9 May Güney Azərbaycan tarixinə altın hərflərlə yazılacaq özəl bir gündür. Bu tarix yüz illik bir mücadilə yolu olan milli hərəkatımızda Öyrənci Günü kimi qeyd edilir.
Biz – ACP olaraq bütün Türk öyrəncilərinə memarı olduqları bu özəl günlərinin qutlu olmasını diləyirik!
Qədim tarix yaddaşında iz buraxmış uca “Azərbaycan Türk Milləti” və Azərbaycan və türk dünyasının parlaq ümidləri olan qiymətli öyrəcilərimiz, tam 99 ildir ki, İran adlı saxta dövlətin yaradılması ilə Azərbaycan türklərinin milli varlığına qarşı bir savaş açılmışdır. Milli kimliyimizə qarşı başlanmış bu savaş bizi bir millət olaraq milli, mədəni, kültürəl, sosial və iqtisadi cəhətdən yox olmaqla ilə üz-üzə qoymuşdur. Qondarma şəkildə zühur etmiş İran adlı dövlətinin başında olan həm pəhləvilər, həm də islam cümhuriyyəti hər fürsətdə Azərbaycan türklüyünə qarşı təhqir və ayrı-seçkiliklə açıqdan-açığa milli-mədəni soyqırım siyasəti aparmışdır. Milli sərvətlərimizi talamaqla topladığı milyardlarla dollarlar ilə bir sistemli assimilyasiya maşını yaratmışdır. Bu assimilyasiya və basqı maşını ilə uşaq baxcalarından dövlətin ən üstün qatlarına qədər millətimizin üzərinə yerimişdir. Sonucda İran adlanan dövlətin yönətim politikasında anti-türk və anti-Azərbaycan siyasi basqısı hakim qılınmışdır.
1374 (1995) ildə İran adlanan dövlət öz rəsmi dövlət radio-televiziyasında 7 maddəlik anti-türk bir anket yayımlandı. “Sosial Fasilə” adı altında İran İslam Cümhuriyyətinin rəsmi radio-TV-sinin “Kamoyu Araşdırma və incələmə” mərkəzi tərəfindən Tehran və Qom şəhərlərində yayımlanan aşağıdakı faşist idolojili sorğular bu rejimin assimilyasiya sisteminin nə qədər başarılı olmasını test etməklə yanaşı, həm də Azərbaycan türklərinə qarşı açıq təhqiri sərgiləmişdir. Rejim öz nəzarətindəki TV-dən bunları soruşurdu:
1. Bir Türk ilə evlənirmisiz?
2. Qızınızı Türk oğlu ilə evləndirərsizmi?
3. Aşura-Tasua kimi məzhəbi məclislərdə Türklərlə bir arada olmaq istərsizmi?
4. Türk qonşuluğunda yaşamaq istərsizmi?
5. Türklər ilə bir yerdə işləmək istərsizmi?
6. Çoxunluğu Türk olan məhəllədə ev almaq istərsizmi?
7. Türk ailəsi ilə gediş-gəliş etmək istərsizmi?
Bu irqi ayrı seçkiliyə və basqılara susmaqdan bezmiş uca millətimiz bir vulkan tək püskürdü. Çox qısa bir zaman içində öyrəncilər başda olmaqla Azərbaycan Türk milləti öz haray səsini ucaltdı. 1946-cı ildən bəri ilk dəfə olaraq Azərbaycan milli haqları üçün ayaqlanaraq meydanlara yürüdü və mən Türkəm şüarlarını ucaldı. Tehran, Təbriz, Zəncan, Urmu kimi şəhərlərin bilim-yurdları ilə birgə İran adlanan yerin digər universitetlərində ki Türk öyrəncilər də bu etirazlara qoşuldular. Fars-Molla rejiminin öz kimlikləri uğrunda səslərini ucaltmış etirazçılara saldırması ilə qanlı toqquşmalar yaşandı. Xaricdəki fars milliyyətçiləri, sözdə rejimə müxalifət mövqeyində olsalar da, əməldə rejimin bənzəri olduqlarını göstərdilər. Çünki onlarda insani və milli haqları ayaqlar altına almaqla rejimdən türk öyrəncilərinin tutuqlamalarını istədilər. Nəticədə rejim geniş çapda tutuqlamalara başladı.
Məhz, bu səbəblərdən günəş təqvimi ilə 19 Ordibeheşt 1374 tarixi (09 May 1995) günü Güney Azərbaycan türklərinin milli ruhundan çıxaraq “Azərbaycan Öyrənci Günü” kimi tarix də yerini aldı. O günlərdən başlayaraq bu günədək “Yaşasın Azərbaycan” şüarıyla Azərbaycan öyrənci hərəkatı böyük bir yol qət etmişdir. Bu hadisələrə tarixi baxışdan yanaşanda düşünürük ki, Azərbaycan milləti; sabahını milli düşüncə ilə aydınladacaq Güney Azərbaycan öyrəncilərinə çox şey borcludur. Çünki, Azərbaycan öyrənciləri öz istiqlalı və azadlığı uğrunda ölüm-dirim savaşı verən millətimizin gələcəyi və 35 milyonun bir ümid yeridir.
Qaranlığa sürüklənməyə məhkum edilmiş Azərbaycan türk millətinin gələcəyi bu parlaq gəncliyimizlə var olacaqdır. Çünki, Azərbaycan gəncliyi böyük və tükənməz bir qüvvə olaraq öz vətənsevər hissələri ilə, yüksək intellektual zəkası və əzmi ilə, özünü dünyadakı gənclərdən ayrı təsəvvür etmir. Güney Azərbaycan gəncləri və öyrənciləri bunu bilir ki onların gəlişmiş ölkələrdəki yaşıtları kimin azadlığa çıxması, yüksək yaşam standartlarına (telefon, bilgisayar, maşın, geyim və sayır) sahib olması və istədiyi eytimi alması yalnız və təkcə Bağımsız Güney Azərbaycan Cümhuriyyətində mümünkündür. Azərbaycan gəncliyi Türk dünyasında yaşayan yaşıtları kimi Türkçülük həm də Azərbaycançılıq milli idelogiyasına bağlılığı ilə aydın, böyük və bütöv Azərbaycanın memarı olacaqdır.
Biz Azərbaycan Cümhuriyyət Partiyası və bütöv Azərbaycan sevdalıları olaraq bu gündən o günə yürüyən fədakar milli düşüncəli gənclərimizə bu qutsal davada xoş gəldin deyərək onlara uğurlar diləyir və bu tarixi Öyrənci günü münasibəti ilə o taylı-bu taylı bütün öyrəncilərimizi təbrik edirik!.
Hörmətlə,
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)
Araşdırma mərkəzi
Təbriz şəhəri