Ataxan: Güney Azərbaycanda Cümhuriyyətçilik və dövlətçilik əsas ideyadır .

Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxanın gənclərdən ibarət yeni yaradılan təşkilat haqqında Azərtimes-a müsahibəsi:

– Güney Azərbaycanda bir partiya – Güney Azərbaycan Cümhuriyyət Partiyası yarandı.

Tehran rejiminin basqıları ilə  belə bir partiyanın yaradılması çətin olmadı?-

Biz bu partiyanın yaranması üçün 23 ay çalışdıq. Əvvəlcə, daxildə və xaricdə olan qüvvələrimizlə birgə qruplar yaratdıq.

Əsas hədəfimiz hərəkatımızda olan problemlərin əsl səbəbinin nə olduğunu müzakirə etmək idi. Azərbaycan milli hərəkat üzvlərinin əksəriyəti istiqlalçidir ancaq İrandakı son etirazlar da özünü göstərdi ki, Azərbaycan millətinin bütün təbəqələridə millətimiz özünə başqa yol seçib və bundada qərarlıdır. 

Millətimizin qurtuluş ideyası güclü olsa da, yolunda çətinliklər var. Ən böyük çətinliyimiz təşkilatlanmaqdır. Həmçinin, sosioloji məsələləri tam çözə bilməmişik. Odur ki, bir il ərzində milli hərəkatımızın alt yapısında olan problemləri araşdırmaqla məşğul olduq.

Bunun üçün bir çox siyasətçilərdən, sosioloqlardan məsləhət alırdıq. Gənclərin və xanımların hərəkatımızın təşkilatlarına zəif qatılması, Azərbaycanın daxilində istiqlalçılıq məfkurəsinin haçalanması kimi problemlərin olduğunu aydınlaşdırdıq. Bundan yola çıxaraq  gənc milli fəalları cümhuriyyət düşüncəsinin ətrafinda birləşdirməyə çalışdıq. Çətin olmadı, müxtəlif cərəyanları bir araya gətiməyə nail olduq. Kadrlarımızın gənc olması bizə bu məsələdə çox kömək etdi.Çətinlik çəkdiyimiz yer Əmniyəti şəkildə bu prosesi Güney Azərbaycanın daxilində aparmaq oldu.

– Təşkilatın yaradılmasında əsas yol, istiqamət, məqsəd nədir?

– Məqsədimiz daxildə güney Azərbaycan  türk millətinin istiqlaliyəti və dövlətçilyi uğruda, fəaliyyət göstərmək , cümhüriyyətçi düşüncələri bir araya gətirib və millətin səsi olmaqdır. Əksər yaranan təşkilatlar xaricdən daxilə nüfuz edirdilərsə, biz əksini etdik. Elə təşkilatımız da ötən gün Babək qalasında elan olundu. Bunu təhlükəsiz şəkildə düzənləməyə çalışdıq ki, öz qüvvələrimizi itirməyək. Onları tutmasınlar, müəyyən basqılar olmasın.  Lakin bizim məqsədimiz üzvlərimizi rejimin daxildə yaratdığı basqılardan qorumaqdır.

– Qurumun idarə heyətində kimlər təmsil olunur?

– Partiyamızın siyasi qanadına Araz bəy Yurdsevən, sosial proqramlar bölməsinə Pəri xanımın qadınlardan ibarət komissiyası, ictimai əlaqələr qoluna Barış Bozqurd başçılıq edir. 9 nəfərlik bir heyətlə təmsil olunuruq. Digərlərin adları da yaxın zamanlarda açıqlanacaq.

– Partiyanızın hədəf və prinsiplərindən danışardınız.

– ACP-nin hədəfi Güney milli dövlətin qurulması və Bütöv Azərbaycan topraqlarının birləşməsidir. 

Mübarizə və fəaliyətlərimiz aparmaqdada 6 əsas prinsipimiz var:

 Dövlətçilik və cümhuriyyətçilik, bütövçülük,aaaaMillətçilik və milliyətçilik, müasirlik,Layiklik və  azadlıq, demokratiya və bərəbarlik. Yəni ACP  Yurdçu və Azərbaycançı , Türk milliyetçisi ,İstiqlalçi , qurtuluşçu və cümhuriyyetçi bir Təşkilatdır.

3 illik strategiyamızın məqsədi təşkilatı böyütmək və rejimə  və irançılıq düşüncəsinə qarşı mübarizə aparmaqdır. Bunları ilə yanaşı bütövçülük uzunmüddətli ideoloji və mübarizə hədəflərimizdir.

Qısa zaman üçün məqsədimiz gənclər arasında partiyamızı tanıtmaq, təsirli, güvən mənbəyi etməkdir. 

Azərtimes və AxarAzdan

Scroll to Top