Bu gün Güney Azərbaycan türklərinin #Urmiya gölünün qurudulmasına qarşı qaldırdığı qiyam xatırladır. Bu qiyam 1390-cı şəmsi ildə dörd həftə davam etdi və genişmiqyaslı repressiya və həbs ilə qarşılandı, amma Azərbaycan xalqının vətənini və gələcəyini müdafiə etmək iradəsi tarixə yazıldı.
#Urmiye gölü faciəsi yalnız bu gün üçün təhlükə deyil; o, gələcək nəsillər və bütün region üçün də riskdir. İranın işğalçılığına qarşı mübarizə hər bir Azərbaycan türkü üçün tarixi bir vəzifədir və bu mübarizə həmrəylik, müqavimət və maarifləndirmə ilə davam edəcək.
Güney Azərbaycan Cümhuriyyət Partiyası bu etirazları anaraq bildirir ki, əgər güney Azərbaycan milli dövlətinə sahib olsaydı, nə #Urmu gölü, nə də Azərbaycanın meşələri heç vaxt məhv olmazdı; əksinə, Azərbaycan regionun iqtisadi və turizm mərkəzinə çevrilərdi.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan gəncliyinin azadlıq mübarizəsi