Türk milleti Güney Azərbaycanda bir əsrə yaxındır ki, kimliyinin inkarı, istismar və İran dövlətinin sistemli basqısı altında yaşayır, amma heç vaxt məğlub olmayıb. Türk kimliyi yaşayır, Azərbaycanın iradəsi yaşayır və azadlıq odu Türk millətinin qanında yanır.

Azərbaycandakı qalxan hərəkətlər «İran-mərkəzli etirazların» bir parçası deyil;bu, Türk millətinin istismar və işğaldan azadlığı uğrunda mübarizəsidir, farsçı rejimlərə və Türk millətinin varlığı, dili və tarixini hədəf alan strukturlara qarşı bir mübarizədir.

Hər kəsə aydındır ki, Türk milləti və Güney Azərbaycanın Milli Hərəkatı müstəqil və dövlət qurmağa yönəlmiş şəkildə mübarizə aparır.

Azərbaycanın qiyamı İran-mərkəzli müxalifətin artığı olmayacaq və Azərbaycan heç vaxt siyasi oğurluqlara yol verməyəcək.

Azərbaycan öz milli şüarları, Bozqurd nişanı və müstəqil iradəsi ilə öz taleyi uğrunda mübarizə aparır.

Türk millətinin məqsədi aydındır:

Güneydə Azərbaycan Türk millətinin öz taleyinə sahib çıxması və milli, çağdaş və demokratik bir Cümhuriyyətin qurulması.

Biz Türk milleti olaraq, öz müqəddəratını təyin etmək haqqına əsaslanaraq, farsçılıq və İranın istismar sisteminə qarşı geri çəkilməyəcəyik.

Yaşasın  Azərbaycan!

Yaşasın Türk milləti!

Güney Azərbaycan Cümhuriyyət Partiyası

A.C.P

8 Yanvar 2026

18 Dey 1404