Bu il Türkiyə Cümhuriyyətinin quruluşunun 100 illiyidir. 7 dövlət tərfindən işğal altında olan türk topraqlarını Mustafa Kəmal Atatürk və silah yoldaşları savaşaraq azad edib, Türkiyə Cümhuriyyətini yaradmışdır. Bu Cümhuriyyət, bütün türk dünyasını qürur qaynağıdır.
12 şəhrivər Güney Azərbaycan milli təşkilatlanma günüdür
ACP olaraq Güney Azərbaycanın azadlığı və istiqlalı nə qədər Güney Azərbaycan xalqının daxili mübarizəsidirsə, bir o qədər də Quzey Azərbaycanın Bütövlük davasının tərkib hissəsidir. Bunun üçün ACP olaraq hesab edirik ki, millətimizin Güney Azərbaycanda meydan və xiyabanlarda başlatdığı azadlıq, milli şuarlarına qulaq verilməli,şüarlar doğru oxunmalı, Güney Azərbaycanın istiqlal və milli Cümhuriyyətinə gedən yolda, Təbriz mərkəzli siyasətlərilə , Güney Azərbaycan siyasi atmosferilə irəliləmək lazımdır .