Sayğılı soydaşlar, güneydə qəhrəman Azərbaycan türkləri!
İran adlı ölkədə cərəyan edən son olaylar — cinayətkar Xaməneyinin ölümü və dövlət quruluşunda baş verən köklü sarsıntılar — bölgənin gələcək düzənində yeni bir aşamanın başlanğıcıdır.
Onilliklər boyu sürən, millətimizin doğal haqlarını yox sayan mərkəzçi, şovinist və basqıçı idarəetmə düzəni artıq öz keçərliliyini tamamilə itirmiş və çöküş dönəminə girmişdir.
Bu tarixi kəsişmədə Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) olaraq bildiririk ki, əski və çürümüş sistemin qalıntıları üzərində qurulacaq hər hansı yeni siyasal quruluş xalqların azad istəyini qulaqardına vuraraq uğur qazana bilməz.
Güney Azərbaycanda türk ulusu illərdir öz taleyini ələ alması, ana dilində öyrətim, iqtisadi suverenlik və ulusal kimlik uğrunda apardığı qutlu savaşı ilə öz siyasal yetkinliyini qanıtlamışdır.
İndiki durumda amacımız sadəcə bir rejimin dəyişməsi deyil, millətimizin öz taleyini və gələcəyini bəlirləmə (self-determination) haqqının uluslararası qanunlar çərçivəsində qazanılmasıdır.
Bu milli və ulu amal uğrunda partiyamız millətimizi aşağıdakı Ulusal və milli Yol Çizgisi çevrəsində birliyə, ittihad və kənətləşməyə səsləyir:
1.Ulusal Pekləşmə ,milli birlik (Konsolidasiya): İç çəkişmələrə yer vermədən bütün siyasal və toplumsal güclərin tək bir ulusal çatıda birləşməsi.
2.Özünüidarə Quruluşları: Şəhər və kəndlərdə yerli özünüidarə orqanlarının və sivil qorunma qurumlarının ən qısa zamanda qurulması.
3.Qanuni və Yasal Keçərlilik: Mübarizənin hər addımında uluslararası qanunlara bağlılıq və demokratik inanclara sayğı duyulması.
4.Dış Siyasət və Elçilik İşləri: Güney Azərbaycanın haqlı istəklərinin dünya güclərinə və uluslararası qurumlara sistemli şəkildə çatdırılması.
Uca Azərbaycan milləti!
Bu keçid dönəmi qarışıqlıq, , iç rəqabət ya da İntiqam və öc alma aşaması deyil; bu, dövlətçilik düşüncəsinin və milli sorumluluğun ortaya qoyulmalı olduğu bir vaxtdır.
Biz millətimizin hər cür təhrik və qızışdırmalardan uzaq durmağa, soyuqqanlılığı qorumağa, mütəşəkkil şəkildə strateji hədəflərə kilidlənməyə çağırırıq.
Yurddaşlar, Azərbaycanın qəhrəman oğulları , iyid qızları !
Tarix bizə öz taleyimizi öz əlimizlə yazmaq fürsətini yenidən vermişdir. Bu gün verəcəyimiz qərarlar gələcək nəsillərimizin azadlıq və rifahını bəlirləyəcəkdir.
Bizim yolumuz Azərbaycan üçün azadlıqdır, amacımız isə milli dövlətçiliyin ucaldılmasıdır.
Qərar ulusundur!
Gələcək Azərbaycanındır!
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)
1 Mart 2026