Bugün fevral ayının 12-si Güney Azərbaycan Cümhuriyyət Partiyasının insan haqları departamentinin nümayəndələri, Amnesty International (beynəlxalq əfv örgütü) ilə görüşüblər.
Acp nümayəndələri Amnesty-nin iran üzərə masasına, tutuqlu olan Azərbaycan milli fəallarının ağır durumları haqında bilgilər verib və əfv təşkilatının Güney Azerbaycan milli fəalların haqsız tutuqlanmaları ilə bağlı rəsmi mövqeyini tələb ediblər.
Eyni zamanda ACP-nin insan haqları departamentinin sorumlusu Araz Yurdseven, Amnesty-nin yaxın Şərq sorumlu bölümünə Urmu gölünün ağır durumu və iranlıların Azərbaycanın təbiətinə tətbiq etdikləri məhv edici siyasətləri ilə bağlı geniş ətrafli bilgi verib.