Güney Azərbaycan Cümhuriyyət Partiyasının Məramnaməsi və yol xəritəsi

Tarixən ən qədimdən bu günə əcdadlarımız quzeydə dəmir qapı Dərbənddən başlamaqla,güneydə Kəngər körfəzinədək uzanan böyükbir coğrafi ərazini əhatə edən oğuz yurdu Azərbaycanı və Qaşqay yurdu özünə yurd seçib,7000 ildir ki vətən etmişdir.

Bu yurdun İstiqlali və bütövlüyünü qorumaq, bütün dövrlərdə oğuz igidləri üçün başlıca qayə olmuş, bu yoldauzun və dönməz mücadilələr vermişdir.

Ölkəmizin yerləşdiyi coğrafi mövqeyi vəgeopolitik önəmi səbəbi ilə çox təssüf ki,zaman zaman əmin-amanlığına,sərhədlərimizin bütövlüyünə, eləcə də,dövlətçilik yanaşmamıza öz etkisini göstərmişdir.Bu etkilər nəticəsində ana vətənimiz böyükgüclərin və imperialist qüvvələrin hücumunaməruz qalmış və öz bağımsızlığını itirmişqurduğu dövlətlər və türk imperiyalar yıxılmış,ana yurdu parçalanmışdır.

Ancaq tarixi faktlardan da göründüyü kimi,işğallara və yağmalara rəğmən Azərbaycan türkləri azadlıqsevər, yurdsevər və dövlətsevərdir .1000 ildən aşqın dövlət və hətta emperyalar quran Azərbaycanlılar 20 ci əsrin başlarında təssüf ki öz güclərini itirmişlərdir,ama Azərbaycan türkləri bu dövlətini tekrar bərpası üçün bir an mübarizəsini dayandırmamışlar.

Hələ 1813-1828 ci illər arası Azərbaycan Anayurdu parçalanmaya məruz qaldıqdan sonra,Azərbaycan Türk xalqı ,o taylı bu taylı,Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizəsın bir an dayandırmamış qəhraman xalqımız dövlətçilik müdrikliyini buzamandan sonra dəfələrlə ortaya qoymuşdur.

XIX əsrdən başladığı çağdaşlaşma mücadiləsiilə XXəsrin əvvəllərində vətənimizin quzeyində Azərbaycan Xalq Cümhuriyyətini qurduğu kimi güneyində də müstəqil Azərbaycan “Azadıstan” Dövləti,ardından“Azərbaycan milli hökuməti “ azadlıq və müstəqillik istəyini və millətimizin milliiradəyə malik olduğunu təsdiqləmişdir.

XX əsrin sonlarında Azərbaycanın quzeyində müstəmləkə idarəçiliyi ilə barış mayan xalqımız yenidən meydanlara çıxmış və özazadlıq mübarizəsinə başlamışdır.

Quzey Azərbaycanda xalqımızın başlatdığı İstiqlal Mübarizəsi ilə yeni bir dönəmin –müstəqil Cümhuriyyət və Respublika üsul-idarəsinin təməlini qoyulmuşdur.

Azərbaycan xalqı Azərbaycanın güneyində 100 il Qacar tərkibində “Muxtar” əyalət olaraq qalsada 1925-ci ildən rəsmən öz dövlətçiliyini itirib və ana toprağları Nizami-Siyasi işğal olmuşdur . 
1925 ci ildən sonra Türk düşmənçiliyi və fars egəmənlığı ( hakmiyətini )əsas alınaraq, formalaşmış paniranizm düşüncəsi və onun qulluqçuları bütün qacar emperyasının məmləktlərini ,xarici qüvvələrin yardımları ilə zorbalıqla ələ keçirmiş, İran adlı mərkəzi dövləti yaratmışdır.
.
 İran dövlətinin yaranış fəlsəfəsinə əsasən millətlərin milli kimliklərin yox edilməli, işğalçılıq və sömürgəçilik siyasətləri İran dövlətçiliyinin rəsmi siyasətinə çevrilməlidir.Çünkü İran dövlətinin və ölkəsinin var oluşu , Azərbaycan toprağları və Azərbaycan Türk millətinin və eləcədə digər xalqların yox olması ilə təriflənir. 
Azərbaycan və digər məmləkətləri ələ keçirən şövinism irançılar,(pan iranistlər), 100 ildir ki müxtəlif hakmiyətlər və rejimlərin ünvanında (Pəhləvi -İslam Cümhuriyyəti)fars milliyyətini və kimliyi təməlində bir dövlət yaradıb,digər qeyri-fars və qeyri-iranik millətlərin milli kimliklərini yox etməyə cəhd göstərib ,onları qondarama kimlik içərisində asimilasiya və əritməyə məruz qoymuşdurlar.
100 ildir iran dövləti və iranlı kimliki adı altında millətlərin və başda Azərbaycan türklərinin tarixini təhrif edib, saxta fars tarixi təbliğ ediblər , millətlərin mədəni irsini, şeirini, musiqisini, adət-ənənəsini, yaşam tərzini və sairə bütün millətləri millət edən, bütün varlıqları aşağılayaraq, xor görərək, onları təhqir ediblər,yurdlarının milli sərvət və zəngiliklərin talan edib təbiətvə doğasınıyox ediblər.Öz ana dilində ad qoymağı bilə qadağan qoyb qeydiyyata almayıblar.
irançılıq məfkürəsi və iran dövləti əsasında,iran rejimləri ,bütün iran platosundaki yaşayan qeyrı-fars millətlərin kimliki məhv olunmalarını iran dövlətçiliyinin  rəsmi ideologiyasına çevrilmişlər və bu istiqamətdə iran dövlətçiliq fəlsəfəsin əsası qoymuşlar.
Bu səbəbdəndir ki bugün iran  dövlətinin başında olan rejim və ona müxalif qüvvələri İrançılıq məfkürəsi əsasinda birləşir.

Son 100 ildə güneydə Azərbaycan xalqı, Quzeydə olduğu kimi öz milli azadlığı və dövlətçiliyi uğrunda qiyam edib .”Azərbaycan Azadıstan “dövləti,” Azərbaycan milli hökuməti ” bu qiyamların səmərəsi və xalqımızın müstəqillik və milli dövlət istəyini ortaya qoysada, İrançı qüvvələri tərəfindən tərəfindən yox edilmiş Azərbaycan tekrar iranın işğalına və tərkibinə daxil olmuşdur .

Həmin mübarizənin dəvamı olan günümüzdəki Azərbaycan milli hərəkatı öz milli dövlətçiliyinin bərpası hədəfini açıq və şəffaf ortaya qoymağdadır. Tarixi təcrübələr Azərbaycan türk millətinə göstərdi ki iran adı altında heç bir azərbaycan hakmiyəti qurulmayacaq və hətta heç bir milli haq əldə olunmaz . Yuxarıda qeyd olduğu kimi irançılıq düşüncəsi ,iran dövlətçiliyi əsas məfkürəsi  və hətta iranın özlüyündə varlığı Azərbaycanın yox olması əsasında qurulub.Yəni İran dövlətçilik fəlsəfəsinə əsasən İran var olması ,  Azərbaycanın adı və millətinin  yox olması gərəklidir.  
Günümüzdə Azərbaycan milli hərəkatı iran dövlətçiliyini hər formasını və hakmiyətini rəd edərək Güney Azərbaycanda milli cümhuriyyəti və Azərbaycan dövlətçiliyinin tək qurtuluş yolu olaraq görməkdədir və bu fəlsəfə artıq Azərbaycan türk millləti və azərbaycan milli hərəkati üçün aydın və qəbul edilməzdir.
ACP-də güneydə Azərbaycan milli hərəkatının bir parçası olaraq  yaranmışdır. Cümhuriyyətçilik uğrunda mücadilə verən, təşkilatlanmanı tarixi zərurət bilən fəalların bir araya gəlməsi ilə Güney Azərbaycan Cumhuriyyət Partiyası yaranmış və Güney Azərbaycan da“Milli hökümət və çağdaş cümhuriyyət ” uğrunda döyüşür.

Müasir Güney Azərbaycanda Milli hərəkatı və ACP:

ACP Azərbaycanın güneyindən 100 ilə yaxın  başlanmış milli mübarizənin yol xəritəsini beş tezis əsasında yürüdülməsin doğru görür.

Milli dərk və Milli Oyanış
Milli Dirəniş və Milli Dirçəliş

Milli Birlik və Milli Diriliş
Milli qurtuluş , Milli hökümət və Cümhuriyyət dövlətçılıyı
Bir millət Bir Dövlət ,Bütöv Azərbaycan

Bu 5 mərhələyə yetmək yolunun ana xəttini böyük Türk fikir adamlarından İsmayıl Bəy Qasparlının “Fikirdə birlik, dildə birlik və işdəbirlik” qayəsi əsasında yürütməyi məqbulbilməkdədir.Çünki Acp-yə görə ana yol xəritəsinin 5 mərhələsi zaman-zaman çözülməklə biri-digərini tamalamaqla uğura yol aça bilər.

Milli Oyanış Milli Dərk
Bu fikirlərdən – birincisi Milli dərk və ya milli oyanış və dirçəliş mərhələsi artıq XX əsrin sonlarından ilk tədricən başlanmış və hazırda genişlənərək davam etməkdədir.ACP-yə görə milli hərəkatın uğuru onun MilliOyanış dövrünü uğurla keçməsindən asılıdır.Güneydə 1925 ci ildən bəri iran dövləti tərəfidən Azərbaycan xalqına tətbiq olunan assimilyasiya və iranlılaşdırma siyasəti nəticəsində çox sayda  soydaşımız, öz milli kimliyi Azərbaycan milli tarix,dili və dəyərlərindən və “Azərbaycan vətən anlayışından” uzaqlaşdırılıb .

Ancaq tarix boyu Azərbaycan aydınları milli dərk və milli oyanış ruhunu xalq arasında, diri tutmuşlar.xalqın ruhunda başlanmış milli oyanış mərhələsi həm “Azərbaycan Azadistan “dövlətinin qurulmasında, həm S.C.Pişəvərinin liderliyindəki 21 Azər inqilabı və“Azərbaycan Milli Hökumətində”, həm dəçağdaş dövrdə Güneydə Azərbaycan xalqınınmilli şüurla yetginləşməsində özünü açıqgöstərmişdir.

Müasir dövrdə -90 ci illərdən(1368-1390günəş illlərində)bəri, başda üniversitelerdə Professor M.T. Zehtabi kimi aydınların başladığı kiçik çevrələrdə ufak qığılcımlardanbaşlanan milli oyanış, zaman keçdikcəböyümüş və çağdaş zamanımızda böyük birmillətin milli oyanışına və sonra dirənişinəvəsilə olmuşdur.

Milli oyanışın ikinci dövrü 2006 mayqiyamından şahlanır, və Azərbaycan yenimərhələyə qədəm qoyub.

 

Milli Dirçəliş , Milli Dirəniş

Milli Dərk və Milli Oyanışın zirvəsinə yüksəlməsi milli hərəkatın ikinci dövrünü Milli Dirçəliş və milli Dirəniş mərhələsiniortaya çıxarır.

 

Milli oyanış yayqınlaşması millətin siyasi və milli şüurun yüksəldib, xalqımızın milli gücü ,öz güvəni , mübarizə əzmi artıb milli ruhudirçəlməsinə səbəb olmuşdur.Artıq illərdir ki Azərbaycan Türk milləti və onu təmsil edən GüneyAzərbaycan milli hərəkatı,İran dövlətçiliyi və irançılıq məfkürəsinə yox deyərək bütün təzyiqlərə və ayrı-seçkiliklərə müqavimət və dirəniş göstərir.

2006 ci illi milli qiyamında sonra, Azərbaycanmilli azadlıq hərəkatı, iran işğalçı və faşistsisteminə və eləcədə irançılıq məfkürəsinin bütün variantlarına kəskin şəkildə yox deyib,bütün hiləli oyunlara dirənib və nəhayət güneydə Azərbaycan milli hərəkati , özünübir siyasi güc alternativi kimi , iran siyasihəyatına və dünya siyastində qəbul etdirməkzorunda qoymuşdur .

Milli Diriliş, Milli Birlik

ACP yə görə milli Oyanış və milli Dirəniş mərhələsini şərəflə adlamış Azərbaycan xalqının indiki çağımızda ən çox Milli Birliyə ehtiyacı duyulmaqdadır.

Üç mərhələ isəzamanla gələcəyə doğru getdikcə yaxıngələcəkdə yaşanacaqdır.Millətimizdə Milli Oyanışın yüksəlişi ,Milli Dirəniş ilə əzmi möhkmləşdikcə siyasi şüuru olgunlaşıb,Milli Birlik – Milli Diriliş dövrünü yetişəckdir.

ACP nəzərində Milli Birlik dövrü, milli dərk və oyanış kimi sadəcə ədəbiyyatda və incəsənətdə deyil, artıq siyasi meydanlarda və siyasi kürsülərə daşınmaq üçün gərəklidir.

ACP-yə görə Güney Azərbaycan üçün bugün Milli Birilik 3 istiqamətdə yürüdülməklidir.

Birinci daxildə olan milli qüvvələrin səyi vəbirliyi ilə.
İkinci xaricdə olan mühacir milli qüvvələrin səyi və biriliyi ilə.
Güney və Quzey Azərbaycan arasında birlik körpülərin salmaqilə.

Bu gün Güney Azərbaycanda yüzminlərlə milli fəalın aksiyalarda ,etirazlarda,idman maçlarında açıqdan-açığa “haray, haray mənTürkəm”, “Türk dilində mədrəsə, olmalıdır hərkəsə”, Azərbaycan bir olsun istəməyən korolsun , “Təbriz Bakı Ankara -biz hara faralarhara” ,”insanlara azadlıq millətlərə istiqlal”…kimi Türkcə şüarların səsləndirməsi, eləcə də Azərbaycan kilmlikinin milli nişani və milli dövlətimizin simgəsi olan üç rəngli bayrağımızı Güney Azərbaycanda göylərə yüksəldərək dalğalandırması ,Azərbaycan türk xalqının artıq tək milli oyanışı göstərmir bəlkə Millətləşmə və  Milli Birlik yolunda çağırışına bir işarədir.

 

Bundan qaynaqlanan milli hərəkat və onun üçün ayrı-ayrılıqda mücadilə aparanlar bütün şəxsi istək və təmənnalarını kənara buraxıb , Millətləşmə və Milli Birlik üçün çalışmalıdır.Eyni zamanda, dışda olan milli fəallarda bu istiqamətdə ortaq xətt tutmalı və bu işin inkişafına özlərinin hər cür dəstəklərini göstərməlidirlər.Milli Birliyin tabanında oluşan bu ilk rüşeyimlərin inkişafına sağlam bir zəmin hazırlanarsa, qısa sürə sonra millət milli  olaraq  Milli Birlikdən Milli Dirilişimizin doğacağını əmin edə bilərik.Çünkü milli şüur yüksəldikcə  siyasi şüurda yüksılə 

Milli Dirilişi olan bir millətə isə artıq heç bir zaval yoxdur.Bunun üçün İsmayıl Bəy Qasparlının “Dildə,Fikirdə və İşdə birlik” teorisi bu mərhələdə milli hərəkatda diri tutulmalıdır.ACP-yə görə Güney Azərbərbaycan milli hərəkatı özünün dildə və fikirdə birlik dövrünü uğurla davam etdirdiyi kimi Milli Birlik ideyasını da düzgün şəkildə inkişaf etdirəcəkdir.

 

ACP düşünür ki, Milli Birliyin təməllərini qoymaqla milli hərəkat Güney Azərbaycanda ciddi şəkildə Milli Dirilişini yaratmağı özündə MİLLİ CƏSARƏT və devrim gücü tapacaqdır.

Milli Dirilişi olan bir millətin siyasi şüuru hərzaman açıqdır və milli birlik gücü ilə növbəti hədəfi isə mütləq Milli Dövlət vəmilli hökumət olur.Çünki Milli Diriliş başlanmış mübarizəni dahada irəli üfüqlara aparan başlıca amillərdəndir.Milli birlik və Milli Diriliş Azərbaycan milli hərəkatın milli azadlıq və milli kimlik uğrunda, milli İstiqlal və hüquqlar uğrunda mübarizədə daha irəli apacaqdır.

 

Ən təməl milli haqq və hüquqlar uğrunda mübarizəyə başlamaqla Milli Dövlət   bir zəmin oluşturulacaqdır.

Milli Hökümət Milli Cümhuri Dövləri

Güney Azərbaycanda milli dövlət oluşarsa, buxalqımızın bir millət kimi Milli Dirilişi nə zəmin yaradar. Milli dövlətin öz xalqına sunacağı haqlar ilə həm təməl, həm də dahadərin və geniş milli haqlara sahib olmaq olar.

Milli Hökümət və milli Dövlət haqq və hüquqlarla yanaşı milli adət-ənənində yenidən diri tutularaq çiçəklənməsinə bir zəmin yaradacaqdır.Beləliklə, ACP milli davada var oluşun əsas hələqələrindan biri və ən önəmlisi olaraq Milli Dövlət oluşumunu vacib sayır.Milli Dövlət anlayışının var oluşu, həm dəxalqın sosial rifah halına yola açır.

 

Biz bunu yaxın tariximizdə Quzey Azərbaycanda soydaşlarımızın otuz ildəformalaşdırdığı müstəqil Azərbaycan Respublikasının timsalındakı inkişafida fəxrrilə izləyirik.

Bütöv Azərbaycan

Güneydəki bağımsızlıq mücadiləsi xalqımızınnə qədər doğal haqqı olsa da, buna tarixən əngəl olmaya çalışmış, milli iradəmizə zidd qüvvələrdə olmuş və bu gündə var olmaqdadır.Onlar üçün Azərbaycanın bölünmüşlüyü,gücsüz durumda olmasının daha xoş olduğunuhər birimiz bilməliyik.Bəs biz, Güney Azərbaycan bağımsızlıq davasının gerçək tərəfdrları bu konuda önümüzü kəsən əngəllərə qarşı nə etməliyik?

ACP-yə görə, İsmayıl Bəy Qasbarlının “Dildə,Fikirdə və İşdə birlik” teorisinin ən son fikiriniişdə birlik şuarını əldə bayraq etməliyik. Yani milli mücadilə tərəfdarlarını “İşdə birlik”teorisi ilə toparlamaqla güclü dövlət birliyinənail olmalıyıq.

Bu milli mücadilədə ən başlıcaqayəmiz olmalıdır.Bütöv Azərbaycan Yurdlarını bir dövlət halında birləşdirilərək formalaşması millimücadiləmiz üçün uzun illərin ideali olaraqqalmaqdadır.

Bu ideal daima millətimizinruhunda qiymətli bir hədəfdir.

Bu hədə fuğrunda həm Azərbaycanın güneyində, həm də quzeyində böyük mücadilə və hərəkatlar olmuşdur. Lakin qutsal mücadiləmiz üçün bu idealə yetmək hələlikdən nəsib olmamışdır.Bütöv Azərbaycan Yurdlarının bütövlüyü uğrunda Azərbaycanın həm quzeyində, həm də güneydə gedən mübarizə prosesləri tarixi perspektivdə bəzən oxşarlıq, bəzən isətamamilə fərqlı mahiyyətdə cəryan etmişdir.

Güney Azərbaycan hüdudlarında təkcə XXəsrdə dörd dəfə kütləvi inqilabi hərəkatlarolduğu barədə milli hərəkatımızın mücadilətarixindən hər kəsə məlumdur.Bu hərəkatlardan ilk ikisi tarixlik baxımından Azərbaycanın quzeyin1`dəki proseslərlə paralel,digər son ikisi isə tamamilə Azərbaycanın güneyindəki xalqımızın milli iradəsi ilə başvermişdir.

Bu hərəkatların ayrı-ayrı dövrlərdəf ərqli şəkillərdə baş verməsinin əsas səbəbi isə XX əsrin başlarında Quzey Azərbaycanın qırmızı şər rus imperiyasının, GüneyAzərbaycan ərazilərinin isə pəhləvi persimperiyanın tərkibində asmilə edilmə cəhdi olmuşdur.Lakin 20-ci əsrin sonunda xalqımızın Quzeydəki hissəsi sovet rus imperiyasının çöküşünə nail olaraq müstəqillik qazansa da,Güneydə yaşayan xalqımızın bəzi kəsimi üçün istiqlal məfkurəsi hələlik bəlkə çətin görünə bilər. Ancaq, unutmayaq ki, miladi 1989-cu ilin 31 dekabr tarixində Araz boyu tikanlı sərhədlərin sökülməsi Bütöv Azərbaycan Yurdlarının Birliyi uğrunda ənbariz milli birlik nümunəsi idi.

Həmin birlik mübarizəsi Bütöv Azərbaycan Yurdlarının birliyi yolunda xalqımıza ortaq mübarizənin yaxın gələcək üçün ən perespektivli bir siyasi proses olacağını göstərmişdir.

Beləcə, yeni bir dönəmdə Həmrəylik ruhuböyük gələcək üçün o taylı-bu taylı xalqımızın ortaq məhsulu, yəni istəyi olduğunu göstərdi.Bu ortaq mücadilənin ruh birliyini həm də Quzey Azərbaycanda 44 günlük vətən müharibəsi  də Güney Azərbaycanda xalqımızın qalxınışına təsirsiz ötüşmədi.

Güneyli həmvətənlərimiz Araz boyu sahillərə yayılaraq milli sloqanlar səsləndirməklə quzeyli qardaşlarına açıq şəkildə dəstək nümayiş etdirib onlarda döyüş ruhunu artırmışlar. Bu birgə ruhdan hələn mübarizə Güneydə Azərbaycan milli hərəkatının artıq güc halına gəldiyini və yaxın gələcəkdə bu ruhun güneydə də yeni bir dövlətçilik ənənəsinin təməlini qoyacağını göstərdi.

Beləliklə də, quzeydəki savaşın qalibiyyətlə aparılması güneydəki xalqımızın ruh halının yenidə yüksəlməsinə səbəb olmuşdur.

Artıq çağımız bilgi və texnalojiyə bağlı bir çağ olduğundan indi nəinki yurdumuzun hər bir köşəsindən, eyni zamanda, dünyadakı yurdaşlarımızdan da bu işlərimizlə ilgili daha tez bilgi almaq və birlik nümayiş etdirməkolar.
Bunun üçün öncə bizlərin hərəkatımız üçünortaq hədəflərimizin, təşkilatlarımızın,hərəkatlarımızın, əməllərimizin və addımlarımızın milli ideya ətrafında kordinə edilməsi yolunda çalışmalarına gerçək ehtiyac vardır.

ACP olaraq düşünürük ki, xalqımız tamamilə yeni bir dövrə Milli Dövlət yoluna, MilliDirçəliş dövrünə qədəm qoymuşdur və düşünürük ki 40 milyonluq əsir Türk milləti tarixi torpaqlarımızda dövlətçilik ənənələrimizi bərpa etməklə biz həm bölgənin güvənliyinə, həm demokratik yönətimli sistemə keçilməsinə, həm dünya dəyərlər sisteminə uyğun vətəndaş cəmiyyətinin qurulmasına, həm də bizimlə birlikdə yaşayan bütün azsaylı xalqların rifahına zəmin sağlayacağımızı dünya ictimayətinə açıq şəkildə bəyan etməliyik.

Necəki Quzey Azərbaycanda soydaşlarımızın bu mərhələrdən keçib, qurduğu respublika üsulidarəli dövlət yönətimini də göstərməklə,dövlətçilik prinsiplərimizi dünya kamoyununa çatdırdı və bugündə bölgədə bir gücə çevirilib , bizdə Güney Azərbaycan yurdlarına və insanlığa qənim kəsilmiş İran adlı terror dövlətinin əsarəti altından qurtulub öz milli dövlətimizlə bölgəyə və insanlığa rifah və dostluq bəxş edə bilərik.

Bunları düşünərək ACP Güney Azərbaycanda insan haqlarına, fikir və inanc azadlığına yer verəcək bir müstəqil dövlətin yaradılmasını vacıb sayır. Bu dövlətdə cəmiyyətin inkişaf səviyyəsi onun hər bir üzvünün inkişaf səviyyəsinə düz mütənasib olacağına zəmin yaradacağını dünya kamoyuna öncədən bəyan etməkdədir.

Yeni dövlət yönətimində fərdlərin, cəmiyyətinvə dövlət idarəçiliyinin inkişafı eyni şəkildə paralel inkişafda aparılmalıdır. Bu demokrtik dəyərlər sisteminin cəmiyyətlərə önərdiyi sadəbir mexanizmadır.Bu mənada Güney Azərbaycanda elə birictimai-siyasi və hüquqi mühit olmalıdır ki,hər bir fərd bilimə və bacarıqlarına söykənərək özünün inkişaf yüksəlişini təyin edə bilsin. İnsanlar öz inkişaf yollarını dövlətin qayğısı altında görə bilsələr, öz dövlət cəmiyyətin daha da çağdaşlaşmasına dəstək olacaq. Bu dövlət öz vətəndaşlarına milli ideyaları, milli hədəfləri, milli idarəedici kadrırları, milli kimlik və təhsil sistemi ilə xidmət edə bilər.

Milli Hədəf  Güney Azərbaycan coğrafiyasında yaşayan bütün xalqı əhatə edərək birləşdirən Milli Dövlət dəyərdir.
 Bu dövlətin idarə üsulu demokratik dəyərləri özündə ehtiva edən Cümhuriyyətdir. Bu dövlət idarə üsulunda hökumətin əsas fəaliyyət istiqamətləri aşağıdakı prinsilər əsasında olmalıdır.

1. Milli Dəyərləri əsas götürən Açıq Cəmiyyətin formalaşması;

2. Siyasi plüralizmi əsas götürən Demokratik Dövlətin qurulması;

3. Öncəki iki hədəf uğrunda çalışan vətəndaşdirçəlişinin təmini.

Dövlət dəyərləri ədalətə,şəffaflığa və təcrübəyə sadiq olanda onuninkişafında uğurlara yetmək daha əlçatan olur.Bu nədənlə ACP-yə görə yeni dövlətidarəçiliyində vətəndaşlara hər sahədə fərdi potensiallarını gerçəkləşdirmək, bilik və istedadlarını tətbiq etmək, maraq və hədəfləri istiqamətində birlikdə çalışmaq, qorxmadan,çəkinmədən mövqe bildirmək üçün şərait yaratmağa zəmanət verəcəkdir.

 

Bu hədəflərin davamlı və dönməz xarakter almasına yol açmaq isə Bütöv Azərbaycan Yyrdlarının birliyi yolunayeni inkişaf xəttinə təminat vermiş olacaq.Böyük Gələcək Bütöv Azərbaycan Yurdlarının birliyi əsas Məramımızdır!

ACP Bütöv Azəərbaycan Yurdlarını vahid dövlətdə birləşməsini Böyük Gələcəklə görür.Böyük Gələcək Bütöv Azərbaycan Yurdlarının birliyi yolunda ən böyük maneə Güney Azərbaycanda müstəqil dövlətin olmamasıdır.
ACP-yə görə yaxın gələcəyimiz üçün Milli Hədəfimiz Milli Dövlət və  Bütöv AzərbaycanYurdlarının birliyi olmalıdır. Milli hədəfimiz inamalı milli musiqimizdən əl sənətlərinə qədər,milli fəlsəfəmizdən ədəbiyyatımıza qədər,milli idman komandalarımızdan milli partiyalarımıza qədər, Milli şüurumuzdan Millili derlərimizə qədər bütöv halda bir millətin vahidliyinin təcəssümü kimi qəbul edilməlidir.

Azərbaycan Cümhuriyyət Partiyasının da əsas vəzifəsi xalqımızın hər bir kəsimini GüneyAzərbaycanın problemləri ilə bağlı ictimai-siyasi və milli məsəllərlə bağlı proseslərdəaktiv yer almasına dəstək vermək, məramı isəbu qayə ətrafında olan həmin Milli Qüvvələri Bütöv Azərbaycan idealı ətrafında birləşməsinə dəstək verməsinə nail olmaqdır.Bizim məramımız Güney Azərbaycanda Milli Dövlət və Bütöv Azərbaycan birliyi aruzudur.

Scroll to Top