İran adlanan coğrafiyada saxta seçkilərlə bağlı ACP-nin bəyanatı

Yüz ildir Milli hüquqları tapdalanan, əziz soydaşlarımız! Sevgili millətimiz!

Məlum olduğu kimi xalqlar həbsxanası kimi tanınan İran adlı ölkənin “Cümhurbaşqanı” İbrahim Rəisinin ölümü dünyanın diqqətini yenidən coğrafiyamıza yönəltmişdir. İran platosunda baş verən son etirazlar və eləcə də Rəisi hadisəsi göstərdi ki, rejim nəinki İranda əsir millətləri, həm də öz cümhurbaşqanını qorumaq və mühafizə etmək, hətta onun cənazəsini belə öz gücü ilə tapacaq qüdrətə sahib deyil. Artıq hərkəs rejimin nə qədər zəyif, çürük və lax bir sistemə sahib olduğunu gördü. İran rejimi gündən-günə siyasi meyyidə dönən sisteminə yenidən can vermək və özünün siyasi ömrünü uzatmaq üçün müxtəlif siyasi oyunlar qurur və öz varlığını məşru (legetim) göstərməyə çalışır.

Əziz millətimiz, bildirmək istəyirik ki, biz Güney Azərbaycan Cümhuriyyət Partiyası Azərbaycan Milli hərəkətinin bir parçası olaraq, illərdir millətimizi əzən, onu bütün mədəni, siyasi və milli haqlardan məhrum edərək övladlarını dar ağaclarına çəkən, bu haqlar uğrunda mücadilə verən vətənsevər övladlarını həbsə və sürgünlərə göndərən, qaynaqlarımızı talayıb fars bölgələrinin rifahına sərf edən, 40 milyonluq Azərbaycan türklərini ana dilindən məhrum edən, övladlarımıza milli adları qoymağı yasaqlayan, coğrafi Türk adlarını farslaşdıraraq tariximizə və keçmişimizə əl qoyan, Azərbaycan ərazilərini parçalayan, Azərbaycan etnik yapısını dəyişdirməyə cəhd edən, bölgəmizdə işsizlik və sosial problemlərlə insanlarımızı sıxıntılara salan, Təbiətimizi yox edən, əkinçilərimizi pərişan edən, min bir zəhmətlə qurulan bütün iqtisadi peşələrini öldürən, bir sözdə Azərbaycanlıların insan kimi yaşamaq haqlarını əllərindən alan iran dövlətini və onun molla rejimini, Güney Azərbaycan torpaqlarında işğalçı və qeyri-məşru biganə güc olaraq tanırıq.

Biz Cümhuriyyətçilər, iran dövlətinin qondarma seçkilərinə qatılımı da, həm əxlaqi, həm siyasi, həm də milli baxımdan xətalı və yanlış olaraq dəyərləndiririk.

Biz Güney Azərbaycan Cümhuriyyətçiləri, İran adı altında seçimlər ilə hər hansı bir şeyin dəyişməyəcəyinə, heç bir sorunumuzun həl olmayacağına, millətimizin ağır vəziyyətinin yaxşılaşmıyacağına əminik.

Məhz bunun üçün millətimizi iran rejiminin bütün oyunlarından uzaq durmağa çağırırıq.

Biz Azərbaycan milli hərəkatçıları olaraq bütün fərdi, təşkilat və teyfi maraqları kənara atmalı və bu seçki oyununun alt-üst olması yolunda bütün milli qüvvələrlə birləşməliyik!

Bizim Qurtluşumuz Tehranda deyil Təbrizdədir 

Öz əlimiz Öz başımız ,Yaşasın Bütöv Azərbaycanımız 

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

18.06.2024

Scroll to Top