Əziz həmvətənlər, taleyin hökmünə buraxılmış əziz bacı və qardaşlarımız!
Uzun illərdir işğalçı İran dövləti müxtəlif istiqamətlərdə xalqımıza qarşı ayrıseçkilik siyasəti yürütməklə insanlarmızı ağır itkilərlə baş-başa qoymuşdur.
Bu hal işğalçı İran yönətiminin bölgəmizdə və öz ana vətənimizdə milli kimliyimizin və varlığımızın ortadan qaldırılması istiqamətində apardığı düşünülmüş siyasətin bir parçasıdır.
Belə ki, millətimizə qarşı yüz illərdir ayrımçılıq siyasəti ilə dilimizi, tariximizi, kültürəl (mədəni) dəyərlərimizi necə məhv etmək yolunu tutmuşlarsa, bu gün də bölgələrimizdə ekaloji vəziyyəti süni şəkildə pisləşdirməklə xalqımızın sadə yaşam həyatını yox etməyi planlamışlar.
İran rejiminin bu istəyini 13 min illik Urmu gölünün bilərəkdən qurudulması ilə Urmu bölgəsində və ətraf ərazilərimizdə böyük ölçəkli (miqyaslı) ekoloji fəlakətlərə yol açması indi aydın şəkildə görsənməkdədir.
Urmu gölünə axan onlarca çayın üzərində iran rejiminin planları əsasında illər öncə süni su sədləri və bəndlərinin qurularaq axışın önünün bağlanması, həmin bəndlərə toplanmış suların əsasən Urmu və ətraf bölgələrdə ekoloji faciənin təməlini atılmışdır.
Hər kəsə məlumdur ki, Urmu gölünü bəsləyən suların qarşısı illər öncə alınmağa başlanılsa da, bu susuzluğun yaratdığı fəlakətlər bölgə insanları üçün indi daha açıq şəkildə üzə çıxmağa başlamışdır. Belə ki, Urmu və ətraf ərazilərdə həyat keçinəcəyi bilavasitə əkinçiliyə bağlı olan sadə insanlar üçün artıq bu bölgələrdə yaşamaq gündən-günə çətinləşməkdədir.
Urmu gölünün quruması nəticəsində burada yığılmış tonlarla duzun ətraf ərazilərə yayılması ilə əkinçilik üçün yararlı torpaqların bütünlüklə sıradan çıxarılmasına və torpaqların şoranlaşdırılmasına səbəb olmaqdadır.
Beləcə, Urmu gölünün quruması nəticəsində burada yaranan fəlakət duz fırtınası ilə ətraf ərazilərimizi də öz etkisi altına almasına yol açır.
Nəticədə, Urmu və ətraf bölgələrdə həyatın bu şəkildə bilərəkdən tükədilməsi ilə buradakı 15 milyona yaxın Azərbaycanlının bu günədək mövcud olmuş ağır həyat şərtlərini daha da çətinləşmiş olur. 15 milyon Azərbaycan türkünü öz ana vətənini tərk etməyə məcbur qoyan bu pillanlı fəlakət, eyni zamanda Azərbaycanda iran dövlətinin istədiyi etnik- mühəndisliyinə’də xidmət edir.
Urmu Gölü fəlakəti səbəbi ilə son illərdə yüzlərlə Azərbaycan kəndi boşalıb və Azərbaycanlılar mühacirətə məcburqalıb. Son 5 ildə duz fırtınaları səbəbilə Batı Azərbaycada 20% dəri xərçəng xəstəliyi artıb.
Əziz və uca Türk milləti,
bizim ən önəmli borcumuz vətənimizi yadlara satmayıb, qorumaq və Urmu bölgəsində millətimizə qarşı baladılmış bu basqıları durmdurmaqdır. Bunun üçün bizlər millət olaraq hər an ayaqda olmalı, rejimə qarşı öz dirənişimizi göstərməklə onları Urmumuzun öz doğal (təbii) qaynaqlarını bərpa etməyə məcbur etməliyik.
Bunun yolu hammılıqca küçə və xiyabanlara çıxmaq, bütün bölglərimiz və millətimizi də Urmu-ya dəstək verməyə çağırmaqdır.
Güney Azərbaycan Cümhuriyyət Partiyasıda millətini öz azadlıq və hüquqlarını müdafiə etmək üçün meydanlara çağırır.
Ey Azərbaycanın igid qızları oğulları
Artıq fars molla rejim və çürümüş iran dövlətçiliyi son nəfəslərini verir, dünyadan təcrid olunur. Bununla yanaşı, bizim əvvəlki illərlə müqayisədə daha çox organizə və milli gücümüz var.
Əmin olaq ki əgər biz Əl ələ verib çiyin-çiyinə olursaq həm millətimizin haq səsini dünyaya yaya bilirik həm iran biganə qüvvələrinə ağır zərblər yendirə bilərik .
Biz Cümhuriyyətçılər İgid və Qəhraman Türk millətini hər zaman meydanlarda Urmu gölünün harayına dəstək göstərməyə çağırırıq.
Hər saat eyləm saatı, Hər yer eyləm meydanı
Hörmətlə,
ACP-nin Yönətim Qurulu