Əziz Azərbaycan milləti, Azərbaycan Cümhuriyyətinin öz ərazi bütövlüyünün bərpası və bölgədə barışın və ədalətin hakim olması istiqamətində yürütdüyü siyasət və başlatdığı əməliyyatlar Azərbaycanın Güneyində yaşayan Azərbaycanlılar tərəfindən də diqqətlə izlənilməkdə və dəstəklənməkdədir.
Çox təssüf ki, bu xoşniyyətli və uluslararası qaydalar içərisində olan çalışmalara qarşı sözdə islam pərdəsinə bürünmüş İran şovinist rejimi var gücü ilə mane olmağa və yenidən bölgədə sabitliyi pozmağa, cəhdlər edir.
İran rejimi bu məqsədlə Naxçıvan və Zəngəzur dəhlizi boyunca hərbi qüvvələr yerləşdirib və erməni terrorçularına Qarabağ ərazisində hər yönlü dəstək göstərir.
ACP olaraq bu qeyd olunan hadisələri yaxından izləyərək bəyan edirik ki, İran rejimi Azərbaycan sınırları boyunca aparılan barış və gəlişim siyasətinə, eləcə də, Zəngəzur dəhlizinin gerçəkləşməsinin önünün alınmasına hər hansı bir müdaxilə edərsə Güneydə Azərbaycan türk milləti bu məsələdə səssiz qalmayacaqdır.
Güney Azərbaycan’da türk milləti, İran rejiminin bu mənfur siyasətinə qarşı Urmu, Təbriz, Ərdəbil, Zəngan, Mərənd, Xoy, Sulduz, Tehran və sair şəhərlərdə geniş müdafiə və hücum üçün səfərbərlik təşkil edəcək və bu savaşda cəbhə xəttimiz Tehran olacaqdır.
Bunlarla yanaşı, əminik ki İran ordusu içindəki Türk millətindən olan rütbəli ordu mənsubları və əsgərlərimiz də bizim bu müraciətimizə biganə qalmayacaqlar.
İran rejimi bilsin ki, Azərbaycan və Türkiyə Cümhuriyyətləri, işğal altında olan Güney Azərbaycan türk millətinin milli və mənəvi dövlətləridir və bu dövlətlərimizin əsgərləri bizim əsgərlərimiz olduğu kimi, bu gün milli mücadiləmizə könüldən xidmət göstərən ali dövlət başqanları sayın İlham Əliyev və sayın Rəcəb Tayyib Ərdoğan da bu qutsal vətən mübarizəsində bütöv Azərbaycan adına xalıqmız tərəfindən qəbul edilmiş liderlərimizdir.
İran işğalçı dövləti əmin olsun ki, müzəffər baş komandanın bir çağrışı ilə bu gün milyonlarla Güney Azərbaycan gənci də bu qutsal savaşa qoşulacaqdır.
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)