Kürd lobiləri və təşkilatlari ağıllı olsunlar

 

Türkiyənin tanınmış müğənnisi, kürdəsilli Mahsun Qırmızıgül əzəli türk şəhəri olan Urmu haqqında kürd vilayəti iddiası ilə mahnısı , sosyal şəbəkələrdə 1 milyon üstündə paylaşımı olunub.

Mahsun Qırmızıgül səsi ilə“Urmiya və əziz gəlinim 2024” adlı videoçarxını kürd dilində yayımlayıb.

Onun, səsilə mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmiyanı kürd şəhəri adlandırıb.

O öz mahnısında “Urmiya mənim ölkəmdir” (Urmiye velate men) ifadəsini də işlədib.

Bu mahnı güneydə  narahatlıq doğurub.

Bir çoxları düşünür ki, Urmiya ilə bağlı kürdcə olan mahnını oxuyan Mahsun Qırmızıgül deyil. Süni intellekt (yapay zəka)vasitəsi ilə düzəldiblər.

Həmin mahnını Türkiyənin kürdəsilli müğənnilərindən İbrahim Tatlısəsin də ifasında eşitmişik. Onun da süni intellekt vasitəsi ilə düzəldildiyi iddia olunur. Biz güneyliləri isə narahat edən başqa məsələdir.

Bu sözləri Axar.az-a Güney Azərbaycan Cümhuriyyət Partiyasının(ACP-nin) sədri Araz Ataxan deyib.

O bildirib ki, Urmiyanın kürd vilayəti kimi təqdim olunması və təbliğatının aparılması güneyliləri çox narahat edir:

“Bizim problemimiz bu deyil ki, mahnını həqiqətən Mahsun oxuyub, ya yox.

Problemimiz Urmiyəyə qarşı başladılan psixoloji savaşdır. Çoxları deyir ki, Mahsun oxumayıb, ciddiyə almaq lazım deyil. Biz Acp olaraq əksini düşünürük.

Bir milyondan çox insan bu mahnını paylaşıb.Urmu kürd bölgəsi kimi kürd Gənclərə aşılanır.Bu yaxın gələcəkdə qanlı savaşların işarəsidir. əxlaqi tərəfdən dəyərləndiririk və işin pis tərəfi odur ki, hətta süni zəka vasitəsi ilə oxunubsa, niyə Mahsun və ya İbrahim bunu təkzib etmir? Hətta onlara yaxın səhifələrdə paylaşılır , Kürd terror qruplarına yaxın ictimai səhifələr isə dəvamlı bu mahnı üzərində siyasi kliplər düzəldib paylaşılıblar.Ancaq bu müğənnilər və onların iş yaxınları heç bir yerdə etiraz da etməyiblər. Sanki bütün kürdlər azərbaycanlılara qarşı başladılan layihənin bir hissəsidir kimi görüntü verilər.

Əgər özləri oxumayıblar sa , belə mahnını internetdən silmirlər, paylaşımlardan götürmək də istəmirlər. Hal bu ki bilirik belə sənətçilərin öz etibarlarını qorumaqda kontrol sahələri çox geniş və həsas olur .

Görünür, bu, səbəbsiz deyil. Blok etmək əvəzinə, əksinə, daha da yayırlar. 

Bax, bizi narahat edən budur. Bu həm biz Azərbaycanlılara həm Türk dünyasına bir alarm və təhlükə xəbərçisidir. 

Həmin Türkiye müğənnilərin kürdlərlə bağlı , Azərbaycana qarşı layihədə nə dərəcədə yer almasından daha çox məsələnin siyasi və ictimai tərəfi bizi düşündürür.

Bu psixologiya savaşının buqədər genişləndirilməsində kürd siyasi lobiləri və İran rejiminin əli olduğunu düşünürük”.

İranın Azərbaycanda və Türkiyədə kürdlərin işğalçılıq məsələsindən ən çox yararlanan dövlət olduğunu xatırladan Araz Ataxan bildirib ki, rəsmi Tehran bundan azərbaycanlılara qarşı silah kimi istifadə edir:

“illərdir ki İran rejimi güneydə Qərbi Azərbaycana qarşı mənfur siyasət həyata keçirir. Buranı kürd bölgəsi kimi təqdim etməyə səy göstərirlər. Rejim bu siyasətdə istəyi budur ki Azərbaycanlılar , fars şovinizmdən əlavə həm də kürd məsələsində eyni zamanda mübarizəyə məşğul olsunlar və beləcə gücləri parçalansın.

Eləcədə İran xarici siyasətində illərdir Türkiyeye qarşı da kürd layihəsindən və kürd terror qruplarından faydalanır.

Digər tərəfdən kürd layihəsi bir global layihə olduğu üçün İran hər tərfli bundan Azərbaycan və türk millətinə qarşı faydalanıb və hətta bəlli dönəmlərdə qazanclı çıxıb.

Qeyd edim ki Türklərə qarşı başladılan bu psixologiya savaşında  faydalanan tək fars rejimi deyil bəlkə iranin sözdə müxalif qüvvələridə kürdlərilə eyni istiqamətdə türklərə qarşı hərəkət edirlər. Kürdlərin siyasi layihələri həm fars rejimi, həm fars müxalif qüvvələri tərəfindən eyni səviyyədə dəstəklənir. Məsələn hər gün həm rejim və həm iran müxalifəti , Kürdlərin yaydıqları xəritələri ,təbliği mahnılarını, yalan tarix  faktlarini öz media və sosyal şəbəkələrində geniş yayılar. Bugün Fars və kürd dilində Urmiya haqqında internetdən məlumat əldə etmək istəsək,necə sistemli və iş birliyi içəridində Azərbaycan tarixinin təhrif olunması və  Azərbaycana qarşı təxribatlar apardıqlarına şahid olacayıq.

Onlar şüurlu şəkildə Batı Azərbaycanı Kürdüstanın bir parçası kimi təqdim etməkdən çəkinmirlər.

Digər tərfdən Azərbaycan və Türkiyə torpaqlarından qondarma, Kürdüstan yaratmaq məsələsi bəzi batı dövlətlərinin  layihəsi olduğu üçün , iran bu daha əli açıq oynayır.

İran son 100 ildə, kürdləri bölgəmizə və Qərbi Azərbaycanda yerləşdirilməsi,etnik savaşlara zəmin yaratma siyasətlərini açıq  həyata keçirir.

Sənədlərə görə 100 il bundan öncə kürdlərin Urmiyədə yaşam izləri yoxdur.

İranin öz dövlət sənədlərində  var ki, 300 min kürd şah zamanında İraqdan Qərbi Azərbaycana köçürülüb.1980 ci illərdə İraq-İran savaşında isə bir milyona yaxın kürd Qərbi Azərbaycanda məskunlaşdırılıb.

Bu köçlərə baxmayaraq ,bugün Qərbi Azərbaycanda kürdlər heç on faiz təşkil etmir, lakin bəzi batı ölkələri və İran rejimi kürdləri o bölgənin hakimi və əsas sakinlərindən biri kimi tanımağa başlayıblar. Bu durum güneyliləri narahat və nigəran edir.

Ancaq Bizim’də cavab kürdlərə bəllidir: Azərbaycan torpaqlarından kimsəyə pay yox! , Kürd lobiləri və təşkilatlari  ağıllı olsunlar,onun bunun siyasi aracı olmasınlar, Keçmiş xətalari tekrar etməsinlər”.

Müəllif: Vüsalə İsgəndər

Scroll to Top