106 il öncə, Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində əliyalın türklərə qarşı kütləvi qətliamlar düzənlənmiş və bu millətimizin tarixi yaddaşında ən çox Cilovluq faciəsi , ya Qara qırqın kimi əks olunmuşdur.
Cilovluq qırğını bir soyqırım kimi nəinki bölgədə, eyni zamanda, dünyada analoqu hələ də olmayıb.
Cilovluq qırğınının əsas tətikçiləri türklərə kin və nifrəti ilə seçilərək bölgəyə yerləşdirilmiş etnik erməni, assuri və kürd dəstələri idi. Soyqırımlarda silahlı kürd dəstələrinə İsmail aqa Semitko , ermənilərə Petros ağa, xristian assurilərə isə Marşimon başçılıq etmişdi. Beləcə, bu etnik silahlı quldur dəstələri aylarca Urmu, Salmas və Xoy şəhərlərində Azərbaycan türklərinə qarşı qətliam törədiblər. Soyqırımların zirvə nöqtəsi isə 1918-ci ilin martında Yeni gün (Novruz) bayramının axırıncı çərşənbəsində olmuşdur.
Belə ki, 1918-ci ilin martında, Yeni gün (Novruz )bayramının sonuncu çərşənbəsində qoca, uşaq, qadın demədən 250-300 min aralığında Qərbi Azərbaycan türkü milli soyqırıma məruz qalaraq qətlə yetirilmişdir.
Birləşmiş erməni-kürd və Assuri dəstələri 159 gün boyunca Urmu, Xoy və Salmasın ayrı-ayrı kəndlərində türk əhalisinə kütləvi divan tutaraq dinc əhaliyə vəhşəliklər törədmişdilər.
Düzdür, tarixin o çətin günlərində xalqımızın imdadına yetən və milli kimliyimizin qorunub saxlanılmasına və Qərbi Azərbaycanda daha çox insan faciəsinə yol verməyən, millətimizə açıqdan-açığa dəstək olan Anadolulu qardaşlarımız, o zamankı Osmanlı ordusu olmuşdur. Baxmıyaraq ki Azərbaycanlılar Kazımxan , Zər Xanım kimi qəhrəmanların başçılıqında milli-müqavimət dəstələri ilə aylarca dirənişlər göstərməyə çalışıblar,ancaq Türk ordusu əgər xalqımızın imdadına yetişməsəyidi Cilovluq faciəsi qurbanlarının sayı üç yüz mini daha çox aşacaqdır.
Batı Azərbaycandakı bu mənfur olayların planı , dünəndə, bu gündə sözdə demokratiya beşiyi sayılan Qərbi ölkələrdə cızılmış və cızılmaqdadır.
Böyük dövlətlər terrorçu qüvvələrin əli ilə Urmu gölü ətrafında “Kiçik Ermənistan dövləti”, “Kürdüstan dövləti ”, və “Assur dövləti” yaratmağı hədəfləmişdi. Məqsəd nəyidi? :
1. Bu gün olduğu kimi o dönəm də hakim Türk milli kimliyini ortadan qaldırmaqla bölgədə qeyri türklərdən ibarət böyük federativ dövlət yaratmaq idi.
2. Bölgədə maraqları olan sözdə demokratiya keşişçiləri, Böyük Britaniya, Fransa və Rusiya birgə türk Qacar və türk Osmanlı emperyaları yıxıldıqdan sonra, Azərbaycan sərhədində və böyük türk millətinin arasında 3lü divar hörmək istəmişlər. Bu divar ilə həm Türkləri bir birindən ayrı tutacaqlar , həmdə beləcə Türkləri , vətənlərinin tam qəlbindən qılınc kimi keçən 3 antı Türk dövlət ilə ayrı ayrı boğuşdurmaq istəmişlər.
Batı Azərbaycan nədən həm yüz il öncə, həm də bu gün bu iğtişaşlara məruz qalır?
Bunun bir neçə səbəbi var:
Birinci Batı Azərbaycan, Urmu bölgəsi başdan Türk milli kimliyinin yaranış və dövlətçilik tarixinin bünövrəsidir. Urmu tarixi kimliyimizi məhv etmək üçün bu bölgə diqqətə alınmaqdadır.
İkinci bu bölgə strarteji olaraq Anadolu yurdaları ilə ən sıx halda sınra malikdir və Turanı birləşdirən körpüdür. Bu sınırlar işğal olunarsa Türk dünyasının birliyi və böyüməsinin və varlığının önü alınar.
Bu planı bugün başqa bir şəkildə böyük güclər illər öncə Anadolunun doğusunda və Qərbi Azərbaycanda terror vasitəsi ilə gerçəkləşdirməyə cəhd etmişdir.
Üçüncü Qərbi Azərbaycan və Urmu bölgəsinin geo-siyasi əhmiyətidir.
Urmu Azərbaycanın dünyaya açılan qapısıdır. Bu Qapı tarix boyu türklərə hər cəhətdən üstünlük vermişdir.
Batı və Uzaq şərqin keçidi olan, Urmu ,Zəngəzur və Çanaqqala kimi xüsusi Geopolitik əhəmiyyətə malikdir.
Yuxarıda sadalanan mənfur planlı olaylar bu gün tarixi torpaqlarımızda Batı Azərbaycanda və Urmu bölgəsində iran dövləti vasitəsi ilə millətimizin üzərində təkrarlanmaqdadır.
İran molla rejim tərəfindən illərdir ki bölgədə tətiklənən və baş verən terrorlar açıq şəkildə görünməkdədir.
Bu gün bölgədə qeyri millətlərin türklərin üzərinə qaldırılması yenidən anoloji hadisələrin təkrarlandığını sübut edir.Sadecə Maşa tutan əllər dəyişib.
Artıq bir çox xarici batı dövlət parlamentlərində qondarma “erməni soyqırımı”nı tanıyanlar və ya onlara dəstək verənlər, eləcə də, özlərinə insan haqlarını şüar edib dünyaya haqdan-ədalətdən meydan oxuyanlar tarixin ən Batı Azərbaycan nədən həm yüz il öncə, həm də bu gün bu iğtişaşlara məruz qalır?
Bunun bir neçə səbəbi var:
Birinci Batı Azərbaycan, Urmu bölgəsi başdan Türk milli kimliyinin yaranış və dövlətçilik tarixinin bünövrəsidir. Urmu tarixi kimliyimizi məhv etmək üçün bu bölgə diqqətə alınmaqdadır.
İkinci bu bölgə strarteji olaraq Anadolu yurdaları ilə ən sıx halda sınra malikdir və Turanı birləşdirən körpüdür. Bu sınırlar işğal olunarsa Türk dünyasının birliyi və böyüməsinin və varlığının önü alınar.
Bu planı bugün başqa bir şəkildə böyük güclər illər öncə Anadolunun doğusunda və Qərbi Azərbaycanda terror vasitəsi ilə gerçəkləşdirməyə cəhd etmişdir.
Üçüncü Qərbi Azərbaycan və Urmu bölgəsinin geo-siyasi əhmiyətidir.
Urmu Azərbaycanın dünyaya açılan qapısıdır. Bu Qapı tarix boyu türklərə hər cəhətdən üstünlük vermişdir.
Batı və Uzaq şərqin keçidi olan Urmu ,Zəngəzur və Çanaqqala kimi xüsusi Geopolitik əhəmiyyətə malikdir.
Yuxarıda sadalanan mənfur planlı olaylar bu gün tarixi torpaqlarımızda Batı Azərbaycanda və Urmu bölgəsində iran dövləti vasitəsi ilə millətimizin üzərində təkrarlanmaqdadır.
İran molla rejimi tərəfindən illərdir ki bölgədə tətiklənən və baş verən terrorlar açıq şəkildə görünməkdədir.
Bu gün bölgədə qeyri millətləri, türklərin üzərinə qaldırılması yenidən anoloji hadisələrin təkrarlandığını sübut edir. Sadecə Maşa tutan əllər dəyişib.
Artıq bir çox xarici batı dövlət parlamentlərində qondarma “erməni soyqırımı”nı tanıyanlar və ya onlara dəstək verənlər, eləcə də, özlərinə insan haqlarını şüar edib dünyaya haqdan-ədalətə meydan oxuyanlar tarixin ən dəhşətli olayından Cilovluq faciəsindən danışmazlar çünkü özləri bu qanlı olayların memarı olublar.
Təssüf ki, insanlıq və Türk milli kimliyinə qarşı yönəlmiş bu antibəşəri faciəyə, yani Cilovluq faciəsinə , nəinki demokrat batı dövlətləri , eləcədə həm Quzey Azərbaycan da ki dövlətimiz, həm də Türkiyədə rəsmi şəkildə hələlik gərəkən qiymət verilməməkdədir
Biz ACP olaraq dünya millətlərinə və xalqımıza bəyan edirik ki, 106 il öncə yenigün(Novruz) bayramı öncəsindən başladılan Batı Azərbaycandakı soyqırım olayları, Cilovluq faciəsi milli kimliyimizin silinməsinə və yurdlarımızın işğalına hesablanmışdır.
O hadisələr və Azərbaycanlılara doğru soyqırım qətliamları və faciələr, bizim milli yaddaşımızdan silinməyibdir. O zaman vətənimiz Azərbaycana , millətimizə və Türk milli kimliyinə qarşı düşmən kəsilmiş məlum qüvvələr bu gün yenə də həm iran rejiminin, həm də, bölgəmizdə maraqları olan imperalist güclərin oyunçusuna çevrilmişlər.
Unutmayaq ki son 100 ildə İran dövləti və onun başına gələn rejimlər elə qeyd etdiyimiz həmin batı güclərinin məhsuludur və dünəndə , bu gündə, iran rejimləri batı güclərinin layihələrini icra edirlər.
Biz açıqdan-açığa həm İran rejiminə, həm də onların himayəsinə sığnmış etnik xalqlara bəyan edirik ki, millətimizə qarşı yenidən bir hərəkətlənmələrə yol veriləcəyi təqdirdə biz millət olaraq ayağa qalxıb misilləməsi ilə hər kəsin cavabını verəcəyik.
Hörmətlə,
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)
Analatik -Araşdırma mərkəzi
Təbriz şəhəri
Son çərşəmbə 1402 Günəş ili