İranın Azərbaycandaki saxta seçkiləri və Etnik oyunları ( Xəbərdalıq)

Məlumunuz olduğu kimi İran adlanan xalqlar həbsxanasında, sözdə İran İslam parlamentinə seçki adında növbəti məzhəkə keçirildi.

 

Bütün sivil dünya dövlətləri və beynəlxalq təşkilatlar İrandakı qeyri-insani münasibətlərdən dolayı rejim tərəfindən düzənlənən bütün seçkiləri, xalqların iradəsinə və seçim hüququna zidd olduğu üçün heç bir halda qəbul etmir. Daha önəmlisi bu seçki məzhəkəsi Azərbaycanda türk milləti tərəfindən əzici boykot olundu və rejim öz məşruiyyətini Azərbaycanda və qeyri-fars bölgələrdə artıq itirmiş oldu. İlk gündən Azərbaycan millətinin milli iradəsini əsas alan və beynəlxalq dəyərlərə önəm verən Güney Azərbaycan Cümhuriyyət Partiyası da, beynəlxalq hüquq normalarına uyğun olaraq, insan haqlarına zidd davranan bu gün ki İran rejiminə qarşı öz boykot qərarını vermişdir.

Azərbaycanda İran rejiminin məşruiyyətinin olmamamsı səbəbi ilə rejimdən daha aqressiv saldırılar gələcəyini öncədən Güney Azərbaycan Cümhuriyyət Partiyası xəbərdarlıq etmişdir. Özəlliklə də seçim öncəsi Batı Azərbaycanda anti-türk senariyoları əsasında siyasətlərinin şiddətlənəcəyini xalqımıza bildirmişdir. İran molla rejimi seçki adlı bir oyun düzənləmiş və bu oyunla nəinki Azərbaycan türk millətinin ziddinə bir məzhəkə çıxarmış, həm də daha uzaq hədəflərə söykənərək gələcək Azərbaycan nəsillərinə qarşı yenidən etnik mənşəli bir savaşın təməlini atmağa davam etməkdədir. Bunun üçün də rejim sözdə seçimlər zamanı kürd mənşəli terror qruplarına bağlı nümayəndələrin Azərbaycanda önə çəkilməsi heç də təsadüfi bir hal deyil.

Azərbaycan milli hərəkatının qalxınmasından və bölgədəki proseslərin sürətlə rejimin ziddinə dəyişməsindən qorxan fars rejimi, kürd əşirət başçıları və terror himayədarları ilə yenə bazarlığa gedərək seçki şousu adı altında “kürd-Türk savaş kartını” qullanma qərarını vermişdir. İran rejiminin bu addımı əslində molla rejiminin və İran dövlətçiliyinin sonunun xəbərçisidir. Ancaq rejim getmədən son kartlarını oynayaraq Azərbaycanı bir yanmış yerə çevirməyə ciddi addımlar atır. Bu səbəbdən ACP bölgəmizdə yaşayan kürdlərə və onları Azərbaycan türk millətinin ziddinə bu oyunlara çəkən rejimə qarşı öz tutumunu bir daha bəyan edərək bildirir:

1. Urmu (Urmiya, Urmia, Urmiye) və bu günkü Batı Azərbaycan torpaqları tarixi Azərbaycan əraziləri olub və burada Azərbaycan türkləri çoxluqda olsa belə tarixən, bölgə etnik xalqlarla qardaşlıq ⁸münasibətlərində qurub-yaratmış və yaşamışlar. Azərbaycan Türklərin vətəni olduğu kimi, Azərbaycanda doğulan digər etniklərində vətənidir. Bu tarixi həqiqətləri və bu günkü gerçəkləri inkar etmək işğalçı və sömürgəçi fars İran dövlətindən başqa kimsənin işinə gəlməz. Çünki İran rejimi bu “parçala hökm et” siyasəti ilə xalqları işğal altında tutma zamanın uzatmaqda maraqlıdır. Azərbaycan türkləri son əsrdə ən qanlı işğalı təcrübə edən bir millət olaraq, artıq işğalçılığın hər formasına qarşı savaşacağını açıq dünyaya bağırır.

2. Hər kəsə məlumdur ki İran rejiminin bütün 100 illik çabalarına və etnik mühəndisliklərinə rəğmən Batı Azərbaycan bölgəsində böyük çoxunluğu (85%) Azərbaycan türk milləti təşkil etməkdir. Türklər əzici çoxunuq olsa da, rejim bunu müxtəlif yollarla inkar etməyə çalışır. Bunu son seçimlər zamanı millətimiz bir daha açıq şəkildə gördü. Milli çoxluq olan Azərbaycan türklərinin İran zəminində olmadan təsadüfi birini bölgənin seçim qalibi elan edilməsi buna açıq sübutdur. Bu oyuna gələn, Azərbaycan ərazilərinə haqq idda edən və ya Azərbaycan nüfuzunu tərs göstərməyə çalışan hər kim olursa O, Azərbaycan namusuna göz tikmiş, eləcə də, 50 milyonluq Azərbaycan millətinə və Türk dünyasına savaş elan etmiş sayılır.

3. Son illər (seçim oyunun öncəsi və sonrası) İran rejimi açıq aşkar kürd mənşəli birilərini Batı Azərbaycan bölgələri üzrə məsul, vali (ustandar /fərmandar) və sözçü halına gətirmiş və bununla uzaq hədəflər uğrunda Azərbaycan türkləri ilə kürdlər arasında yenidən bir milli ixtilaf və çatışma toxumlarının səpilməsinə nədən olmuşdur. Tarixən bəzi batı gücləri və eləcə də İran rejimi bir neçə dəfə kürd xalqı adından istifadə edərək bu bölgələrdə kürd terror çətələri əli ilə xalqımıza qarşı soyqırımlar təşkil ediblər. Lakin sivil-siyasi mübarizə üsulunu özünə hədəf seçmiş Güney Azərbaycan Cümhuriyyət Partiyası, Güney Azərbaycanın hər bölgəsində, özəlliklə də Urmu hövzəsində və Batı Azərbaycanda millətimizin bütün insanlarını İran rejiminin oyunlarından, eləcə də PKK, Pejak, KOMELƏ, PDKİ kimi terror qruplarından uzaq durmağa və bu kimi siyasi oyunlarda daha diqqətli olmağa çağırır. Azərbaycan türklərinə qarşı bu oyuna daxil olan hər kəsim Azərbaycan türk millətinin vətəninə, namusuna, mal və mülkiyyətinə göz tikərək savaş açmış sayılır.

4. Tarixən bir neçə halda Batı Azərbaycan torpaqlarında xüsusi himayə olunan kürd silahlı dəstələri tərəfindən silahsız insanlarımıza qarşı böyük soyqırımlar törədilərək coğrafiyamızın etnik tərkibinin dəyişilməsinə çalışılmışdır. Ancaq bu “savaşlar”da oyunçu olanlar uzaq hədəflərə yetilməsində başarısız olmuşdur. Nəticədə çoxlu qanlar axıdılmışdır. Bütün bunları nəzərə alan Güney Azərbaycan Cümhuriyyət Partiyası bildirmək istəyir ki, artıq zaman dəyişmişdir. Bunun üçün işğalçılıq və etnik münaqişələrlə kimsənin öz uzaq məkrli hədəflərinə yetməyinin mümkün olmayacağını bir daha bəyan etmək istəyirik. Bu üsuldan Qarabağ ərazilərinin işğal edilməsində və işğalda tutulmasında ermənilər məharətlə istifadə etsələr də, sonda məqsədlərinə yetə bilmədikləri hər kəsə aydın oldu. Eyni ilə burada Batı Azərbaycanda da, milli iradəmizin ziddinə olan heç bir etnik oyunlara izin verməməklə yanaşı, həm də siyasi və iqtisadi dəyişmələrə bütün Azərbaycan türkləri imkan verməyəcəkdir.

5. Azərbaycanda doğulan sadə kürd insanımız başa düşməlidir ki, yarım əsrə yetəcək bir dövrdə bəzi kürd terror qruplarını “Kürd xalqı adına” bir maşa kimi qullanmaqla bölgəsəl sorunlar yaradılmasında, xalqların əsir düşməsində çox ustalıqla istifadə etmişlər.

Kim etmiş bunları? İran rejimi və İran dövlətinin yardılmasında müstəsna xidmətləri olan batı dövlətləri. Nəticə nə olmuş! sadə kürd ailələrinin min bir əziyyətlə böyütdüyü övladlar yad təsirlər altında öz həyatlarını qurban vermişlər. Sadə kürd ailələrinin nümayəndələri nəhayət bir daha anlamalıdırlar ki, onların bu coğrafiyada nicatı, yalnız türklərlə birlikdə qardaşcasına sülh şəkilində yaşamaqdadır. Yad təsirlər altında xidmət göstərən əşirət və terror başlarına qulaq verməməlidirlər. Dəfələrcə son ərimizdə Kürdlərə qucaq açan Azərbaycan millətinə qarşı durmaq və ya Azərbaycana qarşı ərazi iddiaları etmək bütünlüklə kürd xalqına bir şey qazandırmıyacaq, hətta kürd xalqını şiddətli bir fəlakətlə nəticələnən münaqişəyə sürükləyəcəkdir.

6. Azərbaycanda doğulan hər bir kürd insanı elə Azərbaycan vətəndaşıdır. Gələcək Azərbaycan Cümhuriyyətində bütün azınlıqların haqları qorunmalıdır. Ancaq bölgənin geo-siyasi və etnik yapısını dəyişməyə hədəfləmiş planlara xidmət edən hər kəs, əşirət və terror başçıları açıqdan-açığa Azərbaycan düşmənidirlər. İstər Kürd əşirət aqaları olsun , istər Kürd terror təşkilatları olsun , istər iran fars müxalif qüvvələri olsun , istər molla rejimi olsun, istər qərbi qüvvələr olsun ,Güneydə Azərbaycan Türkləri yaşadıqları tarixi vətənlərindən və tarixi Azərbaycan ərazilərindən 1 millimetr torpaq belə güzəşt etməyəcəyini və bu yolda keçmişdə olduğu kimi bu gün də gərəkən bütün vasitələrdən istifadə edəcəyini, bilməlidirlər.

7. Kürd Qövmü öz torpaqlarında əldə edəcəyi azadlıq, inkişaf, və əmniyyəti Azərbaycan türk millətinin istiqlalı və Azərbaycan dövlətinin quruluşu ilə olacaqdır. Tarix boyu Azərbaycan türkləri həm özlərinə həm də İran adlanan coğrafiyada yaşayan bütün xalqlara azadlıq, dostluq və ədalət bayraqdarı olmuş bütün əsir xalqlara ümid yeri olmuşdur. Kürd qövmü və İran əlində əsir olan bütün xalqların səadətləri Azərbaycan türklərinin milli iradəsini tanımaq, Azərbaycan türkləri ilə dostluq içində olmaq, Azərbaycan ilə bir cəbhədə İran işğalçıları ilə savaşmaqdan keçir. Bu həm də Güney Azərbaycan Cümhuriyyətinin quruluşu və Azərbaycan ərazi bütövlüyünün sədaqətlə tanınması ilə olacaqdır. Bundan başqa yol yoxdur!

8. Tarixi sənədlərə əsasən Qacar Türk imperiyasının yıxıldıqdan sonra Güney Azərbaycanın yurdları (torpaqları) 7 hissəyə (Ostana) parçalanmış və əyalətə bölünmüşdür. ACP tarixi sənədlərə və günümüz həqiqətlərinə istinad edərək o əyalətləri Güney Azərbaycanın tarixi coğrafi əraziləri qəbul edir. Bunlar;

● Mərkəzi Təbriz olan Doğu Azərbaycan əyaləti,

● Mərkəzi Urmiya olan Batı Azərbaycan əyaləti.

● Mərkəzi Zəngan olan Zəncan əyaləti.

● Mərkəzi Qəzvin olan Qəzvin əyaləti.

● Mərkəzi Həmədan olan Həmədan əyaləti.

● Mərkəzi Ərdəbil olan Ərdəbil əyaləti

● Mərkəzi Ərak olan Mərkəzi əyalətindən ibarətdir.

ACP 7 bütöv əyalətlə yanaşı Azərbaycanın tarixi-coğrafi torpaqlarından yaxın keçmişdə qoparılmış və kürd əyalətinə verilmiş Sonqur, Bicar və Qürvə şəhərlərini, eləcə də, onların ətrafındakı Türk kəndlərini tarixi Azərbaycan torpaqları olaraq qəbul edərək müdafiəsi uğrunda mübarizə edir. ACP tarixi faktlar və sənədlərə istinad edərək Azərbaycandan qoparılmış və yerində yenidən yaranmış quzey Gilan ərazilərini Astaradan, Ənzəlindən və Heyran bölgələrinə dək, eləcədə Batı Dih Aran (Əlborz və Tehran əyalətlərinin batı bölgələrini) da, tarixi Azərbaycan torpaqları olduğunu bəyan edər və onun müdafiəsi uğrunda mübarizə edir.

Hörmətlə

Araşdırma Analiz mərkəzi

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

 

Scroll to Top