İsrail İran molla rejiminin aldığı nəfəsdən və dövlətin bütün qatlarından, xəbərı var,İsrail iranın atdığı hər gizli atdımını təqib edir.
Bu sözləri axar-az,a Güney Azərbaycan Cümhuriyyət Partiyasının rəhbərlik şurasının sədri Araz Ataxan Suriyada İranın yüksək rütbəli zabitlərinin öldürülməsinin İsrail ilə müharibə ehtimalını artıb, artmıyacağı barədə fikirləri şərh edərkən deyib.
“İran vurulan binanı konsulluq binası kimi təqdim edib, diplomatik müstəviyə qaldırmağa və beynəlxalq aləmdə tərəfdarlarının sayını çoxaltmağa çalışır ki, indiki vəziyyətdə İsraillə qarşı münaqişədə tək qalmasın. Konsulluq binası dedikləri yer İranın Qüds qolunun yerləşdiyi məkandır.
Sepahe quds İranın orta Şərqdə və qafqazda terror ,nizami və kəşfiyyat qolu bilinir.Öldürülən şəxslər isə deyərdim ki, Qasım Süleymanlı ilə eyni səviyyədə olan komandirlərdir. Məhəmməd Rza Zahidi Yaxın Şərqdə Xameneinin ən güvəndiyi adam idi. Onun öldürülməsi isə xüsusi bir mesajdır. İsrail dəfələrlə bildirib ki, İran rejiminin aldığı nəfəsdən və dövlətin bütün qatlarından, xəbərı və istihbaratı var.
İsrail iranın atdığı hər gizli atdımını təqib edə bilir, Mosad iran rejiminin bütün dövlət orqanlarına sızmış və istədiyi zaman, rejimin ən yaxın adamlarını hər yerdə olsa vurur. İran torpağında belə!
Bunu unutmayaq ki iran molla rejimi həm İsrail’lə həm ABŞ’lə heç bir zaman üzbəüz savaş istəməyib və bugündə istəməz. Doğrusu iranın hər hansı savaşa girməsi iran adlanan coğrafiyanın sonu gəlməsi deməkdir, iranın israil kimi güclü dövlət ilə savaşacaq gücü , iqtisadiyyati , insan qaynağı ,içdə İctimaiyyət rəyi yoxdur”,diyə – Ataxan bildirib.
Partiya yönətim qurulu sədrinin sözlərinə görə, İsrail, Amerikadan molla rejimi üçün çox təhlükəlidir:
“İran üçün ABŞ-ın addımlarını əvəlcədən təxmin etmək mümkün olsa da, İsraillə bu, mümkün deyil. Ani bir hücumla lazım bildiyi hədəfləri vurur və ya şübhəlini zərəsizləşdirir. Tehranın düz mərkəzində İranın atom üzrə mütəxəssisini öldürə bilib. illərcə iranın Atom sahadə çalışmalarını sabotaj edib, dəfələrcə istədiyi yerdə rejimin yüksək rütbəli zabitlərini aradan götürüb. Bəs, İran nə edib?
Ciddi heç nə. Bu günə dək sadecə şüar verib, və ya terror və vasitə savaşları yola salıb, və ya İsrail sivil vətəndaşlarını yurd dışında hədəf almağa çalışıb.
Hadisədən dərhal sonra çağırılan iran milli təhlükəsizlik iclasi’da nəzərdən qaçmadı.
Demək iran çox ciddi təhlükə ilə üzləşib ki belə əcələ ilə bu iclasi təşkil edir. İclas sonrası Xamneyinin çıxışında İranın U dönüşünə şahid olduq. Baxmıyaraq ki Xamneyi yinə hərzaman ki kimi “İsraildən intiqam alacağını” desədə , diqqətləri ayrı yerə çəkməyə çalışdı.
Hücum edən İsraildir, lakin hədəf Azərbaycan və ABŞ elan edildi. Hədəfi İsraildən yayındırıb,Azərbaycan və ABŞ-a yönləndirirlər. Məncə, içi boş intiqam sözləri , həmişə olduğu kimi daxili auditoriya üçün və iran rejiminin tərəfdaşları üçün deyilmiş sözlərdir. Ancaq İran İsrail ilə olan problemlərini İran-Amerika arası və ya iran – şimalı Azərbaycan problemlərinə çevirməyə həvəslidir.
İranın ərazi bütövlüyünün və molla rejiminin önəmi, ABŞ üçün nə demək olduğunu, rejim özüdə yaxşı bilir. Batı güclərinin İrana qarşı nəqədər irəli gedəcəyini, harda duracağını , fars molla rejimi yaxşı əzbəredib.
Amma İsrail üçün İranın ərazi bütövlüyü məsələsi önəmli deyil molla rejiminin özü heç öməmli deyil.
Təl-Əvivin siyasətini və ata biləcəyi addımı iran hesab edə bilmir.
Bilmirlər ki, olacağı bir savaşda İsrail İranın parçalanmasına kimi gedər, ya yox? Bu məqsədlə aranı nisbətən sakitləşdirmək və İsraildən ictimai fikri yayındırmaq üçün ABŞ-ı döyəcləyirlər. Bununla paralel İranın sözdə siyasətçiləri də İsrail Azərbaycan əlaqələrini hədəf alaraq Azərbaycanın iç əmniyyətini pozacağlarını , İsrail səfirliyi və iş yerlərinə hücum olunması kimi sərsəm sözlər dilə gətiriblər. Artıq bugün Azərbaycan dövləti və dövlətçiliyi iranın əzrayılı kimi bilinir. İranın sonunu da Azərbaycan türkləri bərirləyəcəkdir.
Azərbaycan dövləti gücləndikcə, Cənubda 40 milyonluq Azərbaycan türklərinin istiqlal hərəkatıda güclənir. İranın hər gecə kabusu olan Azərbaycanı, eyni zamanda israilə qarşı bir cəbhəyə çevirmək istəyir.
Ancaq iran bunuda bilir ki quzey Azərbaycana uzanan əl olursa, biz cənublular, o əli Təbrizdə sındırıb bir dəfəlik iran işğalçılığına , bölgədə iranın terror əsdirməsinə, son qoyarıq.”
Vüsalə İsgəndərova