1 Mehr tarixi İran adlanan ölkədə və Güney Azərbaycanda təhsil ocaqları yeni dərs ilinə başladığı gün olaraq qeyd edilir.
“İran” adlanan bu ölkənin istilasında mücadilə verən Güney Azərbaycanımızda 1 mehr (23 sentyabr) günü təhsil ocaqlarında bütün fəaliyyət və dərslər icbari fars dilində təşkil olunur. Nəticədə 98 ildir 35 milyonu aşan soydaşlarımız öz doğma ana dilindən mərhum edilməklə zorən farslaşdırmaya məruz qalmaqdadır.
Beləcə, irqçi bir dövlətin bu siyasəti ilə onun 70%dən çoxunu təşkil qeyri- fars millətlər kimliksəl və kültürəl olaraq sistemli şəkildə beynəlxalq hüquqa hayqırı olaraq soyqırıma məruz qoyulur. Eləcə də, dilimizə qarşı bu ayrıseçkilik siyasəti nəticəsində “İran” adlanan məmləkətdə bütün kütləvi informasiya vasitələri, teleradio, ictimai-dini mərkəzlər, rəsmi və qeyri-rəsmi orqanlar zorakı şəkildə fars dilində fəaliyyət göstərməkdədir.
Bu isə qeyri-fars millətlərə qarşı açıq şəkildə assimilyasiya siyasəti tətbiq etməkdir. Dövlət səviyyəsində beynəlxalq qanunlara ziddi olan bu ayrımçılıqla 35 milyondan aşqın Güneydə Azərbaycan türkləri artıq bu işğal siyasətinin əsas qurbanlarıdır.
Ancaq illərdir bu istiqamətdə farslaşdırma və iranlılaşma siyasətinə qarşı açıq şəkildə dirənən və hər bir fürsətdə ana dilində təhsil və milli dövlət tələbi ilə etiraz səslərini qaldıran Azərbaycan türkləri bu gündə “İran” işğalçı dövlətinə qarşı açıq mübarizə aparmaqdadır.
Məhz bu səbəbdən biz ACP olaraq milli haqlarımızı savunmaqla “İran”ın sivil və kimlik soyqırım siyasətlərini şiddətlə qınayır və millətimizi öz sivil haqları uğrunda bizimlə birlikdə dirəniş və itaətsizliyə çağırırıq.
Əziz millətimiz, ana dilimizi sıradan məhv edilmədən qorumaq hər birimizin qutsal borcudur. Bunun üçün evdə balalarımız ilə türkçə danışdığımızda həm ana dilimiz qoruyacağıq, həm də “İran” dövlətinin assimilyasion və dövlətçilik siyasətlərinə daha böyük zərbələr endirəcəyik. İnanırıq ki, sonda zəfər bizimlə olacaq və bu siyasəti yürüdən dövlət tarixin arxivinə dönəcəkdir.
Birlik, bərabərlik və bütövlüyümüz üçün ayaqda olalım.
Azərbaycan Cümhuriyyət Partiyası
22 sentyabr 2023