Millətimizi Ana dilimizin yaşaması uğrunda mücadiləyə səsləyirik.

ACP’nin 21 Fevral Dünya Ana Dili Günü münasibətilə Güney Azərbaycan millətinə təbrik mesajı

Çağdaş dünaymızda 21 fevral tarixi Dünya Ana Dili Günü kimi qeyd olunur. 1992-ci ildən bəri hər il YUNESKO və dünya dövlətləri tərəfindən bu gün xüsusi qeyd edilir. Məqsəd dünyadaki mövcud “dillərin ölməsinin” qarşısını almaqdır.

 

Çox təssüf ki, bölünmüş vətənimizin müstəqil hissəsində, millətimiz öz ana dilində təhsil aldığı, milli mədəniyyət sahəsində hər gün inkşaf etdiyi halda, İran adlanan dövlətin istilasında əsir olan Güney Azərbaycan da  millətimiz öz ana dilində nəinki təhsil almaq, eləcə də, bu dildə rahat-rahat danışmaq və bu dildə öz övladlarında adlar qoymaq üçün yanıb tutuşur.

 

Hal-hazırda dünyada mövcud olan 6 min danışıq dili arasında ən geniş danışılan dillər sırasında yer almış Türk dili Güney Azərbaycanda millətimizə yasaqlandığı üçün məhv olma təhlükəsi ilə üz-üzədir. Millətimizin ana dili kimi milli kimlik və milli mədəniyyətinin gəlişiminin qarşısı tam alınaraq milli varlığı danılmaqdadır. Bununla birlikdə, Azərbaycanlılar hər gün təhqir olub, şiddətli assimilyasiya siyasətinə məruz qalmaqdadır. Bu səbəbdən, Güney Azərbaycan milli hərəkatı illərdir ki, dünyanın diqqətini bu “səsiz soyqırıma” çəkmək üçün çeşidli cəhdlərə öz dinc fəaliyyətlərini və mübarizəsini göstərməkdədir. Ancaq soydaşlarımızın bu haqlı və ən ilkin tələbləri qarşılanmaqdansa, İran rejimi bu təməl haqlara öz dəyənəkləri, basqı və həbsxanaları ilə cavab verməkdədir.

 

Əsir Azərbaycanda artıq hər kəsə gün kimi aydın olub ki, İran rejimi və dövləti çərçivəsində heç bir rejim, heç bir zaman bizim milli haqları bizə geri verməyib və bizim milli kimliyi tanımayacaqdır. Bu səbəbdən, bu gün Azərbaycanın Güneyində gənclərimiz Azərbaycan türklərinin hər tərfli gelişimi və öz milli kimliklərinin qorumalarnın tək yolunu müstəqil, milli dövlətinin olmasında görür. Rejimin bu azğın siyasiti qarşısında susmayan uca millətimizi ana dili günü münasibəti ilə qutlayır və onu hər zaman bu ülvi dilin yaşaması uğrunda mücadiləyə səsləyirik.

 

 

Scroll to Top