28 May – İstiqlal Günü münasibətilə

Bu gün – 28 May – Azərbaycan xalqının şanlı tarixində istiqlal və cümhuriyyət iradəsinin təntənəsidir.

1918-ci ildə Quzeydə Azərbaycan qurulan Azərbaycan xalq Cümhuriyyəti, türklərin ilk demokratik respublikası kimi bütün Türk dünyasının, o cümlədən Güneydə Azərbaycan türklərinin qürur mənbəyidir.

Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq biz bu günü yalnız tarixi bir hadisə kimi deyil, həm də Güney Azərbaycanın gələcək istiqlalının və milli azadlıq mübarizəsinin yol göstəricisi kimi qəbul edirik. Quzeydə Azərbaycan millətinin iradəsi ilə qurulan cümhuriyyət, biz Güneyli soydaşlarımız üçün azadlıq və milli suverenliyin mümkünlüyünü sübut etmişdir.

Tehran rejiminin əsarəti və fars şovinizminin basqıları altında milli kimliyi, dili və varlığı inkar edilən, var-yoxu talan olunan Güney Azərbaycan türkləri üçün istiqlal həm tək ümid yerdir – həm də tarixi və haqq edilmiş bir hədəfdir. Biz inanırıq ki, Güney Azərbaycanın gələcəyi də cümhuriyyət, milli bərabərlik və istiqlal yolu ilə yazılacaq.

 

Bu gün biz bir daha bildiririk: Güney Azərbaycanın xilası fars işğalına qarşı milli birliyin, siyasi şüurun və təşkilatlanmış mübarizənin nəticəsində mümkün olacaqdır. 28 May bu baxımdan yalnız keçmişin xatirəsi deyil, gələcəyin çağırışıdır!

 

Yaşasın Güney Azərbaycanın istiqlal mübarizəsi!

Yaşasın Türk Cümhuriyyəti idealları

Güney Azərbaycan Cümhuriyyət Partiyası

28 May 2025

Scroll to Top