Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) dünya liderlərini “Yaşıl Dünya Naminə Həmrəy Olaq” şüarı altında Azərbaycan Cümhuriyyətində toplanması hər kəs tərəfindən diqqətlə izlənməkdədir.
Həmçinin, COP 29 sessiyasına Azərbaycan cümhuriyyətinin ev sahibliyi etməsi Azərbaycan cümhuriyyətinin vətəndaşları kimi 40 milyonluq Güney Azərbaycan tərəfindən də rəğbətlə qarşılanır. İran əsarəti və işğalı altında olan Güney Azərbaycan da bu müddətdə təkcə insanlar yox eyni zamanda Güney Azərbaycan təbiəti və iqlimi də rejimin yaratdığı sorunlarla üz üzə qalıb. İran rejimi bu gün çağdaş dünyamızda heç bir bəşəri dəyərlərə nəinki hörmət qoymur həm də hər addımda bəşər övladı və müasir dünya üçün açıq təhlükələr yaradır. Güney Azərbaycan adından dünya dövlətlərinə səslənərək buna iki fakt üzərindən diqqət yetirmək istərdik.
1. Min illərdir mövcud olan Urmu gölünün illərdə düşünülmüş qərarlarla sürətlə və süni şəkildə qurudulması həm bölgə, həm də dünya üzrə iqlim dəyişmələrinə yol açan ən ciddi təhdidlər dəndir. Çünki Urmu gölünün qurudulması ilə həm ətraf bölgələrin kütləvi şəkildə duz çölünə çevrilməsinə, həm də bölgə ekosisteminin açıq şəkildə məhv edilməsi planlanır. İranın Güney Azərbaycanda təbiətə qarşı sərgilədiyi bu tutum yalnız bizləri yox, qonşu Türkiyə, Azərbaycan, Ermənistan və başqa ətraf dövlətləri də çevrə fəlakətləri ilə üz üzə qoyacaqdır . Bu hal isə gələcəkdə qlobal təhdidə dönməklə insanların bu bölgədən kütləvi miqrasiyasına səbəb olacaqdır.
2. İranın digər yandan bir təhdid kimi dünyanı qorxu və xofda saxlamaq üçün nüvə enerjisindən nəzarətsiz şəkildə istifadə etməsi, nüvə komponentlərinin İranın hər yerində, özəlliklə də Güney Azərbaycanda yerləşdirməsi də ətraf mühitin çirklənməsi və iqlim dəyişmələrinə yol açan qorxulu bir addımlardır. Bütün bunlar İranın bir dövlət kimi dünya düzəninə zidd getməsi ilə yanaşı, həm də dünya üçün daha riskli bir gələcəkdən xəbər verir.
Biz Güney Azərbaycan Milli hərəkatı olaraq 40 milyon soydaşımızın taleyinə və çevrəmizdəki proseslərin insanlıq adına zidd gedişinə heç zaman biganə qalabilməyəcəyimizi açıq şəkildə bildiririk. Bizlər öz səsimizi bu gün hər bir Azərbaycanlının ümid yeri olan həm Azərbaycan cümhuriyyəti dövlətinə, həm BMT-yə, həm də dünya ictimaiyyətinə bu COP 29 konfrans tədbirləri zamanı bir daha çatdırmaq istəyirik.
Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq 40 milyonluq Güneyli adından bu kimi tədbirlərin bölgəmizdə keçirilməsindən qüruru duyur və gələcəkdə bu kimi tədbirlərin Güney Azərbaycanda, Təbrizdə keçirilməsin arzu edir və dəstəkləməyə hazır olduğumuzu hər kəsə bildiririk. Həmçinin, bölgəmizdə dünya proseslərinin Güney Azərbaycansız təsəvvür edilməsini yeni dünya düzəninə qüsurlu sayır bunun üçün Güney Azərbaycan Milli Hərəkatının təmsilçilərinin gələcəkdə bu kimi tədbirlərdə dəvətli və iştirakçı olmasın ümid edirik.
Hörmətlə,
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)