İrana son Xəbərdarlıq! Zengezur açılacaq

Azərbaycan Cümhuriyyətinin öz ərazi bütövlüyünün bərpası və bölgədə barışın və ədalətin hakim olması istiqamətində yürütdüyü siyasət Azərbaycanın Güneyində yaşayan Azərbaycanlılar tərəfindən də diqqətlə izlənilməkdə və dəstəklənməkdədir.

Ancaq öncədən bəlli olduğu kimi Azərbaycanın bu xoşniyyətli və uluslararası qaydalar içərisində olan çalışmalara qarşı sözdə islam pərdəsinə bürünmüş İran şovinist rejimi var gücü ilə mane olmağa və yenidən bölgədə sabitliyi pozmağa, cəhdlər edir.

 

Hərkəsə aydındır ki İranın əsas dərdi zəngəzur dəhlizi və ya ermənistan deyil,bəlkə işğalında tutuduğu 30 milyonluq, Güney Azərbaycan türkkünün mövcudiyyəti, Güney Azərbaycan türklərinin istiqlal və bütövlük istəyi və bununla paralel Azərbaycan dövlətinin günü gündən güclənməsi və beləliklə bütöv Azərbaycanda, milli düşüncənin sistemləşdirilməsi və güclənməsidir.

 

 

Biz Güney Azərbaycan Cümhuriyyətçiləri olaraq hadisələri yaxından izləyir və bəyan edirik ki,iranın Azərbaycan dövlətçiliyinə və onun müstəqil siyasətlərinə qarşı, Azərbaycan türklərinin milli mənafelərinə və milli təhlükəsizliyinə qarşı ,hansısa təxribat fəaliyyətlərinə , Güney Azərbaycan Cümhuriyyətçiləri səssiz qalmayacaqdır. Belənci bir halda cəbhə xəttimiz zəngəzur yox isfəhan və Tehran olacaqdır.

 

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

Scroll to Top