İran işğalçı dövlətçiliyi 100 ildən bəridir ki, İran adlanan siyasi coğrafiyada qeyri-fars millətlərin bütün milli, siyasi və insani haqların pozmaqdadır.
Son zamanlarda öz işğalçılıq və sömürgəçilik siyasətləri Azərbaycan millətinin dirənişi ilə qarşı-qarşıya gəlincə rejim daha şiddətli şəkildə Azərbaycan millətinə və onun milli varlıqlarına saldırır. Bu bağlamda son aylar İbrahim Rəşidi Savalan, Yürüş Mehrəlibəyli,Əli Babayi uzun müddətli səbəbsiz tutuqlanmışdır.Vədud Əsədi, Səid Minayi, İsmayıl Əhmədi, Saleh Malla Abbasi, Tahir Nəqəvi, Araz Aman, Əyaz Seyfxah, Baqir Hacizadə, Səid Cəmalzadə, Əbdullah Vahidi, Salar Tahir Əfşar, Əzimi Qədim, Kəmal Nuri, Murtuza Pərvin və bir çox adları bəlli olmayan milli fəalımız toplu şəkildə hal hazırda həbs edilib və bir çox milli fəal qondarma məhkəmələrə çağrılıb və həmin məhkəmələrdə düzməcə dəlillər əsasında Azərbaycan fəallarına ağır cəzalar verilib.
İran rejiminin keçən aylarda Güneydə Azərbaycan milli fəallarına qarşı basqılarının artırması, Azərbaycanlıların iş yerləri və evlərinə qanunsuz basqınları, Azərbaycan fəallarının ailələrinə saldırmaları, onlara ictimai, iqtisadi və fiziki işgəncələrə məruz qoyması göstərir ki:
1. İran dövlətinin Azərbaycan millətinə qarşı açdığı savaş və düşmənçilik yeni və şiddətli dövrə keçməkdədir. İran rejimi bu yeni dönəmin açıq mesajını verir. Bu dönəm basqılar daha da artacaq.
2. İran molla rejimi Azərbaycan milli hərəkatının Azərbaycan millətinin arasında yayılmamasını, Azərbaycan hərəkatının İranda digər xalqlara siyasi təsir buraxmaması üçün bir qorxu atmosferini yaradır. Rejim milli fəallara vəhşicə davranıb və psixoloji basqılar yaradmaqla, əslində Azərbaycan milli hərəkatının içərisində ümidsizlik və qorxu havası yaradıb, beləcə hərəkatın təşkilatlanmasını, yayılmasını, eləcədə nüfuz və irəliləyişini önləmək istəyir.
3. Rejim bütün tutuqlamaları vəhşicə həyata keçirir və tutuqlananların haqqında, səbəbləri haqda, onların sağlıq durumları haqqında ictimaiyyətə və hətta onların ailələrinə heç bir bilgi vermir. Rejim əslində Azərbaycan milli hərəkatına qarşı düşmənçiliyində heç bir sınır tanımayacağını, hərəkata qarşılıq verməkdə heç bir qanun və qaydaya uymayacağını, əxlaqi və vicdani dəyərləri ayaqlar altına alacağını, Azərbaycanlılara qarşı hətta öz ana yasa qanunlarını kobud pozacağını açıq bildirir.
4. İran molla rejimi Güney Azərbaycan milli hərəkatının varlığı səbəbi ilə 30 ildir Azərbaycan Cümhuriyyətinə hər sahədə savaş açıb. Ancaq İran Azərbaycan dövlətçiliyinə açdığı bütün savaşlarda məğlub olub. Qarabağda Azərbaycanın böyük zəfəri və İranın Qafqazdan atılmasını İran hələ qəbullana bilmir.
İranın Azərbaycan dövlətçiliyini zəyifləndirmək üçün 30 il ərzində yaratdığı bütün dini və siyasi təxribat və casusluq şəbəkələri bir-bir çöküb, eyni zamanda İranın bölgədə apardığı şiyə hilali siyasəti yanlız Azərbaycanda uğursuz olub. Digər tərəfdən Quzey Azərbaycanda cümhuriyyətçilik, dövlətçilik və Azərbaycançılıq dəyərlərinin hızla yüksəlməsi və bu sahiblənmə və yüksəlişin Azərbaycanın Güneyində mənimsənməsi və sürətlə milli duyğuların körüklənməsi, bununla birgə Azərbaycan dövlətinin Güney də olan Azərbaycanlıların dövlətçilik səviyyəsində qayəsində qalacağının açıqlamaları Güney – Quzey arasında olan bağları daha da sağlamlaştırıb. Müstəqil Azərbaycanın gəlişməsi, Azərbaycan dövlətini bölgədə gücün və başarının simgəsinə çevrilib. Bütün bunlar İran rejimini daha da uğursuz və aqressiv edib. Məhz bunun üçün İran dövləti Azərbaycan milli hərəkatına və Azərbaycan cümhuriyyətinə qarşı müxtəlif sahələrdə apardığı düşmənçilik və təxribat zəminlərini, artıq birləşdirmək istəyir və əslində İran hər ikisini eyni savaş zəmininə çəkməyə çalışır.
Son tutuqlanan milli fəalların bir neçəsini qaralayaraq Azərbaycan dövlətinin ajanı damğasını vurması bu siyasətin icrasının açıq örnəyidir. İran rejimi bundan sonra, Azərbaycan milli hərəkatının üzvlərini Azərbaycan dövlətinə bağlayacağını, hərəkatçılara daha da ağır davranış göstərəcəyinin mesajını verir.
5. İran dövləti, Güney Azərbaycan milli hərəkatına və Azərbaycan dövlətinə atdığı böhtanlar ilə, əslində Quzey Azərbaycanda tutuqlanan öz terrorçularına alış veriş yolu açmaq təşəbbüsündədir.
6. İran molla rejimi, son tutuqlananları Azərbaycan cümhuriyyətinə bağlaması ilə eyni zamanda özünün irançı və fars millətçisi bir dövlət olduğunu göstərir. “Azərbaycan dövləti İranı parçalamaq istəyən bir təhlükədir” havası yaradaraq irançı fars opozisiyonunu da milliyyətçi duyğular ətrafında birləşdirir. İran rejimi, günümüz pan iranism düşüncənin şubiyə təmsilçisi olaraq Azərbaycan dövlətini və Azərbaycan milli hərəkatını, İranın varlığına böyük təhlükə kimi hədəf taxtasında oturtmaq istəyir.
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) olaraq millətimizin və vətənimizin milli məsələləri və haqlarının keşikçisi olaraq bu qutsal davada canından keçən milli fəallarımızın səsi olacağımızı və İran dövlətinin bütün işğalçılıq, asimilasyon, basqı siyasətlərinin və saldırılarının qarşısında duracağımızı bildiririk. ACP olaraq bütün Azərbaycan millətini bu məsələlərə səssiz qalmamağa, milli hərəkatımızı və dövlətçiliyimizi İran şər və işğal rejiminə qarşı müdafiəçi olmağa çağırırıq. Millətimizin oyanışı və birləşməsi İranın Azərbaycan torpaqlarında qeyri məşru və işğalçı dövlətçiliyini yıxacağına tam inamımız var.
Güney Azərbaycan Cümhuriyyət Partiyası – Araşdırma mərkəzi