Yüz ildir Milli hüquqları tapdalanan, milli təqibləri ilə milli kimliyindən uzaqlaşdırılan, dəyərləri əlindən alınaraq assimilyasiya və farslaşdırmaya məruz qalan, əziz soydaşlarımız! Sevgili millətimiz!
Məlumum olduğu kimi dünyanın xalqlar həbsxanası kimi tanıdığı İran adlı ölkənin “Cümhurbaşqanı” İbrahim Rəisinin qəfil ölümü dünyanın diqqətini yenidən coğrafiyamıza yönəltmişdir. İllərdir zülmə və sitəm üzərində yüksəlmiş bu ırqçı rejim İbrahim Rəisinin ölümü ilə nə qədər zəyif, çürük və lax bir sistem olduğunu bir daha hər kəsə göstərdi.
Bu hadisə ilə, rejim bir daha təsdiq etdi ki, o nəinki İranda əsir millətləri, həm də öz cümhurbaşqanını qorumaq və mühafizə etmək, hətta onun cənazəsini belə öz gücü ilə tapacaq qüdrətdə deyil.
Lakin o, mövcud az gücü ilə əsarətə saldığı xalqları hər sahədə məhv etməyə hazır olduğunda hər addımda təsdiq edir.
İran rejimi gündən-günə siyasi meyidə dönən sisteminə yenidən can vermək və özünün siyasi ömrünü uzatmaq üçün hər tür çaba göstərir. Bunun üçün müxtəlif siyasi oyunlar qurur və öz siyasi varlığını məşru (legetim) göstərməyə çalışır.
Əziz millətimiz, bildirmək istəyirik ki,
1-Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası Azərbaycan Milli hərəkatının tərkibi olaraq, illərdir millətimizi əzən, onu bütün mədəni-siyasi və milli haqlardan məhrum edərək övladlarını dar ağaclarına çəkən, bu haqlar uğrunda mücadiləyə qalmış vətənsevər övladlarını həbsə və sürgünlərə göndərən, qaynaqlarımızı talayıb fars bölgələrinin rifahına sərf edən, 40 milyonluq Azərbaycan türklərini ana dilindən mərhum edən, övladlarımıza milli adları qoymağı yasaqlayan, şəhərlərimizin adlarını farslaşdıraraq tariximizə və keçmişimizə əl qoyan, Azərbaycan ərazilərini parçalayan, Azərbaycan etnik yapısını dəyişdirməyə cəhd edən, bölgəmizdə işsizlik və sosial problemlərlə insanlarımızı sıxıntılara salan, əkinçilərimizi və maldarlarımızı dəstəksiz qoymaqla sıxıntılara salan, Azərbaycanın bütün peşələrini məhv edərək Azərbaycanlıların insani yaşamaq haqlarını əllərindən alan, hazırda iran dövlətçiliyini və onun molla rejimini Azərbaycan torpaqlarında işğalçı, qeyri-məşru biganə güc olaraq tanırıq.
Cümhuriyyətçilər, iran dövlətinin Azərbaycanda hər hansı bir eyləmini qanunsuz olaraq görür,onun qondarma seçkilərinə qatılımı da həm əxlaqi, həm siyasi, həm də milli baxımdan xətalı və yanlış olaraq dəyərləndirir.
2- Güney Azərbaycan Cümhuriyyət Partiyası, iran adlanan ölkədə keçiriləcək sözdə seçimləri, molla rejiminin özünə məşruiyyət (legetimlik) dilənməsi olaraq görürük. Hər kəsə məlumdur ki, iran rejiminin xalqlar içində artıq heç bir dəstək qaynağı və yeri yoxdur. Bu gerçəkliyi iranın son məclis seçimləri və son illərdə baş verən etirazlarda təsdiq etmişdir. Xameneyinin etiraf etdiyi kimi seçkilərdə iştirak etmək rejimin yaşaması üçün vacib və önəmlidir . Rejim, İran əlində əsir xalqları xüsusi ilə Türk millətini sandıqlara çəkməklə Azərbaycanda öz işğalçı simasını gizlətməyə və ömrünü uzatmağa çalışmadadır. Biz Güney Azərbaycan Cümhuriyyətçiləri, İran adı altında, seçimlər ilə hər hansı bir şeyin dəyişməyəcəyinə, heç bir sorunumuzun həl olmayacağına , millətimizin ağır vəziyyətinin yaxşılaşmıyacağına əminik.
Biz millətimizi, iranda əsir millətləri və eləcədə dünyanıda bunu anlamağa çağırır və iran rejiminin qurduğu bütün siyasi oyunlardan uzaq durmağa səsləyirik.
Əziz soydaşlar biz Güney Azərbaycan türkləri rejimə yenidən can və nəfəs verməmək üçün bu seçimlərdə əsasən səssiz qalmağa və rejimi yox saymağa üstünlük verməliyik.
3-Rejim sözdə reformçu–mühafizəkar-ılımlı kimi siyasi aktyorları ilə seçki oyunu düzənləməklə, həm xaricdə, həm də daxildə özünə yeni siyasi mühit yaratmağa çalışır. 44 ildə iran molla rejimi sözdə seçkilərdə öz istədiyi adayları (namizədləri) irəli sürüb, saxta rəqabətlər yaradaraq, xalqımızın səsini oğurlayıb və xalqımızın seçkilərdəki iştirakından sui-istifadə edibdir.
Təəssüf olsun ki rejimin bu hiylə kar yöntəmi istər istəməz xaricdə və batı dünyasında da qəbul görür.
İllərdir bu saxta seçki oyunu ilə, dünyaya özünü “seçilmiş” və “Məşru” bir rejim kimi göstərir və guya iran adlı ölkədə “cümhuriyyət” sisteminin hakim olduğuna inandırır.
Bu saxtakarlıqla rejim uluslararası səviyyədə də etibar və gücünü artıraraq öz müxaliflərinə, əsir xalqlara və başda Azərbaycan Türk millətinə qarşı daha aqressiv və basqıcı davranır.İran rejimi artıq bu gün dünyada itən nüfuzunu heç cür bərpa edə bilmir. Bu fürsəti birdaha rejimə verməməliyik.
Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası bütün siyasi kəsimləri, başda Azərbaycan milli hərəkatını oyanıq olmağa səsləyirik.
4-Son 44 ildə olduğu kimi, İran rejimi bu dəfə də siyasi bir seçim mühəndisliyi edərək , kökəni türk birisinin sözdə adaylığını (namizədliyini) qəbul edərək saxta rəqabəti alovlandırmaq istəyir.
İran Rejimi, Azərbaycanlıların milli hissiyyatından öz mənfəətlərinə uyğun faydalanıb, Azərbaycan türkünün sandığa getməsi ilə iranın vahid və bölünməz olduğunu göstərməyə çalışır.
Eyni zamanda rejim bu oyunla bəzi müxaliflərini naturalşdırmaq, Azərbaycan milli hərəkətini içəridən məhv etmək, və nəhayət milli hərəkətin fərqli kəsimləri arasında ixtilaf salaraq onu parçalamağa çalışır. Bu ixtilaflar rejimin böyük bir siyasi gücə dönüşmüş Azərbaycan milli hərəkətini dünyaya etibarsızlaşdırmaq üçün qurduğu anti-türk planının bir parçasıdır.
Bizə görə Məsud Pezeşkiyan kimi birinin Türk milli kimliyinə heç bir halda aidiyyəti yoxdur.
Türk olmaq təkcə Türk ana atadan doğulmaq və ya türkçə danışmaq deyil, bəlkə əsl Türk öz millətini və milliyyətini qeydsiz-şərtsiz sevən, Türk millətinin haqları uğrunda hər şərtdə mücadilə verən, haqqı nahaqqa verməyən, öz cəsarəti və fədakarlığı ilə ana vətəninin istiqlaliyyət və namusunu qoruyan birinə deyilir.Bu gün Güney Azərbaycanın mənafeyi və marağı baxımdan kimin namizəd olması, kimin qalib olması Güney Azərbaycana heç bir fayda verməyəcəkdir. Ona görə ki, bütün bu düşünülmüş səhnələr rejimin əli ilə düzənlənməkdə olduğu kimi, həm də rejimin ömrünün uzatmağa xidmət etməkdədir.
Biz Cümhuriyyətçilər olaraq hazırda iran siyasətində mövcud olan reformçu, usulçu, ılımlı, və ya hətta Türk və Azərbaycanlı kökənli qüvvələrin iranın sömürgəçi sisteminin parçaları və Azərbaycan düşmanı olduqlarını inanırıq.
Əmin olaq ki nə Pezeşkiyan və ya hər hansı birisi, iranın işğalçı, mərkəziyyətçi və gerici sisteminin tərkibində, nə Azərbaycanı qoruya bilər, nə Türk millətinin haqlarını geri verəbilər, nə Batı (qərbi) Azərbaycanın etnik dəyişimini durdurar, nə Urmu gölünün məhvin önlər, nə milli qaynaqlarımızın sömürülməsini yasaqlar, nə də dil və mədəniyyətimizi qorumaya alar!
Əziz millətimiz,
Güney Azərbaycan türklərinin qurtuluşu iranda yox, bəlkə bu gün dünyada ayaq səsləri eşidilən Turandadır. Azərbaycan xalqının xoşbəxtlik açarları Tehranda deyil, Təbrizdədir. Biz bu gedişləri nəzərə alaraq əziz millətimizi bu çətin dönəmləri bir dəfəlik atlatmaq üçün, daha təmkinli olmağa və iran rejiminin bütün oyunlarından uzaq durmağa səsləyirik.
İrançı zehniyyətinin və fars rejiminin zəiflədiyi bir zaman və mübarizəmizin səmərə verdiyi bu dönəmlərdə biz Azərbaycanlılar, eləcə də, bütün iranda əsir millətlər “İnsanlara hürriyyət, millətlərə istiqlal” mübarizə fəlsəfəsinə sadiq qalmalıyıq. Güney Azərbaycanda insanlarımız hürriyyətə, millətimiz isə istiqlalına qovuşmadıqca heç bir seçki bizim milli maraqlarımız’a və milli mənfəətlərimizə xidmət etməyəcək; heç bir milli sorunumuz öz həllini tapmaycaqdır.
Böyük Azərbaycan və Türk millətinin yolunda yüz illərdir tökülən şəhid qanlarına sadiq qalıb, min bir əziyyətlə mübarizə aparan qəhrəman milli hərəkətçilərimizin yanında olmalıyıq.
Azərbaycan milli hərəkətinin igid Xanımları və Bəyləri
Bizlər çox yorucu (Fərsayeşi) bir savaşın içindəyik. Çox hoqqabaz və zalım bir sistemə qarşı mübarizə aparırıq. Bu sistemə qalib gəlməyin tək yolu sistemli və təşkilatlı mübarizədən keçir.
Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq sizlərin hər birini qutsal milli savaşımız yolunda qucaqlayıb, bağrımıza basır və sevgili və əsir Azərbaycanımız üçün birlikdə sistemli mücadiləyə səsləyirik.
Biz Azərbaycan hərəkatçıları olaraq bütün fərdi, təşkilat və teyfi maraqları kənara atmalı və bu seçki oyununun alt-üst olması yolunda bütün milli qüvvələrlə birləşməliyik!
İnanırıq ki, biz bu birliklə, Mir Cəfər Pişəvəri və milli hökumət banilərinin qanı və canı bahasına mücadilə verib başa çatdıra bilmədikləri milli hərəkatımızı uğura götürə biləcəyik. Biz bu birlik ilə Güney Azərbaycana istiqlal, millətimizə isə əbədi azadlıq, bölgəmizə barış və ədalət bəxş edə biləcəyik!
Hörmətlə,
Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) Araşdırma mərkəzi
15.06.2024