sadiq qaldığını, xüsusi ilə də öz istiqlalı yolunda necə də əzm ilə mübarizə apardığını bir daha təsdiq etdi.
“21 Azər inqilabi və Azərbaycan milli Hökuməti” xalqımıza da gələcək mübarizəsində bir çox mesajlar buraxmış, yollar açmışdır.
Güney Azərbaycan milli hərəkatının doğurduğu “Azərbaycan milli Hökuməti” çox uzun bir yol qət edə bilmədi, Amma istiqlalçılıq, dövlətçilik,vətən sevərlik ideyasını bizə bəxş edərək tariximizə qəhrəmanlıq dolu öz şanlı möhürünü vura bildi.
Ən böyük mesajlardan biri istiqlal savaşı aparan xalqımızın İran rejimi ilə heç bir halda anlaşmaya gedilməyin, irançı qüvvələrinə güvənməyin doğru olmadığını bizə göstərdi.
“ Azərbaycan milli höküməti “bizə göstərdi ki “ milli hökumət” yanlız, Azərbaycan “Dövləti” üzərində qurulmalıdır ,iran dövlətçiliyi əsasında , Azərbaycan milli varlığı heç bir şərtdə yaşadılmayacağını açıq şəkildə bizə subut etdi.
“21 Azər inqilabi və Azərbaycan milli Hökuməti” bizə öyrətdi ki iran çərçivəsində heç bir siyasi mübarizə nəticə verməyib və verməyəcək.
“21 Azər inqilabi və Azərbaycan milli Hökuməti”, bizə qərb ölkələri ,Şərq dövlətləri, və heç bir xarici qüvvənin güvənc yeri olmadığını bir daha göstərdi.
Uca Türk milləti, Qəhrəman mübariz Azərbaycan xalqı
Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq Sizi “21 Azər” inqilabi və “milli hökumətimizin” 78-ci il dönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə bu qutsal savaş yolunda daha əzmlı olmağı, bir birimizə arxa durmağı arzulayırıq.
Biz Cümhuriyyətçilər Azərbaycan milli hökumətin quruluşu və yıxılmasınıdan, nəticə çıxararaq, ən düzgün qurtuluş yolunun yalnız Müstəqil Dövlət quruluşu və milli Cümhuriyyət dəyərlərində olduğunu görür və bəyan edirik. Bu yaxın tariximizdə Türkiyə Cümhuriyyəti və Quzey Azərbaycan Cümhuriyyətlərinin yaradılması ilə də təsdiqini tapmışdır.
Biz güneyli soydaşlarımızdan hər kəsi Cümhuriyyət dəyərləri ətrafında birləşməyə və istiqlal mücadiləmizi Güney Azərbaycan Cümhuriyyətinin elan edilməsinədək davam etdirməyə səsləyirik.
Biz əminik ki ölkəmizdə olan hər bir kəsin nicatı cümhuriyyət dəyərlərindədir. Biz inanırıq ki əgər Güneydə Azərbaycan türk milləti və onun milli hərəkatı, Dövlətçilik və Cümhuriyyətçilik dəyərlərini sahiblənərsə ölkəmizdə və bölgəmizdə demokratik dəyərlərə, eşitliyə və ədalətə sadiq olan bir yönətimlə yeni bir dönəmə girəbilər.
Bizlər inanırıq ki, 21Azər ilə başlatdığımız yolu Cümhuriyyət dəyərləri tamamlaycağımız gün uzaqda deyil!
Biz Cümhuriyyətçilər“Milli hərəkatımızın” fədakarlıqlarına və millətimizin milli iradəsinə güvənərək , əminik ki “21 Azər” və “Milli hökumətin” növbəti il dönümlərində Azad Azərbaycan Cümhuriyyəti adından təbriklər ünvanlayacağıq.
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)
10-12-2023