Vaşinqtonda, Amerika Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Respublikası və Ermənistan arasında imzalanmış Sülh və Dövlətlərarası Münasibətlər Bəyannaməsi və “Tramp Marşrutu” adlanan strateji nəqliyyat–enerji dəhlizi barədə razılaşma, Qafqaz tarixində yeni bir mərhələnin başlanğıcını göstərir.
Bu sənəd, bölgədə geosiyasi reallıqları köklü şəkildə dəyişdirəcək çoxşaxəli təsirlərə malikdir.
Əsas məqamlar:
1. Zəngəzur dəhlizi ilə Naxçıvan–Azərbaycan birliyi reallaşır. 35 illik milli-siyasi ayrılıq sona çatır, tarixi-coğrafi bütövlük bərpa olunur.
2. Azərbaycanın İqtisadi və nəqliyyat əlaqələrinin möhkəmlənməsi. Azərbaycanın beynəlxalq ticarət, enerji və logistika imkanları genişlənir, bölgədə mühüm tranzit mərkəzinə çevrilməsi sürətlənir.
3. Qərblə strateji əməkdaşlığın dərinləşməsi ABŞ və digər Qərb dövlətləri ilə müdafiə, enerji və yüksək texnologiyalar sahələrində yeni tərəfdaşlıq imkanları açılır.
4. Azərbaycan və türk dövlətçiliyinin güclənməsi. Bölgədə türk dövlətlərinin nüfuzu və təsir imkanları artır, beynəlxalq status möhkəmlənir.
5. Ermənistan üçün iqtisadi və siyasi dönüş. Uzunmüddətli münaqişə başa çatır, iqtisadi blokada aradan qalxır, yeni ticarət və nəqliyyat xətləri ölkəyə nəfəs verir.
6. İranın bölgədəki təsirinin zəifləməsi. İranın Cənubi Qafqazda yürütdüyü anti-Azərbaycan siyasəti iflasa uğrayır. Zəngəzur dəhlizi Tehranın bölgədəki son strateji kartlarından birini əlindən alır və İran addım-addım regional siyasətdən kənarlaşdırılır.
7. Azərbaycanın təhlükəsizlik zəmanətlərinin möhkəmlənməsi. Amerika və Qərblə artan əməkdaşlıq, ölkənin müdafiə imkanlarını, iqtisadi inkişafını və regional liderlik mövqeyini daha da gücləndirir. Bu, eyni zamanda son yüz ildəki anti-türk siyasətlərinin dəyişməsinə işarədir.
8. Güney Azərbaycan milli hərəkatı üçün yeni imkanlar. Güclənmiş Azərbaycan dövləti, Güney Azərbaycan türklərinin milli azadlıq mübarizəsi üçün daha möhkəm siyasi dayağa çevrilir.
9. Güneydə Azərbaycan türkləri ilə Qərb arasında münasibətlərin yaxşılaşması.
Amerika–Azərbaycan yaxınlaşması,əslində batıda ikili standartların , yumşalmasına və daha gərçəkcı yanaşmaya şərait yarada bilər.
10. Türk dünyasının birləşməsinə sürət.
Zəngəzur dəhlizi türk dövlətlərini iqtisadi və mədəni baxımdan birləşdirərək, Güney Azərbaycan məsələsinin beynəlxalq gündəmdə daha aydın görünməsinə imkan verir.
11. Rusiyanın tranzit üstünlüyünün zəifləməsi.
Mərkəzi Asiya və Güney Qafqazdan keçən enerji və nəqliyyat axınlarının Rusiya ərazisindən yan keçməsi, Moskvanın ənənəvi nəzarət imkanlarını azaldır.
12. Qərbin bölgədə diplomatik-siyasi mövcudluğunun artması. Bu proses postsovet məkanında Rusiyanın dominant mövqeyini sarsıdır və İran–Rusiya əməkdaşlığının mühüm dayaqlarından birini zəiflədir.
13. Ermənistanın batı ilə iç içə olması. İrəvanın Qərblə iqtisadi əməkdaşlığı, Rusiyaya olan asılılığı tədricən azaldır.
14. Bölgəsəl güc balansının dəyişməsi. Rusiya bölgədə balanslaşdırıcı rolunu itirir, Qərb isə türk dövlətləri ilə iqtisadi əlaqələrini artırır.
Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq vurğulayırıq ki, imzalanmış bu saziş təkcə Azərbaycan və Ermənistan arasında sülhün təminatı deyil, həm də Güney Azərbaycan türklərinin milli gələcəyi üçün strateji və tarixi əhəmiyyətə malik böyük bir qazanımdır.
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)
📍 Təbriz, Güney Azərbaycan
14 Aug 2025