Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) olaraq, Azərbaycan Respublikası və Ermənistan arasında ABŞ Prezidenti Donald Tramp-un vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış tarixi Sülh və Dövlətlərarası Münasibətlər Bəyannaməsini və strateji əməkdaşlıq razılaşmalarını böyük sevinc və məmnuniyyətlə alqışlayırıq.
Bu sənədlər, Zəngəzur dəhlizi boyunca yaradılacaq “Trump Marşrutu” ilə Naxçıvan–Ana Vətən birliyini gerçəkləşdirir, Azərbaycanın geosiyasi mövqeyini gücləndirir, Azərbaycan türklərinin milli birliyini və nüfuzunu bölgədə artırır.
ACP olaraq inanırıq ki, bu tarixi addım yalnız iki dövlət arasında sülhün bərqərar olması deyil, həm də bütün Azərbaycan türklərinin gələcəyi üçün yeni imkanlar və ümidlər açır.
Güney Azərbaycan Cümhuriyyət Partiyası ACP