İranda istər parlament, istərsə də prezident seçkiləri tam bir teatrdır. Sadəcə, dünyaya göstərmək istəyirlər ki, burada seçkilər keçirilir və güya Burası Cümhuriyyət rejimidir.
Bu sözləri Axar.az-a Güney Azərbaycan Cümhuriyyət Partiyasının yönətim qurul başçısı Ataxan İranda qarşıdan gələn parlament seçkilərinin gənəlikdə Qərbi Azərbaycan əyaləti istisna olmaqla,azərbaycanlılar tərəfindən boykot olunacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
O bildirib ki, Güney Azərbaycandan olan hər hansı milli düşüncəli namizədin iran parlamentində təmsil olunmağı qeyri-mümkündür:
“İranda Nigahban Şurası (Keşikçilər Məclisi) deyilən bir qurum var.
Onlar namizədlər haqqında öncədən rəy qəbul edirlər. Bu qurumun müsbət qərarından sonra namizədlərin qeydiyyatı və digər seçki prosedurları başlaya bilər.
Nigahban Şurası birbaşa Xameneiyə (beyt rəhbəriyə) bağlı olan qurumdur.
Hər hansı milli düşüncəli azərbaycanlı parlament seçilərində namizəd olmaq istəsə belə, nigəhban şürasıonun təsdiqinə imkan verməz.
Hətta gözlərindən yayınıb, namizəd kimi qeydiyyata düşənlər, ikinci mərhələdən mütləq əli xamneyi istəyilə uzaqlaşdırılıblar.
İran Parlamentində millət nimayəndələri deyil, yalnız rejimə bağlı insanlar təmsil oluna bilər. Seçim yarışı rejimin seçdiyi namizədlər arasında olur . Millətlər öz millət nimayəndələrini deyil rejimin seçdiklərinin arasından birini seçmək məcburiyyətindədirlər və buda demokratik seçkilər isə bir teatrdan başqa bir şey deyil ”.
Araz Ataxan son illər nigəhban şürasının əngəlləmələrindən əlavə keçirilən seçkilərdə yol verilən bəzi saxtakarlıqlardan da söz açıb:
“Bəzi Azərbaycanlılar keçmişdə belə inanırdılar ki bəlkə bu rejimin qanunları çərçivəsində mübarizə etməklə bir haq əldə etmək olar və bu səndən aktiv seçkilərdə iştrak edərdilər. Ancaq gördülər ki rejimin təyin etdiyi namzəlrə səs versələrdə belə, dəfələrlə seçki saxtakarlığı ilə qarşı-qarşıya qalıblar.
Parlament seçkilərində Azərbaycanlılar öz namizədlərinə səs versə də, seçkinin nəticələrində qalib tam başqa biri olub.
Fakt üçün, Urmiyədə və Qərbi Azərbaycan şəhərlərində olan kürdlərin sayı heç 15 faiz təşkil etmir, Kürd namizədlər heç məclisin qoyduğu kriteriyalara belə uyğun gəlmir. Amma qərbi Azərbaycan əyalətində namizəd ola bilirlər. Bunu necə bacarırlar? Azərbaycanda kürdlərin azınııq olduğu bölgələrdə dəfələrlə onların namizədi qalib gəlib, necə olur bu?
Ya Urmiyədə Kürd Pejak və PKK-çılardan namizəd irəli sürməkdə məqsəd nədir?
Hansı ki, o kürdlər hətta İran vətəndaşlığını yeni alıb, və iraq kökənlidir və ya iran İslam Respublikası Konstitusiyasının qanunlarına görə namizəd ola bilməzlər .
Belə saxtaxarlıqların sayı çoxdur. Odur ki, seçkilərin qanuniliyi, şəffaflığı yoxdur, millətmiz də artıq bunu görür və qəbul etmir.
Bunuda deməliyəm ki farsların pan-iranism siyasət tək Azərbaycanda deyil bütün fars olmuyan Millətlərin torpaqlarınıda etnik oyunları tasarlamış və bundan həm bugün parlament seçkilərində siyasi istfadə edir həm gələcəkdə böyük iran dövlətçiliyin üçün zəminlər yaradır.
Niyə ki Rərejim özü də gələcəkdə millətlərin istiqlaliyyətlərini,torpaqların parçalanacığını və İrandan qopacağı yaxşı bilir təhlükəsini dərk edir.
Bacardıqca həm millətlərin milli hərəkatına müqavimət göstərir,həm millət arası etnik savaşlarla zəmin yaradır və bugündən millətlərin başını qatmaq istəyir. İran dövləti, bizim torpaqlarımızda ikinci bir Qarabağ münaqişəsinin bənzərini planlayır. İndidən Qərbi Azərbaycanda kürd parlament nümayəndələri göstərməkdə bu siyasətin bir parçasıdır.
Ancaq rejim bunu bilir ki Azərbaycanda işi çətindir çünkü biz Azərbaycan milli hərəkatı bunun qarşısını alacayıq”.
Partiya sədri bildirib ki,Azərbaycan Cümhuriyyətçiləri iranda seçkilərin nəticəsini indidən qeyri-qanuni hesab edir:
“bəlli olduğu kimi Seçkilərin nəticəsinin saxtalaşdırıldığını və demokratik seçkilərin olmamamsını bilirik. Məhz bunun üçün ümumilikdə İran seçkilərinin nəticəsini tanımırıq, çünkü iran parlamenti bizi təmsil edən parlament kimi görmürük və seçkilərdə iştrak etməyimizi iran molla rejiminə qanuni status vermək kimk görürük.
Biz artıq millət olaraq bunu başa düşmüşük ki iran çərçivəsində siyasi mübarizə aparmağımız üçun demokratik mühit yoxdur, hətta İranın hərhansı bir rejimilə demokratikləşməyə potensialı yoxdor və enerji və gücümüzü bu yolda qoymaq sadecə iran rejiminin işinə gəlir.
Biz Acp olaraq bu seçkiləri, və iran adı altında bütün seçkiləridə hətta, İranın dövlətçiliyin öz varlığını, qeyri-qanuni hesab edirik və iranlıları Azərbaycan topraqlarında işğalçı bir qüvvə kimi tanıyırıq .
Biz Acp olaraq millətimizi Azərbaycan ərazilərinda iran dövlətinin hərhansı seçkilərini yinə baykot etməsini çağırırıq.
Ancaq fars molla rejiminin etnik oyunlar qurduğu Qərbi Azərbaycan əyaləti, Söngür, Astara kimi bölgələrdə, biz öz strategiyamıza uyğun şəkildə seçkilərdə iştirak edəcəyik.
Burada məqsədimiz Azərbaycanın sahibinin türklər olduğunu sübut etmək və rejimin Azərbaycana qarşı qurduğu oyunu pozmaq olacaq . Baxmıyaraq ki həmişə seçən türklər olub, seçilən isə başqası.
Biz ACP olaraq tək hədəfimiz, Güney Azərbaycanın özünün müstəqil olması və öz parlamentinin yaradılmasıdır. Təkcə enerji və gücümüzü bu istiqamətdə qoymalıyıq.
Müəllif: Vüsalə İsgəndərova